Giriş Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə bazar iqtisadiyyatının formalaşdırılmasına yönəldilmiş sosial-iqtisadi islahatlar həya-ta keçirməyə nail olmuşdur. İslahatların geniş miqyaslı və müxtəlif xarak-terli olmasına baxmayaraq iqtisadiyyatın bir sıra sahələrində əsaslı dönüş əldə edilməmişdir və bir sıra sahələrdə fəaliyyət göstərən müəssisələr iflic vəziyyətindədir, keçid dövrünün yaratdığı böhranlı vəziyyətdən çıxa bilməmiş və müflisləşmişdir.Ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafına əsas yaradan dövlət müəssisələrinin özəlləşdirilməsi istiqamətində həyata keçirilən əməli tədbirlər nəticəsində yaradılan səhimdar cəmiyyətlərinin əksəriyyəti qarşıya çıxan böhranlı vəziyyətdən çıxa bilməyərək fəaliyyətsiz qalmışdılar. Özəlləşdiril-miş əmlakdan səmərəli istifadə edilmədiyi üçün müəssisələrin ödəmə qabiliy-yəti yüksək deyildir. (Yaranmış böhranlı vəziyyətin xarakterini açıqlamaq).
Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır. Lakin ən başlıcası böhranlı vəziyyətin yaranmasının qarşısının alın-ması idi. Belə yanaşma müəssisələrin uzun müddət dayanıqlı inkişaf etməsinə şərait yarada bilərdi. Bununla əlaqədar olaraq müəssisələrin maliyyə- iqtisadi vəziyyətinin təhlil edilməsinə əsaslanan idarə edilməsi mexanizm-lərinin yaradılmasının əhəmiyyəti böyükdür. Bu baxımdan mühüm məsələlər-dən birini antiböhran idarəetmə prinsiplərinin və mexanizmlərinin yaradılma-sı və onlardan istifadə yollarının öyrənilməsi təşkil edir. Bütün bunlar anti-böhan idarəetmə fənninin tədris edilməsinin predmetini təşkil edir və vacib olduğunu göstərir.
Böhranların obyektiv və subyektiv əsaslarının mövcud olmasına baxmaya-raq başlıca məsələ böhran baş verdikdən sonra onun aradan qaldırılma-sından deyil, əksinə onların yaranma əlamətlərinin vaxtında müəyyən edil-məsindən və baş verməsinin qarşısının alınmasından ibarət olmalıdır. Belə
bir yanaşma sözsüz ki, müəyyən antiböhran idarəetmə metodologiyasının və mexanizmlərinin mövcud olmasına və yaxud yaradılması mümkünlü-yünə əsaslanır. Antiböhran idarəetmə mexanizmlərindən istifadə edilməsi böhrandan çıxmaq üçün sərf ediləcək vaxtın və əlavə vəsaitlər sərfinin və yaxud artıq mövcud olan resursların itirilməsinin qarşısının alınmasına real şərait yarada bilər.
İdarəetmə nəzəriyyəsində və təcrübəsində müəyyən antiböhran idarəetmə-tənzimləmə mexanizmlərindən istifadə olunur. Onların mahiyyətini müəyyən etmək və ümumiyyətlə idarəetmədən fərqləndirmək üçün müəssisələrin idarə edilməsi sistemində “ böhranlı idarəetmə” anlayışının yerini və mahiyyətini göstərmək lazımdır.
Böhran-obyektiv bir proses olaraq idarəetmənin mürəkkəbliyini və riskli olmasını artıran çoxlu sayda və qarşılıqlı əlaqədə olan amillərlə xarakterizə olunur. Bu zaman böhranın yaranmasını, onun prafilaktikasını və stabilləşdirilməsini, bir böhranın başqa bir böhranlı vəziyyətə gətirib çıxarma- sını,böhrandan çıxmanın və s.nin fərqləndirilməsi vacibdir. Müəssisənin böhran-lı vəziyyətinin kritik həddə çatmasını əks etdirən tipik göstəricilərinə : renta-bellik göstəricisinin aşağı düşməsi; kredit məcənnəsinin düşməsi (kredit məblə-ğinə əsasən faizlərin ödənməsinə və əvvəllər alınmış kreditlərin qayta-rılmasına sərf edilməsi halları) ; müştərilərə məhsul (mal) göndərilməsi vaxtı-nın pozulması; rəhbərlik tərəfindən müəssisənin vəziyyətinin müəyyən edilmə-sində çətinliyin yaranması ; müəssisənin idarə edilməsində müəyyən problem-lərin qarşıya çıxması; xoşagəlməz hadisələrin baş verməsi hallarının yaran-ması və s. aid edilir. Onlar müəssisənin böhranlı hala düşməsinə və müflis-ləşməsinə real təhlükə yarana bilər. Ona görə də antiböhran idarəetmə fənni-ni öyrənmək vacibdir.