Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə26/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   22   23   24   25   26   27   28   29   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

razılığı ilə), yaxud ona həvalə edilmiş hüquq və öhdəliklərin dayandırılması və ya 
məhdudlaşdırılması şirkət iştirakçılarının səslərinin 2/3 hissəsinin çoxluğu ilə 
ümumi yığıncağın qərarı ilə mümkün ola bilər.
106
İştirakçı payını özgəninkiləşdirdikdə isə ona məxsus əlavə hüquq və öhdəliklər 
satılan payla keçmir, çünki əlavə hüquq və öhdəliklər individual xarakter 
daşıyır, yəni konkret iştirakçıya təqdim edilir. Şirkətin konkret iştirakçılarına 
əlavə hüquq və öhdəliklərin verilmə imkanının qanunvericilikdə müəyyən 
edilməsi MMC-ni daha çevik biznes formasına çevirəcək.
106
Е. Суханов, ООО в гражданском праве. Хозяйство и право 1998. N5 


71 
MMC iştirakçısı digər iştirakçıların və şirkətin razılığı olmadan şirkətdən çıxış 
hüququna malikdir.
107
Çıxış zamanı iştirakçıya payının həqiqi dəyəri və ya onun 
razılığı ilə bu dəyərdə natura şəklində əmlak ödənilməlidir.
108
MMC-dən çıxan iştirakçının çıxış haqqında ərizə verdikdən sonrakı hüquqi 
statusu sual doğurur. Ərizə verdiyi andan payının dəyərli alınması anınadək 
müəyyən vaxt kəsiri mövcuddur. Həmin vaxt kəsiri dövründə çıxan iştirakçının 
korporativ hüquqlarını həyata keçirə bilib-bilməməsi məsələsi yaranır. Çıxış 
haqqında ərizənin verildiyi andan iştirakçının MMC-nin iştirakçısı qismində ona 
məxsus 
korporativ 
hüquqlardan 
məhrum 
olmasını 
düşünmək 
məqsədəuyğundur.
109
Lakin həmin vaxt ərzində digər iştirakçılar tərəfindən 
çaxın iştirakçıya qarşı sui-istifadələr və aşağı məbləğin verilməsi üçün maliyyə 
manipulyasiyaları mümkündür.
Əlavə məsuliyyətli cəmiyyət 
Əlavə məsuliyyətli cəmiyyət – nizamnamə kapitalı təsis sənədləri ilə müəyyən 
edilən, paylara bölünən şirkətdir. Belə şirkətin iştirakçıları onun öhdəlikləri üzrə 
öz mülkiyyətləri ilə birgə məsuliyyət daşıyırlar. ƏMC öz mahiyyətinə görə 
MMC-nin bir növüdür, ona görə də Mülki Məcəllədə ƏMC-yə MMC-nin 
qaydaları tətbiq olunur. 
Sahibkarlıq fəaliyyətinin bu formasını fərqləndirən özünəməxsusluq ƏMC 
iştirakçılarının şirkətin öhdəlikləri üzrə məsuliyyət daşımasıdır. ƏMC 
iştirakçıları şirkətin əmlakının (pulunun) çatışmazlığı zamanı kreditorlarının 
tələblərini təmin etmək üçün şəxsi mülkiyyətləri ilə birgə məsuliyyətə cəlb oluna 
bilərlər. Lakin bu məsuliyyətin ölçüsü məhduddur – o, iştirakçının bütün 
mülkiyyətinə deyil (tam ortaqlıqlardan fərqli olaraq), onun nizamnamə 
kapitalına daxil etdiyi mayanın misli miqdarına aiddir. ƏMC-nin iştirakçılarının 
107
MM-nin, 95-ci maddəsi 
108
MM-nin, 96-cı maddəsi 
109
Bu halda iştirakçı şirkətin kreditoru statusuna keçir.


72 
birinin müflisləşməsi zamanı onun şirkətin öhdəlikləri üzrə məsuliyyəti şirkətin 
digər 
iştirakçılarının 
paylarına 
əsasən 
onlar 
arasında 
proporsional 
bölüşdürülür.
110
ƏMC biznesdə geniş yayılmamışdır. Bunun əsas səbəbi ondan 
ibarətdir ki, qanunvericilikdə iştirakçıların “əlavə” məsuliyyətli (ortaqlıqlar, 
ƏMC) rejimi olan təşkilati-hüquqi formalar üçün heç bir imtiyaz (üstünlük) 
nəzərdə tutulmayıb.
Bu biznes forması təcrübədə çox geniş yayılmadığından və zənnimizcə, lazımsız 
bir forma olduğundan onun üzərində çox dayanmayacağıq. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin