Tv-də kadrlar


Ünvan planları (hadisə yerini açıqlayan detallar)



Yüklə 26,26 Kb.
səhifə4/5
tarix09.06.2023
ölçüsü26,26 Kb.
#127786
1   2   3   4   5
Lecture 14.az

Ünvan planları (hadisə yerini açıqlayan detallar) – Reportajda məkan amili olduqca mühüm önəm kəsb edir. Məkan müxtəlifliyi nə qədər zəngin olarsa süjet də bir o qədər fərqli və peşəkar alınacaq. Məkan müxtəlifliyi həmçinin hadisəni daha uğurlu təhlil etməyə, süjet xəttinin daha maraqlı olmasına şərait yaradır. 1.30 və ya 2 dəqiqəlik materialda adi halda 4 məkandan istifadə etmək daha məqsədəuyğundur. Lakin məkanlar müxtəlif olsa da, bir-biri ilə bağlanmalı,
ünvan planları, qəhrəmanların keçidləri, hərəkətli planlarla əlaqələndirilməlidir. Ünvan planlarına müxtəlif hökumət və ya qeyri-hökumət binalarının ümumi görünüşü, həmin binalarda fəaliyyət göstərən idarələrin adını bildirən lövhələr, yol göstəriciləri və s. aiddir. Həmin planların özü ayrıca informativ dəyər kəsb edir və süjetdə məkan müxtəlifliyi yaratmaqla hadisələri bir – biri ilə əlaqələndirir.
Reportajda dinamika yaratmaq və hadisələri məntiqi ardıcıllıqla təqdim etməkdən ötrü jurnalist istər qəhrəmanın, istərsə də mütəxəssisin sinxronunu verməzdən əvvəl həmin insanlarla görüşmək üçün hara yollandığını, hətta müsahiblə necə görüşdüyünü, yaxud müsahibin hər hansı məkana necə daxil olduğunu göstərməlidir. Başqa sözlə, ünvan planları istər materialı daha da zənginləşdirmək, istər hadisələrin ardıcıllığını qorumaq, istərsə də əlavə informasiya vermək cəhətdən mühüm önəm kəsb edir.
Panoram – hərəkətli plandır. Panoram çəkilişi zamanı kadr soldan – sağa, sağdan – sola, yaxud aşağıdan – yuxarı və yuxarıdan - aşağı hərəkət edir. Bu zaman tamaşaçı hadisə yerində olan detalları növbə ilə, daha aydın şəkildə görmək imkanı əldə edir. Panoram hərəkətli plan olduğundan tamaşaçını yormur və daha çox obyekti əks etdirir. Bununla belə, yadda saxlamaq lazımdır ki, panoramı yarımçıq kəsmək olmaz. Bu plan “A” nöqtəsindən başlayıb, “B” nöqtəsində bitməlidir. Onun yarımçıq kəsilməsi kadr sıçrayışına səbəb olacaq. Odur ki, panoram planı çəkərkən teleoperator bu amili mütləq nəzərə almalı və bir qədər sürətli hərəkətə üstünlük
verməlidir. Qeyd olunan məsələ panoramın mənfi keyfiyyətlərindən biridir. Lakin bu planın yaratdığı problemlər yalnız bununla bitmir:
- Panoram daha çox efir vaxtı aparır və montaj zamanı 3 saniyəlik kadr prinsipini pozur. Bu plan bəzən 5-6, hətta 10 saniyə davam edir. Belə olan halda siz vermək istədiyiniz 2-3 plan əvəzinə yalnız biri ilə kifayətlənir, digər maraqlı planları ixtisar etmək məcburiyyətində qalırsınız;
- Planın uzun olması bilavasitə süjetin tempinə də təsir edir və material darıxdırıcı olmaqla yanaşı, çətin qavranılır, əksər hallarda sözlə təsvir üst-üstə düşmür;
- Panoramın çəkilişi zamanı teleoperator əksər hallarda kameranın əsməsi, obyektivə arzulanmayan, yad insanların və əşyaların düşməsi kimi problemlərlə qarşılaşır. Məhz buna görə də, teleoperator daha uğurlu panoramı çəkmək üçün bir neçə dubl etməli olur ki, bu da əlavə vaxt itkisi deməkdir.
Qeyd etdiyimiz kimi, panoramın ən böyük mənfi xüsusiyyəti daha çox efir vaxtı aparmasıdır. Lakin bəzən panoramsız ötüşmək də mümkün deyil. Xüsusən, qəzaların baş verdiyi ərazilərin ümumi planda panoramını verən teleoperator həm hadisə yerinin geniş mənzərəsini yaradır, həm də olay yerindəki detallar arasında əlaqələri aydın şəkildə, növbə ilə tamaşaçıya göstərir. O ki qaldı efir vaxtına və panoramın uzunluğuna, bu problemdən də çıxış yolu var. Mütəxəssislərin fikrincə, ən uğurlu panoram 3 saniyə davam edir. Odur ki, bu planı çəkən teleoperator
ürəyində üçə kimi saymalı və panoramı da məhz bu vaxt çərçivəsində yekunlaşdırmalıdır. Əks halda yuxarıda qeyd olunan problemlərin yaranması qaçılmazdır.

Yüklə 26,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin