Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Nizamnamə kapitalında payın ötürülməsi



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə49/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   45   46   47   48   49   50   51   52   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Nizamnamə kapitalında payın ötürülməsi 
MMC-nin iştirakçısı nizamnamə kapitalındakı payını şirkətə və ya iştirakçılara 
satmaq və ya başqa formada ötürmək (dəyişmək, bağışlamaq) hüququna 
malikdir. Şirkətin nizamnaməsi ilə buna qadağa nəzərdə tutulmadıqda MMC-
nin iştirakçısı öz payını üçüncü şəxsə sata və ya başqa şəkildə ötürə bilər. 
Bununla yanaşı, şirkətin digər iştirakçıları satılan payın üçüncü şəxslərə təklif 
olunan qiymətə alınmasında üstünlük hüququna malikdirlər. MMC-nin 
209
Məsələn, iştirakçı nizamnamə kapitalı 150 manat olan MMC-yə 30 manat maya qoyub. Onun payının nominal dəyəri 30 
manatdır, payının miqdarı (ölçüsü) isə 20% təşkil edir (30x100/150=20). 
210
Məsələn, iştirakçının MMC-dən çıxışı halında. 


122 
nizamnamə kapitalında öz payını satmaq və ya başqa formada şirkətin 
iştirakçısına (iştirakçılara) və ya üçüncü şəxslərə vermək hüququ MMC 
iştirakçısının subyektiv hüquqlarından biridir. Payın satılması və başqa formada 
ötürülməsi üsulu ilə həyata keçirilən əqdlərin fərqliliklərinə diqqət yetirmək 
lazımdır. İştirak payının satılmasından fərqli olaraq, payın başqa yol ilə 
ötürülməsi (güzəşt edilməsi) dedikdə payın bağışlanması, dəyişdirilməsi və 
başqa mülki-hüquqi əqdlər yolu ilə özgəninkiləşdirilməsi başa düşülür.
Qanunla MMC-nin iştirakçısının öz payını başqa şəxsə satmaq və güzəşt etmək 
hüququna yol verilir, lakin şirkətin nizamnaməsi ilə iştirakçının payının üçüncü 
şəxsə satılması və ya başqa yolla özgəninkiləşdirilməsinə məhdudiyyətlər qoyula 
bilər. Eləcə də nizamnamə ilə iştirakçının payının üçüncü şəxslərə 
özgəninkiləşdirilməsinə qadağa qoyulması mümkündür.
211
Nizamnamədə 
iştirakçının payının (payın hissəsini) üçüncü şəxslərə (alğı-satqıdan fərqli) 
özgəninkiləşdirilməsi üçün şirkətin və ya digər iştirakçıların razılığının alınması 
tələbi müəyyən oluna bilər. Bu kimi qaydaların müəyyən edilməsi MMC-nin 
xüsusiyyətindən irəli gəlir, çünki MMC-də iştirakçıların fərdi münasibətləri 
vacib 
əhəmiyyətə 
malikdir. 
Nizamnamə 
ilə 
payın 
üçüncü 
şəxsə 
özgəninkiləşdirilməsinə birbaşa qadağa qoymaq imkanından başqa, qanunla 
şirkətin iştirakçı tərkibinin dəyişdirilməsinə və orada üçüncü şəxslərin əmələ 
gəlməsini məhdudlaşdırmağa yönəldilmiş əlavə tədbir – üçüncü şəxslərə 
özgəninkiləşdirilən payın əldə edilməsində iştirakçıların üstünlük hüququ 
nəzərdə tutulmuşdur.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin