115
Qanunvericilikdə şirkətin ödəmə qabiliyyətindən irəli gələrək korporativ
istiqrazların buraxılması üzrə məhdudiyyətlər müəyyən edilib. Əks halda, bu,
vicdansız emitentlər tərəfindən sui-istifadələrə yol aça bilər. Bu səbəbdən şirkət
öz nizamnamə kapitalının məbləğindən və ya bu məqsədlər üçün üçüncü şəxslər
tərəfindən şirkətə verilmiş təminatdan yuxarı məbləğdə istiqrazlar buraxa
bilməzlər.
198
Lakin nizamnamə kapitalının müəyyən abstraktlığını nəzərə alaraq
(yəni nizamnamə kapitalının böyük miqdarı reallıqda bu pulların olmasının və
müvafiq olaraq, ödəmə qabiliyyətinin də dəqiq göstəricisi deyil) şirkətin ödəmə
qabiliyyətinin mühasibatlıq və maliyyə göstəriciləri əsasında müəyyən edilməsi
məqsədəuyğundur.
Səhmlərdən fərqli olaraq, istiqrazlar öz sahiblərinə müəyyən edilmiş vaxtda
müəyyən faizin alınması hüququnu verir. İstiqrazlar üzrə ödənişlər (kupon
faizləri) həyata keçirilmədiyi halda,
199
istiqrazları buraxan şirkətin ödəmə
qabiliyyətinin itirildiyi elan oluna bilər və qanunla müəyyən edilmiş qaydada
müflis hesab edilə bilər. İstiqrazlar üzrə faizlərin ödənilməsi bir qayda olaraq,
kupon əsasında həyata keçirilir. Kuponların sayı istiqrazın ödənişinə qədər
faizlərin ödənilməsi sayına bərabərdir. Bu ödəniş faktı istiqraza əlavə edilən
kuponun götürülməsi və ya ödənişin həyata keçirilməsi haqqında qeydlə
təsdiqlənir.
Dostları ilə paylaş: