1. Pul nəzəriyyəsi. Bu nəzəriyyə bank kreditləri ekspansiyasının tsiklinin mahiyyətini açıqlayır. ( Xautri və başqaları );
2. Yeniliklər nəzəriyyəsi. Bu nəzəriyyə istehsalatda mühüm yeniliklərdən istifadə edilməsi tsiklinin mahiyyətini göstərir. ( Şumpeter, Xansen );
3. Psixoloji nəzəriyyə. Bu nəzəriyyə tsikli əhalinin pessimis və optimis ( nas- troyeniyedə) mövqedən çıxış edərək həyacan keçirməsini, təşvişə düşməsini əks etdirən dövr tsikl kimi təsəvvür edir.( Piqu, Bedjqot və başqaları );
4. Natamam istehlak nəzəriyyəsi. Bu nəzəriyyə tsiklin əsas səbəbini varlıla- rın həddindən çox gəlir əldə etməsində, lakin həmin gəlirlə müqayisədə inves- tisiya yatırılmasına çox az ayrılmasında görür. ( Qobson, Foster, Ketçinqs və başqaları );
5. Həddindən çox investisiya qoyuluşu nəzəriyyəsi. Həmin nəzəriyyənin tərəfdarları hesab edirlər ki, durğunluğun səbəbi kifayət qədər investisiya yatırıl-masında deyil, həddindən çox investisiya qoyuluşlarındadır.( Xayek, Mizes və başqaları );
6. Günəş ləkələri nəzəriyyəsi. Həmin nəzəriyyə hava şəraitinin pisləşməsi səbəbindən məhsul yığımının həcminin kəskin aşağı düşməsini nəzərdə tutur.
Vaxt keçdikcə böhranların səbəbləri və qiymətləndirilməsi barədə söylənən fikirlər sosial-iqtisadi mühitdə və sistemdə baş verən dəyişikliklərdən asılı olaraq müəyyən qədər dəyişikliyə uğramışdır. Bununla əlaqədar olaraq böhranlı halların tsiklik xarakter daşıması və 3 mərhələdən keçməsi barədə rus iqtisadçılarının fikirləri diqqəti cəlb edir:
1. I mərhələ XVIII əsrin əvvəllərindən XX əsrin 30-cu illərinin ortalarına qədər olan dövrü əhatə edir. Bu dövrdə yaşayan alimlərin ( C.S. Hibbin, J. B. Seyin, David Rikardonun ) fikrincə kapitalizm şəraitində iqtisadi böhranlar ola bilməz və yaxud təsadüfən ola bilər, çünki azad rəqabət sistemi onun aradan qalxmasına şərait yaradır ( R. Rodbertus, K. Kaytskiy ).
2. II mərhələXX əsrin 30-cu illərinin ortalarından 60-cı illərin ortalarına qədər olan dövrü əhatə edir. C. Keynisin fikrincə iqtisadi böhranlar klassik kapitalizm şəraitində labüddür və kapitalizm bazarının mahiyyətindən irəli gəlir. İnhisarçılığın mümkün olması səbəbindən qiymətlərin və əmək haqqının çevik olmaması müəyyən problemlər yaradır. Böhran və işsizlik problemləri-nin tənzimlənməsinin vacib olduğunu qeyd edən C.M. Keyns istehlakın səmə-rəli olmasının stimullaşdırılması məqsədilə iqtisadiyyata dövlətin müdaxilə etməsinin gərəkli olması ideyasını irəli sürmüşdür. Böhran tsikllərlə baş ver-məsi faktını əsas götürən Keyns multiplikator nəzəriyyəsini yaratmışdır. On-dan böhranın tsiklik xarakterə malik olmasını təhlil edən zaman geniş isti-fadə olunur.
3. III mərhələ XXəsrin 60-cı illərinin ortalarından bu günə qədər olan dövrü əhatə edir. Bu dövrdə iqtisadi böhranın ekzogen ( daxili ) və endogen (xarici) səbəblərinin ayrılmasına xüsusi diqqət yetirən alimlər bazar iqtisadiyyatının tsiklik xarakterə malik olmasının endogen səbəblərdən daha çox asılı olduğuna göstərirdilər. Onların fikrincə inkişaf etmiş ölkələrdə dövlət antiböhran tənzimləyə az diqqət yetirir və əksər hallarda tsiklik inkişafa aparan siyasət aparırlar, addımlar artılır. Tsiklik tərəddüdləri azalt-mağa, iqtisadiyyatı sabitləşdirməyə çalışmırlar.