Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə30/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   26   27   28   29   30   31   32   33   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Şirkətlərin yenidən təşkili 
Yenidən təşkil xüsusi hüquqi prosesdir, bu prosesə hüquqi şəxsin təsisi və eyni 
zamanda ləğv edilməsi proseduralarının xüsusiyyətləri məxsusdur. Şirkət yalnız 
təsis olunma yolu ilə deyil, həmçinin mövcud olan hüquqi şəxsin yenidən təşkil 
edilməsi ilə yaradıla bilər. Bu iki üsulun fərqi ondan ibarətdir ki, yenidən təşkil 
nəticəsində yaranan şirkətə özündən əvvəlki mövcud olan şirkətin (şirkətlərin) 
hüquq və öhdəlikləri ötürülür. Bununla yanaşı, yenidən təşkil prosesində bir çox 
hallarda hüquqi şəxsin fəaliyyətinin bitməsi baş verir, bu da onu ləğv olunmaya 
oxşar edir. Lakin ləğv etmə zamanı ləğv olunan təşkilatın hüquq və öhdəlikləri 
yenidən təşkil prosesindən fərqli olaraq, digər şəxslərə keçmir. Qanunvericiliyə 
əsasən yenidən təşkilin beş növü var:
131
Birləşmə – iki və ya daha çox şirkətin fəaliyyətinin bitirilməsi və onların hüquq 
və öhdəliklərinin ötürülməsi ilə yeni şirkətin yaranması.
132
Qoşulma – bir və ya daha çox şirkətin fəaliyyətinin bitirilməsi və onlardan 
birinin (və ya daha çoxunun) hüquq və öhdəliklərinin digər şirkətə ötürülməsi.
133
Bölünmə – şirkətin bütün hüquq və öhdəliklərinin yeni yaradılan şirkətlərə 
ötürülməsi ilə fəaliyyətini dayandırması.
134
Ayrılma – fəaliyyətini dayandırmadan hüquq və öhdəliklərinin bir hissəsinin 
ötürülməsi ilə bir və ya bir neçə şirkətin yaradılması.
135
Çevrilmə – şirkətin təşkilati-hüquqi formasının dəyişdirilməsi.
136
Azərbaycanda yenidən təşkil prosesi bir neçə qanunvericilik aktının tələbinə 
əsasən həyata keçirilir.
137
Lakin bu normalar müasir tələblərə cavab 
vermədiyindən, hesab edirik beynəlxalq (və xarici ölkələrin) təcrübədən 
131
MM-nin 55-ci maddəsi
132
MM-nin 56.1-ci maddəsi
133
MM-nin 56.2-ci maddəsi
134
MM-nin 56.3-cü maddəsi
135
MM-nin 56.4.-cü maddəsi
136
MM-nin 56.5-ci maddəsi
137
Mülki Məcəllə, "Rəqabətin qorunması haqqında" Qanun və digərlər. 


81 
bəhrələnərək korporativ qanunvericiliyin müvafiq hissələrində islahatlar 
keçirmək lazımdır.
Hazırkı qanunvericilikdə yenidən təşkil anlayışı verilmədiyindən, təcrübədə bu 
prosesi şirkətin fəaliyyətinin bitməsi ilə eyniləşdirirlər. Lakin bu mövqe ilə tam 
razılaşmaq olmaz, çünki bu yanaşma bütün yenidən təşkil halları üçün istifadə 
edilə bilməz (məsələn, ayrılma zamanı hüquqi şəxsin dayandırılması baş 
vermir). Şirkətlərin yenidən təşkili könüllü və məcburi qaydada aparıla bilər. 
Birinci halda şirkətin yenidən təşkili prosesi onun səhmdarlarının (iştirakçıların) 
qərarı əsasında həyata keçirilir və yuxarıda adı çəkilən formalardan biri ilə baş 
verir. İkinci halda yenidən təşkil məhkəmənin qərarı ilə və yalnız bölünmə və ya 
ayrılma formasında həyata keçirilir.
138
Qeyd etmək lazımdır ki, bu mexanizm 
yalnız qanunla müəyyən edilmiş hallarda istifadə oluna bilər. 
Əksər halda şirkətin yenidən təşkili könüllü qaydada baş verir. Şirkətlərin 
könüllü yenidən təşkili, əsasən, aşağıdakı səbəblərə görə baş verir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin