Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


SC-nin növbəti və növbədənkənar ümumi yığıncağı



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə53/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   49   50   51   52   53   54   55   56   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

SC-nin növbəti və növbədənkənar ümumi yığıncağı 
Səhmdarların növbəti ümumi yığıncağı şirkətin nizamnaməsi ilə müəyyən 
edilmiş müddətdə, maliyyə ilinin bitməsindən altı aydan gec olmayaraq keçirilir. 
Səhmdarların növbəti yığıncağında direktorlar şurasının, təftiş komissiyasının 
seçilməsi, 
auditorunun 
təsdiqi, 
illik 
hesabatların, 
illik 
mühasibatlıq 
hesabatlarının təsdiqi ilə bağlı məsələlər həll olunmalıdır. Növbəti ümumi 
yığıncaq səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə daxil olan digər 
məsələlər üzrə də qərar qəbul edə bilər. 
Səhmdarların illik ümumi yığıncaqlarından başqa, digəriləri növbədənkənar 
hesab olunur. Səhmdarların növbədənkənar ümumi yığıncağı şirkətin 
direktorlar şurasının təşəbbüsü ilə, şirkətin təftiş komissiyası, auditorun, eləcə də 
şirkətin səs verən səhmlərinin ən azı 10%-nə malik olan səhmdarın tələbi ilə 
keçirilə bilər. Səhmdarların növbədənkənar ümumi yığıncağının keçirilməsi 
haqqında tələbdə yığıncağın gündəliyinə daxil olacaq məsələlərin xülasəsi, 
gündəliyə daxil olunması təklif edilən məsələlərin həllinin xülasəsi, eləcə də 
səhmdarların ümumi yığıncağının keçirilmə formasının təklifi daxil olmalıdır.
Təşəbbüskarların 
səhmdarların 
növbədənkənar 
ümumi 
yığıncağının 
keçirilməsinə dair hüquqlarının təminatı kimi yığıncağın çağırılması və 
keçirilməsi, gündəliyin hazırlanması və digər məsələlərlə bağlı direktorlar 
şurasının fəaliyyətinin dəqiq tənzimlənməsini zəruri hesab edirik və bu prosesin 
həyata keçirilməsi üçün dəqiq vaxt çərçivəsi müəyyən edilməlidir. Azərbaycanda 
korporativ hüququn islahatı çərçivəsində qanunvericilikdə növbədənkənar 
ümumi yığıncağın çağırılmasından imtina edən direktorlar şurasının qərarından 
şikayət vermək imkanını dəqiq və aydın tənzimləyən normaların müəyyən 
edilməsi, eləcə də müəyyən edilmiş müddətdə direktorlar şurası tərəfindən 
səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında qərar 
qəbul edilmədikdə, təşəbbüskarın müstəqil olaraq yığıncağı çağırmaq 
hüququnun nəzərə alınması məqsədəuyğundur.


130 
Bununla yanaşı, illik ümumi yığıncaqların çağırılması və keçirilməsi ilə bağlı bir 
sıra digər boşluqlar var. Təcrübədə elə hallar olur ki, şirkət uzun müddət 
ərzində səhmdarların illik ümumi yığıncağını keçirmir. Səhmdarların 
növbədənkənar və illik yığıncaqların keçirilməsini tələb etmək, eləcə də 
direktorlar şurası onun çağırılması haqqında tələbi təmin etmədikdə, yığıncağı 
hazırlamaq və keçirmək hüququna sahib olmasının qanunvericiliklə 
tənzimlənməsini təklif edirik.
Müəyyən hallarda
219
səhmdarın və ya maraqlı şəxsin (məsələn, kreditorun) 
təşəbbüsü ilə yığıncağın çağırılması hüququnun məhkəməyə verilməsi mövqeyi 
mövcuddur.
220
Lakin nəzərə almaq lazımdır ki, istənilən minimal sayda səhm 
sahibinə məhkəməyə müraciət etmək hüququ verməklə "korporativ şantaj" üçün 
əlverişli zəmin yaradıla bilər və bununla yanaşı, məhkəmələri çoxlu sayda 
əsassız iddialarla “doldurmaq” olar.
Eyni zamanda səhmdarlar tərəfindən mümkün sui-istifadələrin qarşısını almaq 
məqsədi ilə əlavə sədlərin müəyyən edilməsindən ibarət fikirlər təklif olunur. 
Məsələn, direktorlar şurasının növbədənkənar ümumi yığıncağın çağırılmasına 
dair hərəkətsizliyindən və ya imtina qərarından məhkəməyə şikayət etdikdən 
sonra ümumi səs verən səhmlərin 10%-nə sahib olan səhmdarlara yığıncağıq 
çağırmaq hüququ verilsin. 
Belə mexanizmlərin Azərbaycan korporativ reallığına nə qədər uyğun olub-
olmaması çətin sualdır. Çünki ideal vəziyyətdə şirkətin fəaliyyətindən narazı 
olan və eyni zamanda az sayda səhmə sahib olan səhmdar öz səhmlərini açıq 
qiymətli kağızlar bazarında satmaq imkanına malikdir. Lakin yerli korporativ 
mühit idealdan çox uzaqdır. Bir çox SC-lər, xüsusən dövlət əmlakının 
özəlləşdirilməsi prosesi çərçivəsində yaranan SC-lər səhmdarların hüquqlarını 
219
Məsələn, direktorlar şurasında iştirak edən səhmdarlar qrupu yığıncağın keçirilməsinə maneələr törədir. 
220
Долинская В.В. Акционерное право: основные положения и тенденции. С. 520


131 
amansızcasına pozur. Həmin SC-lərin səhmləri fond birjasında dövriyyədə 
olmadığından səhmdarlar öz səhmlərini real qiymətə sata bilmirlər. Bununla 
yanaşı, SC-nin fəaliyyəti, mənfəəti, maliyyə sənədləri barədə və sair məlumatları 
əldə edilmədiyindən səhmin real bazar dəyərini müəyyən etmək mümkün 
olmur, nəticədə yenə eynidir: səhmi real qiymətə satmaq olmur. Əslində öz 
səhmdarlarının hüquqlarına əhəmiyyət verməyən və bununla daxili və 
beynəlxalq bazarda mənfi reputasiya qazanan şirkətin səhmlərini almaq 
istəyində olan şüurlu investorun olmasına inanmaq çətindir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin