92
Qoşulma zamanı – qoşulan şirkətlərin ləğv edilməsi və dövlət reyestrindən
çıxarılması üçün qeydiyyat orqanına müraciət etmək.
Birləşmədə yenidən yaranan şirkətin dövlət qeydiyyatı anından, qoşulmada isə
birləşdirilən şirkətin fəaliyyətini dayandırması haqqında qeydini dövlət
reyestrinə daxil etdiyi andan proses yekunlaşır. Yenidən təşkil prosesi zamanı
qiymətli kağızların, ilk növbədə səhmlərin emissiyası məsələsi ciddi əhəmiyyət
kəsb edir. Hüquqi şəxslərin yenidən təşkili zamanı qiymətli kağızların
emissiyasının xüsusiyyətləri QKDK-nin normativ hüquqi aktları ilə tənzimlənir.
Dostları ilə paylaş: