Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə34/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   30   31   32   33   34   35   36   37   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

149
 Wendy B. Davis, De Facto Merger, Federal Common Law, and Erie: Constitutional Issues in Successor Liability, 2008 
Colum. Bus. L. Rev 529 
150
 MM-nin 56-cı maddəsi
151
"Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Qanun, maddə 5, 5.5., MM, maddə 57.2 


88 
təslim aktında və bölünmə balansında yenidən təşkil olunan şirkətin öhdəlikləri 
üzrə bütün kreditor və borclularına aid hüquqi varislik haqqında müddəalar, 
eləcə də mübahisə edilən öhdəliklər və hüquqi varisliyin müəyyən edilməsi 
qaydası da daxil olmalıdır. Yenidən təşkildə “yox olan” şirkətin hüquq və 
öhdəlikləri ümumi hüquqi varisliyi əsasında tam şəkildə “qalan” şirkətə və ya 
yaradılan şirkətlərə ötürülür.
152
Qanunvericilik ümumi hüquqi varisliyi ilə 
şirkətin kreditorlarının hüquqlarının müdafiəsini təmin etməyə çalışır. Lakin 
qeyd etmək lazımdır ki, yenidən təşkildə öhdəliklərin ötürülməsinə rəğmən, 
kreditorların razılığının alınmasını təsbit edən MM-in 522.1-ci maddəsi burada 
tətbiq edilmir. Yəni kreditorlar yenidən təşkil prosesində öhdəliklərin 
ötürülməsinə mane ola bilməzlər.
153
Bu səbəbdən qanunvericilik yenidən təşkil 
prosesini həyata keçirən şirkət(lər) üzərinə kreditorların məlumatlandırılması 
öhdəliyini qoyur. Yuxarıda qeyd etdiyimiz kimi, qanunvericilik tələb edir ki
yenidən təşkil haqqında qərar qəbul etmiş orqan mütləq qaydada bütün 
kreditorlarını bu haqda məlumatlandırmalıdır.
154
Hesab edirik ki, qanunvericilik 
məhz hər bir kreditoru şirkətin yenidən təşkili haqqında malumatlandırmaq 
vəzifəsini müəyyən edir. Çünki yalnız fərdi məlumatlandırma kreditorların öz 
hüquqlarını müdafiə etmək imkanını vermiş olur. Kütləvi informasiya 
vasitələrində yenidən təşkil haqqında məlumatın yayımlanması yalnız fərdi 
məlumatlandırmaya əlavə üsul kimi qiymətləndirilməlidir və əsla əsas 
məlumatlandırma yolu kimi qəbul edilməməlidir. 
152
MM-nin 136.1.-ci maddəsi 
153
Yenidən təşkil haqqında məlumat aldıqdan sonra öhdəliklərin vaxtından əvvəl icrası tələbi ilə qarışıq salmayın. 
154
MM-nin 58.1-ci maddəsi


89 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin