Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə36/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   32   33   34   35   36   37   38   39   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Bölünmə və ayrılma 
Bölünmə dedikdə şirkətin hüquq və öhdəliklərinin onun bazasında yaradılan 
yeni şirkətlərə ötürülməsi ilə fəaliyyətinin dayandırılması başa düşülür. Yəni bir 
şirkətin bazasında bir neçə yeni şirkət yaradılır.
Ayrılmada isə şirkətin öz fəaliyyətini dayandırmadan hüquq və öhdəliklərinin 
bir hissəsini yeni yaradılan bir və ya bir neçə şirkətə ötürməsi nəzərdə tutulur. 
Bu halda yeni şirkətin yaradılmasına baxmayaraq, əvvəlki şirkət öz fəaliyyətini 
dayandırmır. Birləşmə və qoşulma formasında olduğu kimi, bölünmə və ayrılma 
formasında da həyata keçirilən yenidən təşkil eyni mərhələlərdən ibarətdir. O 
səbəbdən burada həmin mərhələləri təkrarlamağa lüzum yoxdur. 
Bölünmə formasında hüquqi şəxsin yenidən təşkili yeni yaradılan şirkətlərin 
dövlət qeydiyyatı anından tamamlanmış hesab olunur və bölünən şirkət ləğv 
edilir. Ayrılma formasında yenidən təşkil yeni yaradılan şirkətin dövlət 
qeydiyyatı anından tamamlanmış hesab olunur.
Çevrilmə 
Çevrilmə şirkətin bir təşkilati-hüquqi formadan başqa formaya keçidini 
reallaşdıran yenidən təşkil prosesidir. MMC SC-yə və ya ƏMC-yə, SC isə MMC-


93 
yə çevrilə bilər. Yuxarıda olduğu kimi, çevrilmə formasında yenidən təşkil 
prosesi eyni mərhələlərlə həyata keçirilir.
159
Qanunvericilik QSC-nin ASC-yə və əksinə ASC-nin QSC-yə "çevrilməsini"
160
istisna etmir, lakin bu halda SC-nin tipinin dəyişməsi şirkətin yenidən təşkili 
kimi qiymətləndirilməməlidir, çünki onun təşkilati-hüquqi forması dəyişilmir.
Beləliklə, hesab edirik ki, təhvil aktının tərtib olunması və kreditorları 
məlumatlandırmaq kimi tələblər SC-nin tipinin dəyişməsi prosesinə tətbiq 
edilməməlidir. SC-nin bir tipdən digər tipə çevrilməsi səhmdarların ümumi 
yığıncağının qərarı ilə şirkətin nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi 
(nizamnamənin yeni redaksiyada təsdiq edilməsi) və müvafiq qaydada dövlət 
qeydiyyatı ilə həyata keçirilir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin