37
çətin olur. Həmin insanlar ümumi paylı mülkiyyət konsepsiyasını hüquqi şəxsə
də tətbiq etdiklərindən belə qərara gəlirlər. Onlar düşünürlər ki, bir neçə şəxs
birləşərək özlərinə məxsus əmlak və pulla şirkət yaradıblarsa, şirkətə yatırdıqları
vəsaitlər həmin şəxslərə məxsus olaraq qalır. Əlbəttə ki, bu, yanlış fikirdir və
ümumi paylı mülkiyyət konsepsiyası şirkətin əmlakına tətbiq edilə bilməz.
Səhmdar tərəfindən şirkətə qoyulan vəsaitə aid səhmdarın əşya hüquqlarına
şirkətə ötürülən andan xitam verilir. Şirkətin fəaliyyəti dövründə əldə edilən
əmlak və mənfəətin səhmdarlar (iştirakçılar) arasında bölüşdürülməsi haqqında
qərar qəbul edilənədək hər şey şirkətin mülkiyyəti hesab olunur. Səhmdarlar
şirkətin idarəetməsində iştirak edə, şirkətin fəaliyyəti ilə bağlı qərarlar qəbul edə,
səhmdarlara aid digər hüquqları həyata keçirə və mənfəətin bölüşdürülməsi
qərara alındıqda onlara düşəcək hissəni tələb edə bilərlər. Lakin Azərbaycanda
şirkətin əmlakının səhmdarların ümumi paylı mülkiyyəti hesab edildiyi
məhkəmə qərarlarına da rast gəlmək olar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi
49
2009-cu ildə “Azaqrotreyd” ASC-ni paylı mülkiyyət hesab edərək minoritar
səhmdarlara kompensasiya verilərək mülkiyyət hüquqlarına xitam verilməsini
qət etmişdir. Məhkəmə bu işdə iddiaçının tələbini təmin edərək belə qənaətə
gəlmişdir ki, təşkilati hüquqi statusuna görə səhmdar cəmiyyəti olan hüquqi şəxs
mülki hüquq baxımdan hər bir səhmdarın payı müəyyənləşdirməklə paylı
mülkiyyət forması kimi qəbul edilməlidir və ASC-in səhmdarları paylı
mülkiyyət formasının iştirakçıları statusuna malikdirlər.
Dostları ilə paylaş: