105
c) təsisçilərin şirkətin nizamnamə kapitalına olan əmlak əmanətlərinin
necə qiymətləndirilməsini müəyyən etmək;
ç) şirkətin nizamnamə kapitalının hansı müddətdə formalaşmasını
müəyyən etmək.
Ümumi qaydaya görə, MMC-nin yaradılması zamanı onun nizamnamə kapitalı
şirkətin dövlət qeydiyyatı anınadək ödənilməlidir. Yəni qeydiyyat orqanına
sənədlərin verilməsi zamanı təsisçilər nizamnamə kapitalının ödənilməsi faktını
sənədlərlə təsdiq etməlidirlər. Bu normanın həyata keçirilməsinin praktiki
çətinliyi ondan ibarətdir ki, qeydiyyat mərhələsində təsisçilər tərəfindən şirkətin
nizamnamə kapitalına əmlakın qoyulması faktını sənədlərlə təsdiq etməsi
mümkün deyil. Nizamnamə kapitalının
pul ilə deyil, yalnız əmlakla
formalaşması zamanı təsisçilər kapitala qoyulan əmlakı yaradılan şirkətə
rəsmiləşdirə bilməzlər, çünki həmin anda şirkət qeydiyyata alınmayıb və hələ
mövcud deyil. Lakin 2011-ci ilin dekabr ayında edilən bir sıra
dəyişikliklər
178
nəticəsində vəziyyət nisbətən yaxşılaşdı. Belə ki, bu dəyişiklikdən sonra
nizamnamə kapitalı MMC dövlət qeydiyyatına alındıqdan sonra ödənilə bilər.
Təsisçilər artıq nizamnamə kapitalının müəyyən müddət (maksimum 3 ay)
ərzində ödənilməsi haqqında şərti MMC-nin nizamnaməsinə daxil edə bilərlər
və öhdəliyin icrasını təmin edən müxtəlif şərtlər də əlavə oluna bilər.
179
SC-lərdə nizamnamə kapitalının formalaşma qaydası şirkətin tipindən (açıq və
ya qapalı) asılı olaraq fərqlənir. Yalnız ASC onun tərəfindən buraxılan səhmlərə
açıq abunə aparma və onları açıq bazarda satmaq hüququna malikdir. QSC onun
tərəfindən buraxılan səhmlərə açıq abunə aparmaq və ya əldə etmək üçün qeyri-
müəyyən şəxslər dairəsinə təklif etmək hüququna malik deyil, o, səhmləri yalnız
onun təsisçiləri və ya əvvəlcədən müəyyən edilmiş digər şəxslər arasında
178
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-
ci il 30 dekabr tarixli 287-IVQD nömrəli Qanunu
179
MM-nin 90.2-ci maddəsi
106
bölüşdürməyə məcburdur.
180
Qeyd etmək lazımdır ki, istənilən tip SC-nin
yaranması zamanı açıq abunənin aparılmasına icazə verilmir,
onun bütün
səhmləri təsisçilər arasında bölüşdürülməlidir.
181
Şirkətin nizamnamə kapitalına pul, qiymətli kağız, əmlak hüquqları və ya pul
dəyəri olan digər hüquqlar qoyula bilər. SC-nin təsisi zamanı şirkətin
səhmlərinin ödəniş forması şirkətin yaradılması haqqında müqavilə ilə, əlavə
səhmlərin ödəniş forması isə yerləşdirilmə haqda qərarla müəyyən edilir. SC-nin
nizamnaməsində onun səhmlərinin əvəzinə ödənilə
biləcək əmlak növlərinə
məhdudiyyətlər ola bilər.
182
Hüquqi ədəbiyyatda hansı əmlakın nizamnamə kapitalına daxil edilə biləcəyi,
kapitala qoyulmuş qeyri-maddi nemətlərin hüquqi statusu haqda, nizamnamə
kapitalının tam olaraq qeyri-maddi aktivlərlə ödənilməsinin mümkünlüyü və
nizamnamə kapitalında maddi və qeyri-maddi
aktivlərin nisbəti barədə
müzakirələr aparılır. Bununla yanaşı, nizamnamə kapitalının formalaşması
zamanı pul vəsaiti formasında qoyulmalı olan müəyyən faizi təyin etmək fikri də
mövcuddur.
183
SC-nin nizamnamə kapitalının formalaşması zamanı səhmlər səhmdarlara
pulsuz verilə bilməz, onların mütləq əvəzi ödənilməlidir. SC-nin səhmlərini
ödəmək öhdəliyindən azad edilməsi, eləcə də şirkətə olan tələblərin əvəzlənməsi
yolu ilə bu öhdəlikdən azad edilməsinə icazə verilmir.
184
Hər bir səhmdar şirkətə
pul vəsaitləri və ya əmlak daxil etmək məcburiyyətindədir.
Bununla yanaşı, şirkətin səhmlərinin (paylarının) qeyri-maddi aktivlər ilə
ödənilməsi xüsusiyyətlərinə diqqət ayırmaq lazımdır, çünki şirkətin nizamnamə
kapitalının əmlak ilə formalaşdığı halda, qanunvericilik müəyyən proseduraların
180
MM-nin 100.1-ci maddəsi
181
MM-nin 1078-15.3-cü maddəsi
182
Hesab edirik ki, bu şərti MMC-lərə də tətbiq etmək olar.
183
Борякова С.А., Сергеева Е.В. Вопросы уставного капитала общества с ограниченной ответственностью в
практике арбитражных судов. Долинская В.В. Акционерное право: основные положения и тенденции. М., 2006.
Суханов Е.А. Проблемы развития законодательства о коммерческих организациях // Хозяйство и право. 2002. N 5
184
MM-nin 103.4-cü maddəsi
107
yerinə yetirilməsini tələb edir. Səhmdarın (iştirakçının) nizamnamə kapitalına
qoymaq istədiyi əmlak qiymətləndirilməlidir. Şirkətin yaradılması zamanı
səhmlərin (payların) ödənilməsi üçün verilən əmlakın
qiymətləndirilməsi təsis
yığıncağının qərarı ilə aparılır. Bu qiymətləndirmə sonradan müstəqil ekspert
tərəfindən (təcrübədə bu, auditordur) tərəfindən yoxlanılır və müvafiq rəy
verilir.
Dostları ilə paylaş: