113
keçirilir. Səhmdarın tələbi ilə həmin şəxs (şirkətin özü və ya kənar reyestr
saxlayan) səhmdarın hüquqlarını təsdiq edən sənədi – reyestrdən çıxarışı təqdim
etməlidir. Qeyd etmək lazımdır ki, reyestrdən çıxarış qiymətli kağız hesab
edilmir, ancaq müəyyən sayda qiymətli kağıza sahib olma faktını təsdiqləyən
sənəddir.
194
MM-in 1078-17-ci maddəsinə əsasən sənədli formada buraxılan
emissiya qiymətli kağızların sahiblərinin hüququ xüsusi sertifikatla təsdiq
olunur. Sənədsiz
195
formada buraxılan emissiya qiymətli kağızların sahiblərinin
hüquqları reyestr saxlayan və ya depozitar tərəfindən aparılan hesablardakı
qeydlərlə təsdiq olunur. Səhmlər üzərində hüquqlar xüsusi reyestrindən çıxarışla
təsdiq olunur, MMC payları üzərindən hüquqlar isə hüquqi şəxslərin dövlət
reyestrindən çıxarış ilə təsdiq olunur. Qiymətli kağız sahiblərinin reyestrinin
aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarında
196
reyestrdən
çıxarışda əks edilməli olan məlumatın siyahısı və çıxarışın verilmə qaydası
göstərilib. Müəyyən səhmlər üzrə verilən çıxarışda bütün məhdudiyyətlər və
yüklülüklər haqqında məlumatlar öz əksini tapmalıdır. Çıxarışı verən şəxs onda
olan məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.
Dostları ilə paylaş: