E □ k doğum Tarihi : Tarih : sedasiya təTBİQİ MƏlumatlandirilmiş XƏSTƏ raziliq formasi ümumi Məlumatlandırma



Yüklə 37.69 Kb.
tarix25.12.2016
ölçüsü37.69 Kb.

logo



Protokol No :

Adı Soyadı :

Cinsiyeti : □ EK

Doğum Tarihi :

Tarih :


SEDASİYA TƏTBİQİ MƏLUMATLANDIRILMIŞ XƏSTƏ RAZILIQ FORMASI


Ümumi Məlumatlandırma: Əməliyyatxana xaricindəki prosedurlar (məsələn təcili yardımdakı müdaxilələr, doğum şöbəsindəki müdaxilələr, mərtəbədə ağrısız doğum, MR, kompyüter tomoqrafiya çəkilməsi, PET, anesteziya lazım olan radioloji müayinələr, invaziv radioloji anesteziya, endoskopiya, diş müalicələri, audioloji müayinə, dermatoloji müdaxilələr və ürək Angioqrafiyası kimi) əsnasında da eynilə əməliyyatxanada olduğu kimi etibarlı mühiti təmin etmək, anestezioloqun borcudur. Buna görə əməliyyatdan əvvəl mütləq bir anestezioloqla görüşməniz lazımdır. Sizə; ediləcək əməliyyata görə ağrı hiss etməmənizi təmin etmək üçün ümumi anesteziya və ya yalnız sedasiya + analgezi tətbiq edilə bilər. Hər iki halda da nəzərə almanız lazım olan əhəmiyyətli nöqtələr bunlardır:

  • Əvvəlcədən mütləq anesteziya uzmanımız ilə görüşünüz. Doktorlarımızın lazım bildiyi laboratoriya müayinələrini edin.

  • Əməliyyatdan əvvəl təxminən 4-8 saat mütləq ac qalmaq lazımdır.

  • Təcili bir müdaxilə gərək deyilsə, xüsusilə uşaqlarda infeksiya ya da qızdırma varsa, əməliyyatı təxirə salmaq daha doğrudur.

  • Xəstəxanaya bir müşayiətçi ilə gəlməniz daha yaxşı olardı.

Sedasiya: Xəstənin ətraf mühitlə əlaqəsinin və xarici qıcıqlandırıcılara qarşı reaksiyasının azaldılmasıdır.

Şüurlu Sedasiya: Xəstənin ətraf mühitlə əlaqəsinin və xarici qıcıqlandırıcılara qarşı reaksiyasının kontrollu olaraq azaldılmasır. Həyati vacib göstəricilər dəyişməz.



Şüurlu (zəif) sedasiyada:

Qoruyucu reflekslər itməz. Xəstə havayolunu açıq olaraq qoruya bilir, uyğun oksigenizasiya davam edir, sərbəst və davamlı ventilyasiya mövcuddur. Toxunma şəklində (yüngül ağrılı) qıcıqlanmalara və cağırışa cavab verir.

Dərin Sedasiya: Şüurlu sedasiyanın üç komponentindən birinin itməsinə səbəb ola biləcək dərinlikdəki sedasiyadır. Uyğun hava yolu-tənəffüs yanaşması və qan təzyiqi kontroluna yüksək dərəcədə diqqət tələb edir.



Necə Bir Üsul Tətbiq Ediləcək?

Yuxu vəziyyətinə bənzəyən sedasiya əməliyyatı, ümumiyyətlə rahatlaşdırıcı bir dərman tətbiqi (premedikasyon, məs: inyeksiya, kapsul, tablet, sirop, sprey kimi) və bir zərdab taxılmasından sonra sürətli təsir göstərən bir dərmanın verilməsi ilə başlayır. Müdaxilə boyunca bu vəziyyətə dərmanlarla nəzarət etdirilər. Bu zaman huş ​​gedir və bütün bədəndəki ağrı hissi ortadan qalxır. Sadə və qısa sürən müdaxilələrdə bu ümumiyyətlə vena içinə dərmanın verilməsi ilə təmin edilə bilər. Ağır və uzun sürən müdaxilələrdə isə əlavə olaraq digər köməkçi maddələr istifadə edilər. Ağız və burun üzərinə yerləşdirilən tənəffüs maskası ilə oksigen verilir. Müdaxilə əsnasında nizamlı olaraq bədənin mühüm orqan funksiyalarına məsələn; nəbz, təzyiq, tənəffüs, EKG'də ürək vurğuları, qanın oksigenlənməsinə nəzarət edilir. Müdaxilənin sona çatması ilə birlikdə dərmanlar kəsilir və siz dərin bir yuxudan oyanan kimi oyanarsınız. Tamamilə oyanana və orqan funksiyaları normal olana qədər nəzarət altında saxlanılır, daha sonra şöbəyə və ya evə göndərilirsiniz.



Ayrıca eyni gün, müdaxilədən sonrakı saatlarda;

  • Maşın sürməməli (ən azı 8 saat)

  • Xəstəxananı mütləq bir müşayiətçi ilə tərk etməli,

  • Ağır yemək yeməməli,

  • Diqqət tələb edən işlər etməməlisiniz (ən az 8 saat).

Riskləri Nələrdir?

  • Mədə möhtəviyyatınınn nəfəs yoluna tökülməsi:Ən vacib və tez-tez rastlaşılan problemlərdən biridir. Bunun qarşısını almaq üçün əgər başqa bir problem yoxsa (on iki barmaq bağırsaq, qida borusu daralması kimi) ən az 8 saat qabaq qatı yeməkləri və 6 saat qabaq maye içkiləri kəsməyiniz lazımdır. Təcili vəziyyətlərdə bu müddət daha qısala bilər. Körpələr və uşaqlar üçün aclıq müddətləri 2-6 saat arasında dəyişir. Bu barədə həkiminizlə məsləhətləşiniz.

  • Ürəkbulanma, qusma

  • Tənəffüs depressiyası

  • Ürəklə bağlı problemlər: Əvvəldən mövcud olan koronar çatmazlığı, ürək blokadaları, qapaq xəstəlikləri, keçirilmiş infarkt kimi problemlər anesteziya və əməliyyatın səbəb olacağı riskləri artırır. Bu risklər hipotenziya və hipertenziya: nəbz zəifləməsi və ya artması ola bilər.

Yuxarıda izah edilənlərlə əlaqədar aydın olmayanları anlamaq və ya daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa anestezioloqunuzdan soruşunuz.

RAZILIQ

Həkim tərəfindən mənə ediləcək ..................................................................... prosedurun nə olduğu, müddəti, ola biləcək nəticələri və ağırlaşmaları, riskləri, alternativ müalicə üsulları, müalicəni qəbul etmədiyim təqdirdə ortaya çıxacaq nəticələr detallı olaraq izzah edildi və bunları şurum başımda olaraq başa düşdüm. Mənə verilən 3 səhifəlik Sedasiya Tətbiqi Məlumatlandırılmış Xəstə Razılıq Forması’nı oxudum və başa düşdüm. İstədiyim zaman verdiyim razılığı geri götürmək haqqına sahib olduğum ifadə edildi.

Vəziyyətim, risklər, tətbiq olunacaq müalicə prosedurları və müalicə variantları haqqında narahatlıqlarım üçün həkimə suallar verdim və bütün düşüncələrimi özünə çatdırdım, aldığım cavablara görə razı qaldım. İzahat nəticəsində kafi olaraq məlumatlandırıldım. Əməliyyatın / cərrahı müdaxilənin / riskli prosedurların edilməsinə, müalicə əsnasında lazımdırsa əlavə müdaxilə və ya qan və qan komponentlərinin istifadə edilməsinə İCAZƏ VERİRƏM.

Öz xəttiniz ilə “Oxudum, başa düşdüm” yazınız:…………………………………………...

Xəstənin Adı Soyadı: …………………………………..…….. İmza:……………… Tarix:……./……../……… Saat:………

Xəstə Yaxını Adı Soyadı:………………………….....…... İmza:……..…….… Tarix:……./……../……… Saat:………

Yaxınlıq Dərəcəsi: ………………………………………….

Xəstədən Razılıq Alınamayıb, Xəstə Yaxınından Razılıq Alınmasının Səbəbi:

Xəstənin Şüuru qapalı □ Xəstə 18 yaşından kiçik

Xəstənin qərar vermək yetkisi yox □ Təcili □ Digər

HƏKİM

Xəstənin şikayəti, tədqiqləri, müayinə nəticələrinə görə nəticəsində qoymuş olduğum diaqnozu və səbəbini, təklif edilən müalicə məzmununu, məqsədini və müvəffəqiyyətli olma şansını, üstünlükləri və risklərini, müalicəyə və xəstəyə xüsusi riskləri *, varsa alternativ müalicə üsullarını, müalicə nəticələrini, müalicənin rədd edilməsi vəziyyətində ortaya çıxa biləcək riskləri, xəstəyə açıqladım və məlumatlandırma formasını xəstəyə verdim. Xəstə / xəstə yaxınları tərəfindən, tərəfimə soruşulan bütün sualları tam olaraq cavablandırdım.



* Müalicəyə və xəstəyə aid xüsusi risklər (varsa):

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………


Həkimin Adı Soyadı:……………………………………… İmza:…………………… Tarix:….../.……/…….… Saat:……

TƏRCÜMƏÇİ (Xəstənin Dil/ Ünsiyyət Problemi varsa)

Xəstəyə həkim tərəfindən edilən açıqlamaları tərcümə etdim. Fikirimə görə tərcümə etdiyim məlumatlar xəstə tərəfindən aydın olmuşdur.



Tərcüməçi Adı Soyadı:…………….……………. İmza:…………………… Tarix:….../.……/…….… Saat:..…..


Dok.No:HD.RB.009 Rev. No:1 (07.03.2016) Yayin Tarihi: 15.11.2015

/




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə