Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Yenidən təşkil prosesində kreditorların və səhmdarların hüquqları. Hüquqi



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə33/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   29   30   31   32   33   34   35   36   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Yenidən təşkil prosesində kreditorların və səhmdarların hüquqları. Hüquqi 
varislik 
Yenidən təşkil olunan şirkətin kreditorlarının maraqlarının müdafiəsinə xüsusi 
diqqət yetirilməlidir, çünki yenidən təşkil prosesində iştirak edən şirkətin(lərin) 
kreditorlarının vəziyyəti əhəmiyyətli dərəcədə pisləşə bilər. Məsələn, ayrılma 
zamanı yeni hüquqi şəxsə likvid aktivlər köçürülərək, digər öhdəliklərin 
141
"Antiinhisar fəaliyyəti haqqında" Qanun, 13-cü maddə 
142
"Antiinhisar fəaliyyəti haqqında" Qanun, 13.3-cü maddə 
143
MM-nin 55.2, 55.3-cü maddələri


84 
“köhnə” şirkətin balansında saxlanıldıqda. Sonradan bu şirkətin öz borclarını 
ödəmək ehtimalı çox azalır. Kreditorları belə hallardan qorumaq üçün 
qanunvericilikdə müəyyən prosedura riayət olunması nəzərdə tutulub.
144
Şirkətin yenidən təşkili haqqında qərar qəbul edildikdən sonra o, öz 
kreditorlarına yazılı şəkildə bildiriş təqdim etməlidir. Bunun əsasında kreditorlar 
şirkətin müvafiq öhdəliklərinin vaxtından əvvəl dayandırılması və ya icra 
edilməsini və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər. 
Təəssüf ki, Azərbaycan qanunvericiliyində yenidən təşkili tənzimləyən normalar 
kifayət qədər dolğun deyil, bu da təcrübədə bir çox problemlər yaradır. MM-də 
yalnız prosesi əhatə edən ümumi normalar müəyyən edildiyindən, iştirakçılar 
təcrübədə qanunun analogiyasından istifadə edərək şirkətin ləğv edilməsini 
tənzimləyən normaları tətbiq etmək məcburiyyətində qalırlar. Bu yanaşmanın nə 
qədər uğurlu olub-olmaması əlavə müzakirə mövzusudur. 
Müəyyən hallarda yenidən təşkil prosesi nəticəsində şirkətin bazar dəyəri 
əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Məhz bu kimi səbəblərə görə yenidən 
təşkilin əleyhinə səs verən səhmdarlar onlara məxsus olan səhmlərin hamısını və 
ya bir hissəsinin geri alınmasını şirkətdən tələb etmək hüququna malik 
olmalıdırlar. Bu konsepsiya korporativ hüququn inkişaf etdiyi ölkələrin 
qanunlarında mövcuddur və bu yaxınlarda korporativ hüquqda aparılmış 
islahatlar nəticəsində bir neçə MDB ölkəsinin (Rusiya, Ukrayna, Qazaxıstan) 
qanunvericiliyində öz əksini tapmışdır. Bu prinsipin məqsədəuyğunluğu ondan 
ibarətdir ki, o, başlıca olaraq yenidən təşkil zamanı mülkiyyət maraqlarına zərər 
veriləcəyi görünən səhmdarların hüquqlarının müdafiəsinə imkan yaradır. 
Azərbaycanın məhkəmə təcrübəsində bu mövqe ilk dəfə Konstitusiya 
Məhkəməsində işıqlandırılmışdır.
145
144
MM-nin 58-ci maddəsi
145
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 
və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair Qərarı, Bakı 16 dekabr 2011-ci il 


85 
Kreditorun yenidən təşkil prosesinə mane olmaq imkanı və hüququ 
olmadığından, kreditor öhdəliklərin vaxtından əvvəl icrasını və zərərin əvəzinin 
ödənilməsini borclu şirkətdən tələb edə bilər və ya başqa yolla xitam verilə bilər. 
Kreditorlar yenidən təşkil haqqında məlumat aldıqda öhdəliklərin vaxtından 
əvvəl icrasını (və ya öhdəliklərə xitamını) tələb edə bilərlər. Kreditorların 
hərəkətləri bu mərhələdə yenidən təşkil prosesinin həyata keçirilməsinə təsir 
etmir. Kreditorlar öhdəliklərin vaxtından əvvəl icrasını tələb etmədikdə, 
öhdəliklər yenidən təşkil olunmuş hüquqi şəxsin varislərinə keçmiş olur və 
kreditorlar daha sonra onlardan öz tələblərini istəyə bilərlər.
Bir sıra mütəxəssislər yenidən təşkil haqqında bildirişlərin kreditorlara 
göndərildiyini təsdiq edən məlumatların qeydiyyat orqanına təqdim edilən 
sənədlərin siyahısına əlavə edilməsinin tərəfdarıdırlar. Lakin hesab edirik ki, bu, 
praktiki cəhətdən mürəkkəb məsələdir, çünki dövlət orqanı yenidən təşkil 
olunan şirkətin kreditorlarının dəqiq sayını bilə bilməz və şirkət tərəfindən 
kreditorların sayı haqqında yalan məlumat vermə mümkünlüyünü istisna etmək 
olmaz. Bununla yanaşı, qanunvericilikdə belə bir əlavə olsa, düşünürük ki, 
qeydiyyat orqanı üçün kreditorların sayı haqqında obyektiv məlumat verən 
sənəd yenidən təşkil prosesində tərtib olunan bölünmə balansı (və ya təhvil aktı) 
ola bilər.
Digər 
problem 
kreditorların 
məlumatlandırılmasının 
formatıdır. 
Qanunvericilikdə kreditorlara göndərilən bildirişin formatına dair heç bir tələb 
göstərilməyib. Bu, əlbəttə, müəyyən sui-istifadələrə yol aça bilər. Vicdansız 
səhmdarlar minimal məlumat əks etdirən bildiriş göndərməklə formal olaraq, 
qanunvericilik tələbini yerinə yetirir, lakin kreditor onun qərar verməsi üçün 
zəruri olan məlumatı əldə etmir. Qanunvericilikdə bölünmə balansının və ya 
təhvil aktının kreditorlara təqdim edilməsi məsələsi də öz həllini tapmayıb. 
Bölünmə balansın və təhvil aktının bildirişlə birgə kreditorlara təqdim edilməsi 


86 
məntiqli və düzgün hesab edilir. Əksər ölkələrin qanunvericiliyində bu məsələ 
dəqiq və aydın şəkildə öz əksini tapıb. 
Şirkətin yenidən təşkil prosesində kreditorlar məlumatlandırılmasa, onların 
hüquqları pozulduğu halda, məhkəmə vasitəsilə şirkətin yenidən təşkilinin 
etibarsız hesab edilməsini tələb edə bilərlər.
Mütəxəssislər hesab edirlər ki, kreditorların çoxu və ya hamısı yenidən təşkil 
haqqında məlumatlandırılmadıqda, onlar yenidən təşkili məhkəmə vasitəsi 
mübahisələndirmək və etibarsız hesab edilərək əvvəlki vəziyyətin bərpa 
edilməsini tələb etmək hüququna malik olmalıdırlar.
146
Az sayda kreditor 
məlumatlandırılmadıqda, onlar öhdəliyin vaxtından əvvəl icra edilməsini tələb 
etmək hüququna malik olmalıdırlar. Yenidən təşkildən sonra hüquqi varislərin 
sayı birdən çox olduqda, kreditorlar bütün varislərdən birgə (solidar) öhdəliyin 
icrasını tələb edə bilərlər.
147
Təcrübədə "süni" yenidən təşkil hallarına da rast gəlinir. "Süni" prosesdə yenidən 
təşkilin bütün tələbləri yerinə yetirilir. Lakin yenidən təşkil elə qurulur ki, 
hüquqi varisi olan şirkətin kreditorların tələblərini yetirməyə əmlak və vəsaiti 
olmur. Belə hallarda məhkəmələr bölünmə balansına diqqət yetirməlidir. Əgər 
bölünmə balansından aktivlərin və öhdəliklərin əsassız olaraq, qeyri-bərabər 
bölündüyü aşkar edilərsə və nəticədə kreditorların hüquqları pozularsa, 
məhkəmələr yenidən təşkil prosesində yaradılan (yenidən təşkil prosesini 
başlayan şirkətdə) şirkətlə birgə (subsidiar) məsuliyyətə cəlb olunmalıdır. Balans 
və akt yenidən təşkil prosesində vacib rol oynayır. Məhz həmin sənədlərdə 
hüquqi varislərə keçən hüquq və öhdəliklərin həcmi göstərilir. 
Məhkəmələrin və qanunvericiliyin nəzərə almalı olduğu digər bir problem də 
var. Müəyyən hallarda vicdansız səhmdarlar (şirkət rəhbərləri) kreditorların 
tələblərindən qaçmaq üçün aşağıdakı sxemə əl atırlar. Kənarda bir şirkət 
146
Коментарий к ч.1 Гражданскому Кодексу, Садиков О.Н. 2002 
147
MM-nin 48-ci maddəsi


87 
yaradılır və əsas şirkətin əhəmiyyətli aktivləri yavaş-yavaş həmin yeni yaranmış 
şirkətə ötürülür. Formal alğı-satqı yolu ilə, süni məhkəmə mübahisələri 
yaradaraq həmin işlərdə uduzaraq ödənişləri "icra etməklə" və sair üsullarla 
aktivlər bir şirkətdən digər şirkətə ötürülür. Nəticədə bu prosesdə formal olaraq 
kreditorların hüquqları pozulmur. Ancaq aydındır ki, əsas şirkətin kreditorların 
tələbini ödəmək imkanı olmur. Kreditorlar şirkətin iflas prosesini başlaya 
bilərlər, lakin tələblərinin ödənilməsi ehtimalı çox azdır. Azərbaycan hüquq 
praktikasına və ədəbiyyatına korporativ örtüyün qaldırılması doktrinası
148
hələ 
tanış olmadığından bu mövzu ayrıca araşdırma tələb edir. 
ABŞ hüquq təcrübəsində şirkətlər aktivlərin vicdansız ötürülmə praktikasını "de-
fakto" yenidən təşkil hesab edir və aktivləri verilmiş şirkətləri subsidiar 
məsuliyyətə cəlb edirlər.
149
Yenidən təşkilin növündən asılı olaraq, yenidən təşkil olunan şirkətlərin hüquq 
və öhdəliklərinin yeni şirkətə keçməsi aşağıdakı sənədlər əsasında aparılır: 
- Şirkətlərin qoşulma, birləşmə və çevrilməsi zamanı onların hüquq və 
öhdəlikləri təhvil aktı əsasında yeni yaranmış (və ya “həyatda qalan”) şirkətə 
keçir;
- Şirkətlərin bölünməsi və ya ayrılması halında onların hüquq və öhdəlikləri 
bölünmə balansına uyğun olaraq yeni yaranmış şirkətlərə keçir.
150
Göstərilən sənədlər yenidən təşkil zamanı hansı mülkiyyətin və hansı borcların 
müəyyən şirkətə keçməsinin təyinində mühüm rol oynayır. Bu sənədlər 
səhmdarların ümumi yığıncağında təsdiq olunmalı və digər sənədlərlə yanaşı, 
dövlət qeydiyyatı üçün təqdim edilməlidir.
151
MM-in 57.1.-ci maddəsinə əsasən 
148
İngiliscə - Piercing corporate veil 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin