Nizamnamə kapitalının azaldılması
Şirkət öz arzusu ilə nizamnamə kapitalını azalda bilər, qanunda nəzərdə
tutulmuş müəyyən hallarda isə məcburi azaltmalıdır.
188
Şirkətin nizamnamə
kapitalının azaldılması öhdəliyi ilk növbədə onun xalis aktivlərinin dəyərinin
dəyişilməsi ilə bağlı yaranır. SC-nin nizamnamə kapitalının azaldılması
səhmlərin nominal dəyərinin azaldılması (şirkətin bütün səhmdarların
səhmlərinin) və səhmlərinin ümumi sayının azaldılması ilə həyata keçirilə
bilər.
189
Əgər ikinci və sonrakı maliyyə illərinin sonunda şirkətin xalis aktivlərinin dəyəri
onun nizamnamə kapitalından az olarsa, şirkət məcburi olaraq öz nizamnamə
kapitalını onun xalis aktivlərinin dəyərini aşmayan miqdara qədər azaltmalıdır
və bu azaldılmanı müvafiq olaraq qeydiyyata almalıdır. Əgər bu zaman xalis
aktivlərin dəyəri nizamnamə kapitalının qanunvericilik tərəfindən müəyyən
edilmiş minimal miqdarından az olarsa, şirkət ləğv olunmalıdır.
Şirkətin nizamnamə kapitalının azaldılmasının
mütləq şərti şirkətin
kreditorlarını xəbərdar etməkdir. Şirkətin nizamnamə kapitalının azaldılması
haqqında qərarın qəbul edildiyi tarixdən şirkət ona məlum olan bütün
187
MM-nin 90.6-cı maddəsi
188
MM-nin 90.4-cü maddəsi
189
Şirkətə məxsus olan səhmlərin ləğv edilməsi ilə
109
kreditorları nizamnamə kapitalının azaldılması və onun yeni miqdarı barədə
yazılı xəbərdar etməlidir. Bununla yanaşı, şirkətin kreditorları qəbul olunmuş
qərar haqqında xəbərdarlıq aldıqdan sonra bir ay ərzində şirkətin öhdəliklərini
vaxtından əvvəl bitməsini və ya bu öhdəliklərin yerinə yetirilməsini və zərərin
ödənilməsini yazılı şəkildə tələb edə bilərlər.
Şirkətin kreditorlarını onun nizamnamə kapitalının azaldılması barədə xəbərdar
etmək zərurəti, mahiyyətinə görə, nizamnamə kapitalının təminat funksiyasının
həyata keçirilməsidir. Nizamnamə kapitalının azaldılması barədə bildirişin
təqdim
olunmasının
kreditorların
maraqlarını
qoruduğunu
düşünən
mütəxəssislər mövqelərini onunla əsaslandırırlar ki, kreditorlar şirkətlə öhdəlik
münasibətlərinə girəndə həmin anda şirkətin nizamnamə kapitalını nəzərə
almışdılar. Ancaq bununla yanaşı, nə qanunverici, nə də hüquqi doktrina
nizamnamə kapitalı ilə şirkətin kreditorlar qarşısında öhdəliyinin yerinə
yetirilməsi arasında hansı hüquqi əlaqənin olduğunu əsaslandıran izahat
verməyiblər. Hesab edirik ki, nizamnamə kapitalının miqdarı yanlış olaraq
şirkətin öhdəliklərinin yerinə yetirilməsinin təminatı üsulu kimi başa düşülür və
bu səbəbdən “təminatın” azaldılması ancaq kreditoru məlumatlandırdıqdan
sonra baş verə bilər.
Lakin əvvəl qeyd etdiyimiz kimi, nizamnamə kapitalı – şərti ölçüdür, öz-
özlüyündə şirkətin öhdəliklərinin zəmanəti və təminatı deyil, ona görə də
nizamnamə kapitalının dəyişməsi şirkətin kreditorlarının hüquqlarına birbaşa
təsir göstərmədiyini düşünürük.
Şirkətin
mövcud
kreditorlarının
borcların
artması
və
aktivlərin
özgəninkiləşdirilməsi barədə xəbərdar edilməsi daha məntiqli olardı. Hesab
edirik ki, kreditorlara nizamnamə kapitalının azaldılması barədə xəbərdarlıq
edilməsi tələbi tərəflərin hüquqi müdafiəsinə deyil, hüquqi problemlər və
hüquqdan mümkün sui-istifadələrə səbəb ola bilər.
|