Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Şirkətin müflisləşmə zamanı ləğvi



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə39/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   35   36   37   38   39   40   41   42   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Şirkətin müflisləşmə zamanı ləğvi 
Şirkətlərin müflisləşmə zamanı ləğv olunması ümumi qanunvericiliklə yanaşı, 
xüsusi qanunla tənzimlənir.
171
Hüquqi şəxsin əmlakının dəyərinin kreditorların 
tələblərini ödəmək üçün kifayət olmadığı aşkar edildikdə, o, yalnız iflas 
haqqında qanunvericiliyə uyğun ləğv edilə bilər. İflas prosesi zamanı yaranan 
problemlərdən biri borclunun statusunun müəyyən edilməsidir. İlkin mərhələdə 
borclu – şirkət mülki dövriyyənin subyekti kimi öz fəaliyyət qabiliyyətini itirmir. 
Lakin nəzarət mərhələsi başlandıqdan sonra artıq şirkət hüquq və öhdəliklərini 
müstəqil, yəni idarəetmə orqanları vasitəsilə həyata keçirə bilməz. İflas prosesi 
çərçivəsində 
şirkətin 
idarəetmə 
orqanlarının 
səlahiyyətlərinin 
məhdudlaşdırılmasını şirkətin hüquq qabiliyyətinin məhdudlaşdırılması kimi 
qiymətləndirmək olar.
172
Adətən iflas prosesinin nəzarət dövründə şirkətin filial və nümayəndəliklər 
yaratmaq, könüllü olaraq yenidən təşkil, ləğvetmə, hüquqi şəxs yaratmaq və ya 
orada iştirak etmək qabiliyyəti, emissiya qiymətli kağızların yerləşdirilməsi kimi 
imkanları məhdudlaşdırılır.
171
"Müflisləşmə (iflas) haqqında" qanun 
172
Пахаруков А.А. Правовое регулирование конкурсного производства юридических лиц (вопросы теории и 
практики): Дис. канд. юрид. наук. Иркутск, 2003. 


99 
İflas qanunvericiliyinə görə, iflas prosesi müddətində borclunun hüquq və 
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını iki hissəyə ayırmaq olar. 
Qismən – yalnız müvəqqəti idarəçinin razılığı ilə bağlana bilən əqdlər, məsələn, 
daşınmaz əmlakın icarəyə verilməsi, satılması, borclunun digər əmlakına dair 
sərəncam verilməsi, borc (kredit) alınması və verilməsi və s. 
Tam – nəzarət prosedurası müddətində borclunun rəhbəri və müvəqqəti 
idarəçinin qərar qəbul edə bilməyəcəyi məsələlər üzrə. Bura borclunun yenidən 
təşkili və ləğv olunması, törəmə şirkətin (və ya başqa hüquqi şəxslərdə iştirak), 
filial və nümayəndəliklərin yaranması, dividendlərin ödənilməsi, borclu 
tərəfindən istiqraz və digər emissiya qiymətli kağızların yerləşdirilməsi, 
iştirakçıların şirkətin tərkibindən çıxması, buraxılmış səhmlərin geri alınması 
kimi məsələlər aiddir.
Kənar idarəetmə prosesi başladığı andan borclunun rəhbəri tutduğu vəzifədən 
uzaqlaşır və borclunun idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır. Kənar 
idarəçi müvəqqəti idarəçidən fərqli olaraq, borclunun rəhbərini tam şəkildə əvəz 
edərək iflas vəziyyətində olan şirkətin əmlakının idarəetməsində kifayət qədər 
geniş səlahiyyətlərə malik olur.
Borclunun ödəmə qabiliyyətini bərpa etmək məqsədi ilə borclu – SC-in 
nizamnamə kapitalının əlavə adi səhmlərin yerləşdirilməsi yolu ilə artırılmasını 
nəzərdə tuta bilər. Bu halda şirkətin mövcud kreditorları öz tələblərinin dəyəri 
nisbətində səhm əldə etmək imkanına malik olurlar. Borc əvəzinə kreditor (və ya 
kreditorlar) borclunun idarəetməsində iştirak etmək imkanı qazanırlar. Nəticədə 
kreditor hüquqi şəxsin iştirakçısı olur, yəni kreditor statusunu borclunun 
iştirakçısı statusuna dəyişir. Bu prosesin müsbət cəhəti odur ki, borclu şirkət öz 
ödəmə qabiliyyətini bərpa edə bilər və düzgün idarə nəticəsində yenidən gəlirli 
şirkət olar.
Bu cür səhmlərin buraxılışı yalnız aşağıdakı şərtlərlə mümkün ola bilər: ilk 
növbədə, borclunun idarəetmə orqanının razılığı ilə (bu orqan müvafiq müraciəti 


100 
kənar idarəçiyə ünvanlayır), ikincisi, borclunun kreditorlarının razılığı ilə. Kənar 
idarəçi əlavə səhmlərin buraxılması haqqında məsələni kreditorların iclasına 
çıxarır və səhmlərin əlavə emissiyasının həyata keçirilməsi haqqında qərarı 
kənar idarəetmə planına daxil edir.
Borclunun xarici idarəetmə çərçivəsində ödəmə qabiliyyətinin bərpa olunmasına 
yönəlmiş digər bir tədbir borclunun aktivlərinin əvəzlənməsidir ki, bu da 
borclunun əmlakının bazasında bir və ya bir neçə şirkətin yaradılması yolu ilə 
aparılır. Bir şirkət (əsasən, ASC) yaradıldığı halda, onun nizamnamə kapitalına 
borclunun bütün əmlakı və əmlak hüquqları daxil edilir. Borclunun aktivlərinin 
əvəzlənməsi yeni şirkətin (ASC) yaranması ilə nəticələnir və onun səhmlərinin 
açıq satılması kreditorlarla hesablaşma üçün şərait yaratmış olur.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin