Tv-də kadrlar



Yüklə 26,26 Kb.
səhifə2/5
tarix09.06.2023
ölçüsü26,26 Kb.
#127786
1   2   3   4   5
Lecture 14.az

Orta plan – daha çox keçid rolunu oynayır. Bu plan montaj zamanı ümumi planla iri planın arasına vurulur və bununla da kadr sıçrayışının qarşısını alır. Bundan əlavə, orta plan hadisə yerini daha yaxından göstərməklə təsirliliyi bir qədər artırır və müəyyən qədər də çəkiliş məkanında olan obyektlər arasında əlaqəni təqdim edir. Orta plan müasir televiziya və kino yaradıcılığında geniş yayılıb. Əsasən müsahibələrdə və stəndapların çəkilişində orta plandan çox istifadə olunur.
İri plan – süjetdə dramatizmi artırmaq üçün verilir. Yanan evə boylanan insanların iri planda gözlərini göstərməklə, yaxud döyüşə atılan idmançının qəzəb dolu gözlərini verməklə rejissor və ya reportyor gərginliyi daha da artırır, dramatizmi maksimal həddə çatdırır. Məhz buna görə də sənədli, yaxud bədii filmlərlə yanaşı, gündəlik reportajlarda da iri planlardan geniş istifadə olunur.
İri plan süjetə gərginlik gətirməklə yanaşı, hadisə yerində olan hər hansı önəmli detalı daha aydın formada tamaşaçıya çatdırır və ekran qarşısında əyləşən şəxs həmin detalın bütün tərəflərini görmək imkanı əldə edir. Lakin bu kadrın mənfi keyfiyyətləri də var:
- Uğurlu iri planlar çəkmək hər teleoperatorun işi deyil. Başqa sözlə, məhz iri planlar teleoperatorun nə dərəcədə peşəkar olduğunu nümayiş etdirir. Təcrübəli teleoperator iri plan çəkən zaman kadrı əsdirmir və maraqlı görüntülər tutmağı bacarır;
- İri planların çəkilməsi yalnız kadrın əsməsi ilə deyil, daim hərəkətdə olan obyektin ani vəziyyətdə kadrdan çıxması problemi ilə müşayiət olunur. Məsələn, teleoperator hər hansı insanın gözlərini iri planda çəkməyə çalışır. Çətinliklə də olsa kadrı tutur, lakin bu an həmin
şəxs hərəkət edir, yaxud qəflətən dönərək kameraya baxırsa, çəkilən kadr yararsız sayılır.Müqayisə üçün deyək ki, ümumi (köklənmə) planda belə vəziyyətlər heç bir problem yaratmır;
- İri planın konkret obyekti iri formada təqdim etməsi bir tərəfdən həmin detalı daha aydın görmək baxımından faydalıdırsa, digər tərəfdən tamaşaçını detallar arasında əlaqəni görmək hüququndan məhrum edir və seyirçi yalnız bir obyektlə kifayətlənir;
- Ümumi plandan fərqli olaraq, montaj zamanı iri planın seçilməsi size ciddi seçim qarşısında qoya bilər. Çünki reportyorun və ya rejissorun uğurlu iri plan seçməsi üçün kifayət qədər vaxt və səbr tələb olunur;
Lakin qeyd olunanlara rəğmən iri planlar olay barədə ətraflı məlumat verir, geniş təsəvvür yaradır. Odur ki, bu cür planların teleoperatorun diqqətindən yayınmasına imkan verməyin və onların şəkilməsinə xüsusi nəzər yetirin. Əgər çəkilişin hədəfi uşaqlardırsa, iri planlar maksimum dərəcədə zəngin olmalıdır. Yadda saxlayın ki, sizin süjetinizin uğurlu alınması ilk növbədə ümumi və iri planların zənginliyi və müxtəlifliyi ilə birbaşa bağlıdır.

Yüklə 26,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin