Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Holdinq 139  strukturunun yaradılması



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə32/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   28   29   30   31   32   33   34   35   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Holdinq
139
 strukturunun yaradılması. Kommersiya təşkilatının tərkibindən ayrı-
ayrı şirkətlərin ayrılması yolu ilə müxtəlif biznes fəaliyyətlərini müstəqil 
formada fərdiləşdirərək holdinq strukturunun yaradılması. Çox vaxt bu tədbirlər 
korporasiyanın idarəetməsinin yaxşılaşdırılmasına, eləcə də şirkətin həddən çox 
fəaliyyət növü həyata keçirməsi ilə bağlı yaranan risklərin azaldılmasına kömək 
edir.
Məcburi yenidən təşkil prosesinə nadir hallarda rast gəlinir, adətən o, antiinhisar 
orqanları tərəfindən yerli bazarlarda rəqabətin inkişafı və şirkətlər tərəfindən 
monopoliyanın qurulmasına imkan verməmək məqsədilə tətbiq edilir.
140
Antiinhisar orqanları tərəfindən korporasiyanın məcburi yenidən təşkilinin tələb 
edilməsi bu halda mümkün ola bilər – əqdlərin və qanunla nəzərdə tutulmuş 
digər hərəkətlərin həyata keçirilməsi üçün antiinhisar orqanının ilkin razılığının 
139
Azərbaycan korporativ qanunvericiliyində "holding" anlayışı, mahiyyəti və tənzimlənməsinə aid normalar mövcud 
deyil. Yeganə olaraq "Banklar haqqında" qanunda "bank holdinq şirkəti"-nin anlayışı verilibdır. 
140
Görünür, antiinhisar orqanları öz vəzifələrini o qədər də uğurlu icra etmir. 


83 
alınması qaydasının pozulması zamanı. Müəyyən hallarda antiinhisar orqanı 
şirkətlərin qoşulması, birləşməsi və yaradılması ilə bağlı bir sıra əməliyyatların 
aparılmasına qabaqcadan razılıq verir.
141
Əgər şirkət qeyd edilən ilkin razılıq 
olmadan yaradılıbsa, antiinhisar orqanı bu hərəkətin etibarsız hesab olunması 
haqqında tələblə məhkəməyə müraciət etmək hüququna malikdir.
142
İddia ərizəsi 
məhkəmə orqanlarına ancaq o halda verilə bilər ki, şirkətin yaranması rəqabətin 
məhdudlaşmasına gətirsin və ya gətirə bilər, həmçinin bazarda üstün 
mövqeyinin yaranmasına və ya güclənməsinə səbəb olsun. Beləliklə, göstərilən 
hallarda "Antiinhisar fəaliyyəti haqqında" Qanuna əsasən antiinhisar orqanı 
qanunu pozan şirkətin məhkəmə qaydasında məcburi bölünməsi və ya onun 
tərkibindən bir və ya bir neçə təşkilatın ayrılmasını tələb etmək hüququna 
malikdir.
Məcburi və könüllü yenidən təşkilin həyata keçirilməsi prosesi və qaydaları 
eynidir. Lakin əgər şirkət səhmdarları (iştirakçıları) səlahiyyətli dövlət orqanının 
qərarında müəyyən edilmiş müddətdə şirkətin yenidən təşkilini həyata 
keçirməzlərsə, məhkəmə şirkətə kənar idarəçini təyin etmək və şirkətin yenidən 
təşkilini həyata keçirməyi ona həvalə etmək hüququna malikdir. Kənar 
idarəçinin təyin edildiyi andan şirkətin işlərinin idarəsi üzrə səlahiyyətlər ona 
keçir.
143

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin