Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə24/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Səhmdar cəmiyyətinin tipləri 
Açıq və qapalı səhmdar cəmiyyətləri 
ASC və QSC-nin əsas fərqləndirici əlamətləri səhmlərin yerləşdirilmə şərtləri və 
qaydası, eləcə də səhmlərin özgəninkiləşdirilməsi və əldə edilməsi üzrə 
üstünlük hüquqlarından ibarətdir. ASC-nin səhmləri açıq yerləşdirilir və 
səhmdarlar məhdudiyyətsiz olaraq səhmlərini satmaq hüququna malikdirlər. 
QSC-nin səhmləri yalnız əvvəlcədən müəyyən olunmuş şəxslər arasında 
yerləşdirilir. QSC səhmdarları digər səhmdarlar tərəfindən satılan səhmlərin 
üçüncü şəxslərə təklif olunan qiymətə əldə edilməsində üstünlük hüququna 
malikdirlər. Digər səhmdarlar öz üstünlük hüququndan istifadə etmədikdə 
səhmdarlar tərəfindən satılan səhmlərin alınmasında üstünlük hüququna QSC 
özü də malik ola bilər (MM-nin 101-ci maddəsi). Bu hüquq şirkətin 
nizamnaməsində əks olunduğu halda, tətbiq edilə bilər. Ümumiyyətlə, bir sıra 
məsələnin məhz şirkətin nizamnaməsi ilə müəyyənləşdirildiyini nəzərə alaraq 
sahibkarlar biznesin qurulması mərhələsinə kifayət qədər ciddi yanaşmalıdırlar, 
qanunvericiliyin 
ümumi 
normalarını 
nizamnamələrdə 
təkrarlamaq 
təcrübəsindən qaçaraq onların tələblərinə cavab verən və gələcəkdə yarana 
biləcək risklərin azaldılmasına yönələn daha peşəkar hüquqi konstruksiyalardan 
istifadə etməlidirlər. Qeyd etmək lazımdır ki, QSC-də səhmdarların səhmləri 


62 
əldə etməkdə üstünlük hüququnu müəyyən edən norma imperativ xarakter 
daşıyır və o, təsis müqaviləsi və ya nizamnamə ilə məhdudlaşdırıla bilməz.
90
Beləliklə, QSC-nin səhmdarları və müəyyən hallarda şirkətin özü səhmdarlar 
tərəfindən satılan səhmləri əldə etmək üçün üstünlük hüququndan istifadə 
etmək istədikləri halda, onlar səhmləri üçüncü şəxsə təklif olunan qiymətlə 
almağa razılaşmalıdırlar. Əgər şirkət və ya digər səhmdarlar tərəfindən satılan 
səhmlərə görə təklif etdikləri qiymət üçüncü şəxsə təklif olunan qiymətdən 
aşağıdırsa, onda səhmdar səhmlərini digər şəxsə satmaq hüququna malik olur. 
Öz səhmlərini üçüncü şəxsə satmaq arzusunda olan səhmdar bunu digər 
səhmdarlara və şirkətə yazılı şəkildə bildirməli və səhmin satışının qiyməti və 
digər şərtləri qeyd etməlidir.
Hesab edirik ki, bu halda bildiriş müqavilə bağlanması haqqında təklif (oferta) 
kimi qiymətləndirilməlidir. Çünki o, ofertanın bütün əlamətlərinə cavab verir: 
konkret şəxslərə ünvanlanıb, bütün zəruri şərtlərə malikdir. Əgər səhmdarlar 
(və ya şirkət) 30 gün
91
ərzində satışa çıxarılan bütün səhmlərin əldə olunması 
üzrə üstünlük hüququndan istifadə etməzlərsə, onda səhmlər şirkətə və onun 
səhmdarlarına bildirilmiş qiymət və şərtlərlə üçüncü şəxsə satıla bilər. 
Nəzərə almaq lazımdır ki, QSC-nin səhmlərinin əldə edilməsi üzrə üstünlük 
hüququ 
səhmdarın 
səhmləri 
pulsuz 
özgəninkiləşdirməsi 
(bağışlama 
müqaviləsinə əsasən) və ya səhmlərin vərəsəlik qaydasında digər şəxsin 
mülkiyyətinə keçməsi hallarında tətbiq olunmur.
Hesab edirik ki, üstünlük hüququ pozularaq bağlanmış alğı-satqı müqaviləsi 
etibarsız hesab edilməməlidir, çünki ilk növbədə müqavilələrin etibarsız hesab 
edilməsi üçün əsaslar qanunvericilikdə qeyd edilib və həmin siyahıda üstünlük 
hüququnun pozulduğuna görə əqdin etibarsız hesab edilməsi haqqında norma 
yoxdur. Bununla yanaşı, üstünlük hüququnun pozulması ilə bağlanmış əqdi 
90
MM-nin 101.1-ci maddəsi
91
MM-nin 101.1-ci maddəsi 


63 
əhəmiyyətsiz də hesab etmək olmur, çünki MM-də yalnız yalan və uydurma 
əqdlər əhəmiyyətsiz əqdlərə aid edilib. Qeyd edək ki, MM-də əvvəl 338-ci maddə 
mövcud idi və orada qeyd edilirdi ki, MM ilə müəyyənləşdirilmiş qaydaları və 
qadağaları pozan əqd, əgər MM-də bu cür əqdin əhəmiyyətsiz olduğu 
müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə 
tutulmayıbsa, etibarsızdır. Bu norma mövcud olsa idi, üstünlük hüququnun 
pozulması ilə bağlanmış əqdin etibarsızlığını və ya əhəmiyyətsizliyini iddia 
etmək olardı. Lakin bu maddə 2005-ci ildə məcəllədən çıxarılmışdır
92

Hüquqi şəxslərə aid normalar arasında bu pozuntunun nəticələrinə dair heç bir 
norma olmadığından düşünürük ki, qanun analogiyası
93
üzrə paylı mülkiyyətdə 
satın 
almada 
üstünlük 
hüququna 
dair 
normaları 
tətbiq 
etmək 
məqsədəuyğundur.
94
Beləliklə, səhmlər üstünlük hüququ pozularaq üçüncü 
şəxsə satıldıqda maraqlı şəxs (digər səhmdar, şirkət) məhkəmə qaydasında 
həmin səhmlərin alıcısının
95
hüquq və öhdəliklərinin ona keçirilməsini tələb 
etmək hüququna malikdir.
96
Maraqlı şəxs üç ay ərzində bu tələblə məhkəməyə 
müraciət edə bilər. Məhkəmələr üstünlük hüququnun pozulması ilə bağlı işlərdə 
bütün iştirakçıların maraqlarını qorumaq məqsədilə satılmış səhmlərin 
qiymətinə bərabər məbləği təminat üsulu kimi məhkəmənin depozit hesabına 
qoymağı alıcının hüquq və öhdəliklərinin özünə keçirilməsini tələb edən 
iddiaçıdan tələb etməlidir. Çünki məhkəmədə iddia qaldırması faktı onu ehtiva 
edir ki, üstünlük hüququ pozulmasa idi, iddiaçı həmin məbləği ödəməyə hazır 
idi. Yəni həmin depozit iddiaçının ödəmə qabiliyyətini sübut etmiş olur. 
92
24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və 
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq 
edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan 
Respublikasının Qanunu 
93
Maraqlıdır, görəsən, nə qədər məsələni analogiya ilə həll etmək məcburiyyətindəyik? 
94
Qeyd etmək istəyirik ki, bu normanın tətbiqi şirkətin (ya onun əmlakının) səhmdarların paylı mülkiyyəti olduğunu əsla 
ehtiva etmir. Burada əsas məqam ümumi paylı mülkiyyət məsələsi yox, həmin mülkiyyətin sahiblərinin satınalmada 
üstünlük hüququna malik olması faktıdır.
95
Maddədə səhvən “alıcının” sözü əvəzinə “satıcının” sözü yazılıb.
96
MM, maddə 218.1. 


64 
Həmçinin məhkəmə faktiki alıcının maraqlarını qorumuş olur, əks halda faktiki 
alıcı səhmləri və satıcıya ödədiyi pulu itirmiş olur. Bu, əlbəttə ki, ədalətsiz olar.
Müvafiq depoziti tələb etməklə məhkəmələr “lazımsız” iddialardan da qurtula 
bilərlər. Müəyyən hallarda satılan səhmlər üçün müvafiq qiyməti ödəmək 
imkanının olmamasına rəğmən, səhmdarlar sadəcə əlavə “baş ağrısı” yaratmaq 
məqsədilə məhkəməyə müraciət edirlər. Hesab edirik ki, eyni yanaşma MMC-
nin payının alınmasında üstünlük hüququ pozulması haqqında məkhəmə 
mübahisələrində tətbiq edilməlidir. 
ASC-nin və QSC-nin fərqləndirilməsinin növbəti meyarı QSC üçün iştirakçıların 
sayı üzrə müəyyən olunmuş məhdudiyyətdir ki, buna uyğun olaraq, sonuncuda 
50-dən çox səhmdar ola bilməz.
97
Açıq və qapalı SC-lərin növbəti fərqi ASC-də işlərin açıq şəkildə aparılmasının 
zəruriliyindən ibarətdir: illik hesabat, illik mühasibatlıq hesabatı, emissiya 
prospekti, səhmdarların ümumi yığıncağının keçirilməsi haqqında və sair 
məlumatlar kütləvi informasiya vasitələrində dərc edilməlidir. Bu tələblər açıq 
yerləşdirmə yolu ilə və ya fond birjasında açıq dövriyyədə olan səhmləri əldə 
edən potensial investorları və mövcud səhmdarları informasiya ilə təmin etmək 
məqsədini daşıyır. QSC öz fəaliyyəti haqqında müəyyən məlumatı yalnız 
qanunvericilikdə nəzərdə tutulmuş hallarda açıqlayır. 
Nəzərdə saxlamaq lazımdır ki, SC-nin "açıq" və "qapalı" tipləri ayrı-ayrı təşkilati-
hüquqi forma deyil. Hər iki tip bir təşkilati-hüquqi formanın çərçivəsində 
mövcuddur və SC-nin tipinin dəyişməsi hüquqi şəxsin yenidən təşkili kimi 
qiymətləndirilməməlidir. SC-nin tipinin dəyişməsi şirkətin ümumi yığıncağının 
qərarı ilə onun nizamnaməsinə dəyişikliklərin daxil edilməsi və müəyyən 
olunmuş qaydada dövlət qeydiyyatından keçməsi ilə həyata keçirilir. Qeyd edək 
97
Nazirlər Kabinetinin 224 №-li Qərarı, 23.12.2000


65 
ki, MM-in 100-cü maddəsində səhmdarların sayının il ərzində 50-ni aşdığı 
hallarda QSC-nin ASC-yə çevrilməsi zəruriliyi haqqında imperativ norma 
mövcuddur. Hesab edirik ki, həmin maddədə “çevrilmə” ifadəsinın istifadəsi 
düzgün deyil, çünki MM-in 55-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən təşkilin 
bir forması ilə eyniləşdirilir. 
Tiplərə görə təsnifatla yanaşı, qüvvədə olan qanunvericilik şirkətin fəaliyyət 
sahəsindən asılı olaraq, SC-ni növlərə ayırır. SC-lər fəaliyyət sahəsinə görə bank, 
investisiya və sığorta sahələrinə bölünür.
Bu sahələrdə fəaliyyət göstərən SC-ləri tənzimləyən xüsusi qanunlar olduğundan 
müəyyən məsələlər həmin qanunlarla tənzimlənir. Əlbəttə, bu zərurət həmin 
sahələrin iqtisadiyyat və maliyyə sistemi üçün vacibliyindən və buna görə də 
xüsusi nəzarətin olmasından irəli gəlir. Bir sıra digər məsələlərin MM-də ilə 
tənzimlənməsi ilə yanaşı, xüsusi qanunların normaları ilə MM normaları 
arasında ziddiyyətlər də ola bilər. Beləliklə, qanunları və digər normativ aktları 
müəyyən sahələrdə fəaliyyət göstərən SC-lərə tətbiq etdikdə diqqətli olmaq 
lazımdır. 
Əksər SC-lər məlumatların açıqlanması ilə bağlı qanunvericiliyin tələblərinə 
riayət etmirlər. Əslində buna ehtiyac yoxdur, çünki əksər şirkətlərin "səhmdar 
cəmiyyəti" forması yalnız formal xarakter daşıyır və faktiki olaraq, MMC kimi 
fəaliyyət göstərir. Çünki məlumatın açıqlanması tələbi ilə yanaşı, səhmdar 
cəmiyyətləri öz iqtisadi funksiyalarını – qiymətli kağızlar bazarında səhmlərini 
açıq yerləşdirmək, fond birjasında səhmlərin dövriyyəsini təşkil etmək – yerinə 
yetirmirlər. Real investisiya və fond bazarı olmadıqda, məlumatın açılması 
haqqında qanunvericiliyin tələbi barədə danışmaq mənasızdır.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin