210
onu bütövlükdə yerinə yetirmək məsuliyyətindədir. Lakin əgər kreditorun tələb
irəli sürdüyü borclu hansısa səbəblərə görə (məsələn, borclunun müflisliyinə
görə) bu tələbləri tam yerinə yetirmək vəziyyətində deyilsə, kreditor həmin
tələbi (qalan hissəsini) istənilən digər borcluya və ya hamısına birgə yönəldə
bilər. Birgə borclular öhdəliyin tam ödənilməsinə qədər borclu qalırlar.
Borclu kreditorun tələbinə qarşı həmin borclunun iştirak etmədiyi digər
borclular ilə kreditor arasındakı münasibətlərə əsaslanmış (etiraz) tələb irəli sürə
bilməz.
314
Məsələn, birgə borclulardan birinin kreditora qarşı tələbi olduğu halda,
onun kreditorun tələbi ilə əvəzlənməsi öhdəliyin xitamına səbəb ola bilər. Lakin
əgər kreditorun tələbi digər borcluya yönəldilibsə, borclu həmin qarşılıqlı tələbin
əvəzlənməsi imkanından istifadə edə bilməz.
Bununla yanaşı, birgə öhdəliyin tam şəkildə bir borclu tərəfindən ödənilməsi
digər borcluları həmin tələbin icrasından azad edir.
315
Bu zaman əgər birgə
borclular arasındakı münasibətlərin mahiyyətində və ya müqavilədə ayrı qayda
müəyyənləşdirilməyibsə, birgə öhdəliyi icra etmiş borclu qalan borclular
barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress
qaydasında tələb hüququna malik olur.
316
Dostları ilə paylaş: