Xəstəxananı mütləq bir müşayiətçi ilə tərk etməli,
Ağır yemək yeməməli,
Diqqət tələb edən işlər etməməlisiniz (ən az 8 saat).
Riskləri Nələrdir?
Mədə möhtəviyyatınınn nəfəs yoluna tökülməsi:Ən vacib və tez-tez rastlaşılan problemlərdən biridir. Bunun qarşısını almaq üçün əgər başqa bir problem yoxsa (on iki barmaq bağırsaq, qida borusu daralması kimi) ən az 8 saat qabaq qatı yeməkləri və 6 saat qabaq maye içkiləri kəsməyiniz lazımdır. Təcili vəziyyətlərdə bu müddət daha qısala bilər. Körpələr və uşaqlar üçün aclıq müddətləri 2-6 saat arasında dəyişir. Bu barədə həkiminizlə məsləhətləşiniz.