226
xüsusi əhəmiyyətli əqdin təsdiqlənməsi üçün səhmdarların ümumi yığıncağının
keçirilməsi şirkətin özü üçün kifayət qədər xərcli və uzunsürən proses ola bilər.
Azərbaycan korporativ qanunvericiliyində ASC-də xüsusi əhəmiyyətli əqdlərin
təsdiqlənməsi üzrə səlahiyyət qanunun imperativ normasına
əsasən həyata
keçirilir və şirkətin nizamnaməsi ilə dəyişdirilə bilməz. Əhəmiyyətli əqdin
təsdiqlənməsi haqqında qərar səhmdarlar tərəfindən qəbul edilir. Hesab edirik
ki, xüsusi əhəmiyyətli əqdlərin təsdiqlənməsi səlahiyyətinin direktorlar şurasına
ötürülmə imkanını verən norma qanunvericiliyə əlavə edilməlidir.
Xüsusi
əhəmiyyətli əqdlərin təsdiq edilməsi haqqında qərarın rəsmiləşdirilməsinə və
tərkibinə dair qanunvericilik tərəfindən heç bir minimum göstəriş verilməməsinə
rəğmən, hesab edirik ki, qərarda təsdiq olunan
əqdin mahiyyətini müəyyən
etmək və fərdiləşdirməyə imkan verən məlumat aydın əks olunmalıdır.
Müqavilənin tərəfləri, əqdin dəyəri, predmeti və
digər əhəmiyyətli şərtlərin
göstərilməsini məqsədəuyğun hesab edirik.
Xüsusi əhəmiyyətli əqdlərin təsdiq edilmə anı (yəni əqdin bağlanmasından sonra
və ya əvvəl) təcrübə baxımdan vacib məsələdir. Bəzi xarici ölkələrin təcrübəsində
əqdlər bağlandıqdan sonra təsdiq üçün direktorlar şurası və ya səhmdarların
səsverməsinə çıxarılır. Təsdiq olunduqdan sonra əqd tam bağlanmış hesab
edilir.
341
Azərbaycanda ümumi qaydaya görə
xüsusi əhəmiyyətli əqd onun
bağlanmasından əvvəl təsdiqlənməlidir. Qanunvericiliyin tələbinin pozulması ilə
bağlanmış əhəmiyyətli əqd mübahisələndirilə bilər və şirkətin və ya maraqlı
şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Lakin əgər bu
341
İngilis-amerika hüquq təcrübəsində iri (əhəmiyyətli) əqdlərin bağlanması prosesi bir neçə mərhələdən ibarət olur. Müqavilə
imzalandıqdan sonra onun müqavilənin predmetinə aid şərtlərindən başqa, digər şərtləri hüquqi
qüvvəyə minir və tərəflər
üçün məcburi olur. Sonra müqavilə şirkətin müvafiq orqanı tərəfindən təsdiq olunması üçün səsverməyə çıxarılır. Lehinə
səsvermədən sonra müqavilənin digər şərtləri də qüvvəyə minir və müqavilə tam bağlanmış hesab edilir. "Tam bağlanma"
mərhələsi ingilis dilində "closing" adlandırılır. Azərbaycan təcrübəsində "müqavilə bağlama" termini müqavilənin
imzalanması anını təfsir etdiyindən, düşünürük ki, "closing" mərhələsi üçün uyğun tərcümə gərəkdir.
227
iddianın baxılması müddətində şirkətin ümumi yığıncağı
həmin əqdin təsdiqi
haqqında qərar qəbul edərsə, onun etibarsız sayılması haqqında iddia təmin
edilməməlidir.
Dostları ilə paylaş: