44
imtiyaz idi: qanunvericilik konkret şəxslərə konkret məqsədlər üçün və konkret
müddətə korporasiya yaratmağa icazə verirdi. O zamanlar korporativ hüquq,
sözün əsl mənasında, tənzimlənən sahə idi. Ancaq bu tendensiya sonradan
dəyişdi: XIX əsrin əvvəllərindən başlayaraq ABŞ-ın ayrı-ayrı ştatları
70
(Nyu-York
birinci olmaqla) korporasiyalar haqqında ümumi – yəni dairəsi məhdud olmayan
şəxslərə tətbiq olunan – qanunlar qəbul etdi. Bu qanunlara əsasən istənilən şəxs
korporasiya yarada bilərdi. Ancaq bu qanunların əksəriyyətində bir çox
maddələr imperativ xarakter daşıyırdı və korporasiyaların sahiblərinin müqavilə
azadlığı məhdud idi. XIX sonları və XX əsrin əvvəllərindən başlayaraq bir çox
ştatlar
korporativ
qanunvericiliklərini
liberallaşdırmaq
istiqamətində
dəyişdirməyə başladılar – yəni imperativ normaların sayı azaldı və bir çox
məsələləri korporasiyaların nizamnaməsi və ya səhmdarlar arasında müqavilə
ilə tənzimləmək mümkün oldu
71
. Biz "Delaver Ümumi Korporasiyalar"
Qanununa baxsaq, görərik ki, burada nəzərdə tutulan bir çox maddələr
dispozitiv və daha çox “icazə verən” xarakter daşıyır.
Dostları ilə paylaş: