34
ödənilməsini vəzifəli şəxsdən tələb edə bilər. Lakin hesab edirik ki,
mövcud norma çox "çiy" vəziyyətdədir və uğurlu tətbiq edilməsi üçün bir
sıra prosessual məsələlər öz həllini tapmalıdır.
vi.
SC-nin müxtəlif növlü səhmləri ola bilər: adi səhm, imtiyazlı səhm,
42
konvertasiya oluna bilən səhm. Lakin səhmlərə sahib olması faktı
səhmdarın şirkətin əmlakına heç bir mülkiyyət hüququ yaratmır. Yalnız
şirkət ləğv edildikdən sonra səhmdar öz səhmlərinə (payına) proporsional
şəkildə şirkətin əmlakını ala bilər. Adi səhmlər səhmdarlara şirkətin
ümumi yığıncağında səs vermək hüququnu verir. Həmçinin onlar
səhmdarlara dividend almaq hüququnu verir. Adi səhmlərdən fərqli olan
imtiyazlı səhmlər ümumi qaydaya görə öz sahiblərinə sabit dividend
almaq və şirkətin ləğvindən sonra qalan əmlakın hissəsini almaqda
üstünlük hüququnu verir.
43
Bununla yanaşı, səhmdarlar şirkətin
nizamnaməsində imtiyazlı səhmlərə digər hüquqlar da verə bilərlər.
Dostları ilə paylaş: