71
MMC iştirakçısı digər iştirakçıların və şirkətin razılığı olmadan şirkətdən çıxış
hüququna malikdir.
107
Çıxış zamanı iştirakçıya payının həqiqi dəyəri və ya onun
razılığı ilə bu dəyərdə natura şəklində əmlak ödənilməlidir.
108
MMC-dən çıxan iştirakçının çıxış haqqında ərizə verdikdən sonrakı
hüquqi
statusu sual doğurur. Ərizə verdiyi andan payının dəyərli alınması anınadək
müəyyən vaxt kəsiri mövcuddur. Həmin vaxt kəsiri dövründə çıxan iştirakçının
korporativ hüquqlarını həyata keçirə bilib-bilməməsi məsələsi yaranır. Çıxış
haqqında ərizənin verildiyi andan iştirakçının MMC-nin iştirakçısı qismində ona
məxsus
korporativ
hüquqlardan
məhrum
olmasını
düşünmək
məqsədəuyğundur.
109
Lakin həmin vaxt ərzində digər iştirakçılar tərəfindən
çaxın iştirakçıya qarşı sui-istifadələr və aşağı məbləğin
verilməsi üçün maliyyə
manipulyasiyaları mümkündür.
Əlavə məsuliyyətli cəmiyyət
Əlavə məsuliyyətli cəmiyyət – nizamnamə kapitalı
təsis sənədləri ilə müəyyən
edilən, paylara bölünən şirkətdir. Belə şirkətin iştirakçıları onun öhdəlikləri üzrə
öz mülkiyyətləri ilə birgə məsuliyyət daşıyırlar. ƏMC öz mahiyyətinə görə
MMC-nin
bir növüdür, ona görə də Mülki Məcəllədə ƏMC-yə MMC-nin
qaydaları tətbiq olunur.
Sahibkarlıq fəaliyyətinin bu formasını fərqləndirən özünəməxsusluq ƏMC
iştirakçılarının şirkətin öhdəlikləri üzrə məsuliyyət daşımasıdır. ƏMC
iştirakçıları şirkətin əmlakının (pulunun) çatışmazlığı zamanı kreditorlarının
tələblərini təmin etmək üçün şəxsi mülkiyyətləri ilə birgə məsuliyyətə cəlb oluna
bilərlər. Lakin bu məsuliyyətin ölçüsü məhduddur – o, iştirakçının
bütün
mülkiyyətinə deyil (tam ortaqlıqlardan fərqli olaraq), onun nizamnamə
kapitalına daxil etdiyi mayanın misli miqdarına aiddir. ƏMC-nin iştirakçılarının
107
MM-nin, 95-ci maddəsi
108
MM-nin, 96-cı maddəsi
109
Bu halda iştirakçı şirkətin kreditoru statusuna keçir.
72
birinin müflisləşməsi zamanı onun şirkətin öhdəlikləri üzrə məsuliyyəti şirkətin
digər
iştirakçılarının
paylarına
əsasən
onlar
arasında
proporsional
bölüşdürülür.
110
ƏMC biznesdə geniş yayılmamışdır.
Bunun əsas səbəbi ondan
ibarətdir ki, qanunvericilikdə iştirakçıların “əlavə” məsuliyyətli (ortaqlıqlar,
ƏMC) rejimi olan təşkilati-hüquqi formalar üçün heç bir imtiyaz (üstünlük)
nəzərdə tutulmayıb.
Bu biznes forması təcrübədə çox geniş yayılmadığından və zənnimizcə, lazımsız
bir forma olduğundan onun üzərində çox dayanmayacağıq.
Dostları ilə paylaş: