Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə37/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   33   34   35   36   37   38   39   40   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Şirkətin ləğv olunması 
Şirkətin ləğvi onun hüquq və öhdəlikləri üzrə hüquqi varisliyinin olmaması ilə 
fəaliyyətinin dayandırılması üsuludur. Hüquqi şəxslərin ləğv olunmasının 
ümumi şərtləri MM-in 59-61-ci maddələrində əks olunub. Şirkətin hüquq və 
öhdəliklərinin hüquqi varislik qaydasında digər şəxslərə ötürülmədən 
fəaliyyətinin 
dayandırılması 
ləğvetməni 
yenidən 
təşkil 
formalarından 
fərqləndirir. 
Şirkət könüllü qaydada iştirakçıların ümumi yığıncağının qərarı ilə və ya 
məcburi qaydada səlahiyyətli dövlət orqanlarının tələbi ilə məhkəmə qərarı ilə 
ləğv oluna bilər. Şirkət qanunla qadağan olunmuş fəaliyyəti həyata keçirdiyi 
halda, fəaliyyət göstərmək üçün tələb olunan icazənin (lisenziyanın) olmadığı, 
eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda məcburi ləğv olunma 
haqqında tələb irəli sürülə bilər.
159
Yeganə fərq çevrilmə haqqında müqavilənin olmaması ola bilər. 
160
"Çevrilmə" terminin qanunvericilikdə bu halda istifadəsinin uğurlu yanaşma hesab olunmaması barədə qeyd etmişdik.


94 
Şirkətin yaradılması zamanı qarşıya qoyulan məqsədlərə nail olması və ya 
fəaliyyət üçün müəyyən edilmiş vaxtın bitməsi həmin şirkətin könüllü ləğv 
edilməsi üçün səbəb ola bilər.
161
Eyni zamanda müəyyən hallarda qanunvericilik 
“könüllü” ləğvetmənin həyata keçirilməsini tələb edir. Məsələn, əgər ikinci və 
hər növbəti maliyyə ili başa çatarkən şirkətin xalis aktivlərinin dəyəri 
nizamnamə 
kapitalının 
müvafiq 
icra 
hakimiyyəti 
orqanı 
tərəfindən 
müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, şirkət ləğv edilməlidir.
162
Şirkətin təsisçiləri və ya onu ləğvi haqqında qərar qəbul edən orqan ləğvetmə 
komissiyasını təyin edir.
163
Şirkətin ləğvi haqqında məlumat dərhal hüquqi 
şəxslərin dövlət qeydiyyatı orqanına verilməlidir. Hesab edirik ki, ləğvetmə 
haqqında məlumat daxil olduğu andan etibarən ləğv olunan şirkətin təsis 
sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına və ləğv olunan şirkətin səhmdar 
olduğu digər şirkətlərin dövlət qeydiyyatına icazə verilməməlidir. 
Şirkətin ləğv edilməsi üçün səlahiyyət verilmiş orqan ləğvetmə komissiyası 
hesab olunur. Ləğvetmə komissiyasının təyinatı anından etibarən onun üzərinə 
şirkətin ləğvetmə müddəti ərzində fəaliyyətini davam etdirmək və onun işlərinin 
idarəsi ilə bağlı, həmçinin ləğv olunan şirkət adından məhkəmədə iştirak etmək 
səlahiyyətləri qoyulur. Şirkətin fəaliyyəti dövründə əldə etdiyi bütün mülki 
hüquq və öhdəliklər ləğv olunanadək onun üzərində qalır. Ləğvetmə 
komissiyasına yalnız müvafiq idarəetmə səlahiyyətləri keçir. Ləğvetmə 
komissiyasına ləğv olunan şirkətin mülki hüquq və öhdəlikləri keçmir. Ləğvetmə 
komissiyası hüquqi şəxs deyil və əgər kreditor komissiyanın onun şirkətə qarşı 
tələblərini əsassız olaraq rədd etdiyini düşünürsə, dövlət reyestrindən çıxarılana 
qədər bu şirkətə qarşı məhkəməyə iddia təqdim edə bilər.
161
MM-nin 59.2.1-ci maddəsi
162
MM-nin 103.5-ci maddəsi 
163
MM-nin 60.2-ci maddəsi


95 
Şirkətin ləğv edilmə prosesinin müddəti bir ildən çox olmamalıdır. Bu müddət 
ərzində ləğv etmə bitirilmədikdə həmin proses yenidən başlanmalıdır.
164
Şirkətin ləğv edilmə prosesini üç mərhələ ayırmaq olar:
1-ci mərhələ - şirkətin ləğv olunması barədə məlumatın elan edilməsi; 
2-ci mərhələ - aralıq ləğvetmə balansının tərtib edilməsi; 
3-cü mərhələ - ləğvetmə prosesinin başa çatması (ləğvetmə balansının tərtib 
edilməsi). 
Ləğvetmə prosesinin birinci mərhələsi 
Bu mərhələdə ləğvetmə komissiyası şirkətin ləğvi haqqında mətbuat 
orqanlarında məlumat yerləşdirməlidir. Kreditorların tələblərinin ləğv olunan 
şirkətə təqdim edilməsi məqsədilə bu xəbər aşağıdakı məlumatlardan ibarət 
olmalıdır: 
-
hüquqi şəxsin bütöv adı; 
-
hüquqi şəxsin yerləşdiyi yer; 
-
ləğvetmə haqda qərar qəbul edən orqanın adı; 
-
ləğv olunan hüquqi şəxsin VÖEN-i; 
-
kreditorların ərizə tələblərinin qayda və müddəti; 
-
ləğvetmə komissiyası ilə əlaqə vasitələri. 
Eyni zamanda ləğvetmə komissiyası bütün kreditorları yazılı şəkildə xəbərdar 
etməlidir və tələblərin təqdim edilmə müddəti şirkətin ləğvi haqqında 
məlumatın verildiyi gündən etibarən ən azı iki ay olmalıdır. Bu mərhələdə 
komissiya kreditorları aşkarlamalı və ləğvetmə barədə məlumatlandırmalıdır, 
164
MM-nin 59.6-cı maddəsi 


96 
eləcə də debitor borcların qaytarılması üçün tədbirlər görməli və ləğv edilən 
şirkətin bütün borclularını müəyyən etməlidir.
Ləğvetmə prosesinin ikinci mərhələsi 
Kreditorların tələbləri üçün müddətin başa çatması zamanı ləğvetmə komissiyası 
aralıq ləğvetmə balansı tərtib və təsdiq edir. Həmin balansda ən azı şirkətin 
hazırkı mülkiyyət vəziyyəti və aşkar edilmiş kreditor və debitor borcları əks 
olunmalıdır. Aralıq ləğvetmə balansı ilə razı olmayan şirkətin nizamnamə 
kapitalında azı 10 faiz payına (səhmə) sahib olan iştirakçısı həmin balansı aldığı 
gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda 
aralıq ləğvetmə balansı səhmdarların (iştirakçıların) ümumi yığıncağında təsdiq 
edilir.
165
Kreditorların qəbul olunmuş bütün tələblərini təmin etmək məqsədilə ləğv 
olunan şirkətin pul vasitələri kifayət etmədikdə ləğvetmə komissiyası bu şirkətin 
əmlakının mümkün qısa zamanda səmərəli və sərfəli qiymətə satılmasını həyata 
keçirir.
166
Komissiya ödəmə barədə tələblərin daxil olduğu növbəlilik 
qaydasında
 
aralıq ləğvetmə balansı əsasında ləğv edilən şirkətin kreditorlarına 
ödənişləri həyata keçirir.
167
Ləğvetmə prosesinin üçüncü mərhələsi 
Kreditorlarla hesablaşmadan sonra komissiya ləğvetmə balansı tərtib edir və bu 
da səhmdarların (iştirakçıların) ümumi yığıncağında təsdiq edilir. Kreditorlarla 
hesablaşmadan sonra şirkətdə qalan əmlak ləğvetmə komissiyası tərəfindən 
iştirakçıların arasında aşağıdakı qayda ilə bölünür: 
165
MM-nin 61.5-ci maddəsi 
166
MM-nin 60.4-cü maddəsi 
167
MM-nin 61.7-ci maddəsi 


97 
-
ilk növbədə imtiyazlı səhmlər
168
üzrə hesablanmış, lakin ödənilməmiş 
dividendlərin və şirkətin nizamnaməsi ilə müəyyən edilmiş imtiyazlı 
səhmlər üzrə ləğvetmə dəyərinin ödənişi; 
-
daha sonra ləğv olunan şirkətin əmlakı digər səhmdarlar (iştirakçılar
169

arasında bölünür. 
MM-in 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv olunması haqqında qeyd 
dövlət reyestrinə daxil edildiyi andan hüquqi şəxsin ləğv olunma prosesi bitmiş 
hesab edilir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin