Tv-də kadrlar



Yüklə 26,26 Kb.
səhifə5/5
tarix09.06.2023
ölçüsü26,26 Kb.
#127786
1   2   3   4   5
Lecture 14.az

Yekun plan – hadisənin bitdiyini bildirən kadrdır. Məsələn, tamaşanın yekununda insanların yerlərindən qalxaraq əl çalması və zalı tərk etməsi, futbol görüşünün sonunda futbolçuların meydandan çıxması və s. yekun plan sayılır. Operativ çalışmaqla materialı tez bir zamanda efirə təqdim etməyi düşünən reportyor komandası əksər hallarda hadisənin sonunu gözləyə bilmir və süjetin əvvəlində olduğu kimi, sonunda da köklənmə planı təqdim edir. Əlbəttə, vəziyyətdən çıxış yolu kimi kifayət qədər geniş yayılan bu üsul səhv sayıla bilməz. Lakin sonluq yekun plan üzərində qurulsa, həm material daha zəngin və maraqlı alınar, həm ümumi fikir tamamlanar, həm də kadrların məntiqi ardıcıllığı yerində olar.
Yekun plan çəkməyi düşünürsünüzsə, teleoperatorunuza nəzarət edin. Bu plan ən azı 20-25 saniyə çəkilməlidir. Nəzərə alın ki, materialınızın son cümləsi ilə yanaşı, süjeti hazırlayan reportyor və teleoperatorun (R.M. bəzən teleoperatorların) adı və soyadı da məhz yekun plan üzərində deyilir.
Unutmayın, materialda yekun plan daha çox yaddaqalan olur. Süjetinizin sonluğu istər söz, istərsə də təsvir baxımından uğurlu olarsa, süjetiniz də bir o qədər gözəl və maraqlı alınacaq. Hadisənin bitdiyini bildirən hər plan yekun kadr kimi istifadə oluna bilməz. Odur ki, daha uğurlu yekun plan axtarın və tapdığınız halda teleoperatordan onu genişbucaqlı obyektivlə çəkməyini xahiş edin. Lakin öz fikrinizi hələ redaksiyada teleoperatora bildirin ki, o, genişbucaqlı obyektiv
götürsün. Əks halda istəyinizi reallaşdırmaq mümkün olmayacaq.


Televiziyada videometaforlar və arxiv kadrlarından istifadə
Videometaforlar mücərrəd anlayışların görüntü ilə təqdim olunmasıdır. Mücərrəd anlayışlar dedikdə, ölkədə yaşanan iqtisadi durum, qocalıq, cavanlıq, sosial münasibətlər sistemi, sevgi və s. nəzərdə tutulur. Qeyd olunan məsələlər, abstraksiyalarla bağlı reportaj hazırlayarkən jurnalist videometaforlara əl atır və onlara bənzər hərəkətləri əks etdirən görüntülərə üstünlük verir. Məsələn, qocalıqdan danışarkən reportyor yaşlı insanları, yaxud cavanlıqdan, sosial artımdan bəhs edərkən yeniyetmə və gəncləri, iqtisadi inkişafdan və ya durğunluqdan söz açarkən iri zavodları, sənaye müəssisələrini, fəhlələri göstərir. Qeyd olunan görüntülər televiziyanın arxivində saxlanılır və hər dəfə gəncləri, yaxud yaşlı insanları, zavodları, nazirlikləri, dövlət müəssisələri və qeyri-hökumət təşkilatlarını çəkmək üçün jurnalistin harasa yollanmağına ehtiyac yoxdur. Arxivə müraciət etməklə həmin görüntülərin əksəriyyətini tapmaq və süjetdə istifadə etmək mümkündür. Lakin istər videometaforlardan, istərsə də arxiv materiallarından istifadə edərkən bir sıra mühüm prinsiplərə əməl etmək vacibdir:
- Videometaforlar və arxiv materialları əksər hallarda bir neçə gün, ay, hətta bir neçə il əvvəl çəkildiyindən onlardan istifadə zamanı sözlə təsvir üst-üstə düşməyə bilər. Odur ki, ehtiyyatlı olmalı və görüntülərin süjetin mövzusuna, ideya xəttinə nə dərəcədə uyğun gəldiyini müəyyən etməlisiniz. Məsələn, əgər iqtisadi inkişafdan danışılırsa arxiv kadrlarda və ya videometaforlarda olan görüntülər də nikbin olmalı, deyilən fikirləri təsdiq etməlidir. Başqa sözlə, həmin fikirlərin üzərinə xırda emalatxanaları, dağılmış binaları, yaxud primitiv alətlərlə çalışan fəhlələri göstərmək olmaz. Yaxud pensiya artımından və yaşlı insanların firavan həyatından
danışırsınızsa səliqəli geyimi olan, üzündən sevinc yağan insanları göstərməyiniz məsləhətdir. Eyni prinsip bədbin notlar üzərində qurulmuş, başqa sözlə, problem xarakterli materiallarda da tətbiq edilməlidir.
- Videometaforlar və arxiv kadrlarından istifadə edərkən planların mövsümə uyğun olmasına da xüsusi diqqət ayırmaq lazımdır. Belə ki, əgər hazırda yay mövsümüdürsə, süjetdə göstərilən kadrlar da bu fəsli əks etdirməli, başqa sözlə, kadrda hərəkət edən insanlar yay paltarında olmalı, günəşli hava şəraiti və yaşıllıq ön planda dayanmalıdır. Hətta görüntünün üzərində “Arxiv” sözü yazılsa da, yay fəslində qış mövsümünə aid planlardan istifadə yolverilməzdir. Yalnız istisnalar mümkündür. Əgər jurnalist konkret fəsildəndanışırsa və ya hər hansı insanın konkret tarixdə müəyyən məkana gəldiyini xatırlatma kimi qeyd edirsə, bu halda təqdim olunan planlar fəslə uyğun gəlməyə də bilər.
- İstənilən plan tamaşaçıda müəyyən əhval – ruhiyyə, psixoloji durum formalaşdırır. Odur ki, videometaforlar və arxiv kadrları da tamaşaçının çoxdan alışdığı və artıq qəlibləşmiş videoobrazı daha maraqlı, daha orijinal görüntüylə ictimaiyyətə çatdırmalıdır. Məsələn, yaşlı adamlardan söhbət açırıqsa, qoca, lakin enerjili və faydalı həyat yaşayan insanların görüntülərindən istifadə etmək daha məsləhətdir. Belə süjet tənhalıq və mərhumiyyətlər haqda formalaşmış stereotipi aradan qaldırmağa imkan verər, psixoloji gərginliyi aradan qaldırar.
Yüklə 26,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin