116
hüququ, səhm isə xalis mənfəətin ölçüsündən asılı olan dividend hüququ verir.
Eləcə də şirkətin ləğv olunması və ya müflisləşməsi zamanı istiqraz öz sahibinə
tələblərinin ödənişini şirkətin əmlakı hesabına ödənilməsi hüququ verir,
səhmdarlar isə şirkətin bütün borclarının ödənilməsindən
sonra qalan hissəyə
ümid edə bilərlər. Yuxarıda göstərilən fərqlərdən başqa səhmlər və istiqrazlar
digər əsaslara görə də fərqləndirilir. Belə ki, səhm ancaq SC tərəfindən buraxıla
bilər, istiqrazlar isə müxtəlif təşkilati-hüquqi formaya malik olan şirkətlər, eləcə
də dövlət qurumları (məs., bələdiyyələr, dövlət şirkətləri) və hətta dövlətin özü
tərəfindən buraxıla bilər.
İstiqraz müddətli qiymətli kağız kimi müəyyən edilmiş vaxtda ödənilməlidir.
Səhm isə müddətsiz qiymətli kağızdır, səhmlərin ödənilməsi və ya ləğv edilməsi
qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilir.
Səhmlər və istiqrazlar
nominal dəyərə malikdir. Ancaq səhm üçün nominal dəyərin hüquqi əhəmiyyəti
olmadığı halda, istiqrazlar üçün nominal dəyərin mühüm əhəmiyyəti var, çünki
istiqrazda nominala olan münasibətdə faizlər ödənilir.
Korporativ qiymətli kağızların emissiyasının hüquqi tənzimlənməsi
Qiymətli kağızların yerləşdirilməsi üzrə emitentin fəaliyyətinin məcmusu
emissiya adlanır.
201
Mülki Məcəllə ilə yanaşı, korporativ qiymətli kağızların
emissiyası QKDK-nin normativ hüquqi aktları ilə tənzimlənir.
Qanunvericilik
emissiya qiymətli kağızların sırasına səhmləri, istiqrazları, mənzil sertifikatları,
dövlət və bələdiyyə qiymətli kağızları və emitentin opsionunu aid edir.
“Emissiya qiymətli kağızları” və “investisiya qiymətli kağızları” anlayışlarına
gəldikdə isə hesab edirik ki, bütün emissiya qiymətli kağızları
investisiya
qiymətli kağızlardır, çünki investisiyaların həyata keçirilməsi, yəni gəlir və (və
ya) digər xeyirli nəticə əldə etmək məqsədilə sahibkarlıq və (və ya) digər
fəaliyyət obyektlərinə yatırımlar üçün təyin edilib.
201
MM-nin 1078-ci maddəsi.
117
Korporativ qiymətli kağızlara şirkətlər (korporasiyalar) tərəfindən buraxılan
bütün qiymətli kağızları aid etmək olar. Lakin biz bu kitabda şirkətlər tərəfindən
buraxılan səhmlər və istiqrazlar haqqında məlumat verəcəyik.
Korporativ
qiymətli kağızların emitentləri müxtəlif təşkilati-hüquqi formalı şirkətlərdir və
onlar qiymətli kağızların sahibləri qarşısında öhdəliklər daşıyırlar. Qiymətli
kağızların bəzi növləri yalnız müəyyən təşkilati-hüquqi formada (məsələn,
səhmlər ancaq SC tərəfindən buraxıla bilər) olan şirkətlər tərəfindən buraxıla
bilər. Bununla yanaşı,
xüsusi tənzimlənən
202
fəaliyyətlə məşğul olan şirkətlər
emissiya prosesini tənzimləyən qanunvericiliklə bərabər özlərinə aid xüsusi
qanunvericilik normalarının tələblərini nəzərə almalıdırlar. Şirkətin hansı
mərhələdə
203
olmasına baxmayaraq, emissiya prosesi və tənzimləmə
mexanizmləri fərqlənə bilər.
Dostları ilə paylaş: