127
3. Şirkətin orqanı müəyyən çərçivələr daxilində həyata keçirə biləcək
səlahiyyətlərə malikdir.
4. Şirkətin iradəsinin yaranması və ifadəsi hüquqi şəxsin orqanlarının xüsusi
aktlarının qəbul olunması ilə rəsmiləşdirilir.
Hüquqi şəxsin orqanları fiziki şəxslərdən təşkil olunsa da, onlarla eyniləşmir.
İdarəetmə orqanının heyət tərkibinin dəyişdirilməsi bu orqan tərəfindən daha
əvvəl qəbul olunmuş qərarları ləğv etmir.
Korporativ qanunvericilik şirkətin orqanlarının səlahiyyətinin müəyyən edilməsi
məsələlərində nizamnamə və daxili normativ sənədləri fərqləndirir. Şirkətin
orqanlarının səlahiyyət çərçivəsini yalnız onun nizamnaməsi ilə müəyyən etmək
olar. Daxili normativ sənədlər şirkətin orqanlarının səlahiyyətlərini deyil, onların
yığıncaqlarının vaxtlarını, çağırılma və keçirilmə qaydasını və digər təşkilati
proseduraları müəyyən edə bilər. Bu yanaşma şirkətlə münasibətlər quran
üçüncü şəxslərin maraqlarının qorunması ilə də bağlıdır, çünki şirkətin təsis
sənədləri ilə tanış olmaq imkanları olduğu halda, lokal (daxili) normativ aktlar
şirkətin daxili mühiti ilə əlaqəlidir və kənar şəxslərə verilməyə bilər. Həmçinin
daxili normativ sənədlərə əlavə və dəyişikliklərin edilməsinə heç bir kənar
nəzarət sistemi olmadığından (nizamnamədən fərqli olaraq), bu vicdansız
səhmdarlar (iştirakçılar) və rəhbərlər tərəfindən pozuntulara yol aça bilər.
Dostları ilə paylaş: