Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


MMC-nin iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə54/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   50   51   52   53   54   55   56   57   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

MMC-nin iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri 
MMC-nin iştirakçılarının ümumi yığıncağı müstəsna səlahiyyətə malikdir.
221
İştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə daxil olan məsələlər 
qanunla nəzərdə tutulan hallar istisna olmaqla direktorlar şurasına, eləcə də icra 
orqanlarına verilə bilməz.
İştirakçıların ümumi yığıncağın səlahiyyətinə şirkətin fəaliyyətinin rəhbərliyi ilə 
bağlı məsələlər aiddir ki, bunların da çoxu səhmdarların ümumi yığıncağının 
səlahiyyətləri ilə oxşardır, məsələn, nizamnaməyə dəyişikliyin daxil edilməsi, 
şirkətin orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl 
dayandırılması, illik hesabatların və illik mühasibatlıq balanslarının təsdiq 
olunması, iştirakçılar arasında xalis mənfəətin bölüşdürülməsi, şirkətin yenidən 
təşkili və ləğvi məsələləri. Bununla yanaşı, iştirakçıların ümumi yığıncağının 
səlahiyyətinə 
MMC 
üçün 
spesifik 
olan 
və 
şirkətin 
bu 
növünün 
xüsusiyyətlərindən irəli gələn məsələlər daxil olur. Ümumi yığıncağın 
səlahiyyətlərinə payların iştirakçılar tərəfindən üçüncü şəxslərə verilməsi ilə 
bağlı məhdudiyyətləri və nizamnamə kapitalında payın alınmasında üstünlük 
hüququnun həyata keçirilməsi qaydasını müəyyən edilməsi daxildir. SC-dən 
fərqli olaraq, MMC-də fərd (şəxs) elementi daha çox əhəmiyyətə malik 
221
MM-nin 91.3-cü maddəsi 


132 
olduğundan ümumi yığıncağın səlahiyyəti daha geniş məsələləri əhatə edir. 
Həmçinin bir çox MMC-lərdə direktorlar şurası yaradılmır və ümumi yığıncaq 
bütün nəzarət səlahiyyətlərini həyata keçirir.
MMC-nin növbəti və növbədənkənar ümumi yığıncağı 
MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağı nizamnamə ilə müəyyən 
edilmiş müddətlərdə, lakin ildə bir dəfədən az olmamaqla keçirilir. Yığıncaq 
MMC-nin icra orqanı ilə çağırılır, əgər nizamnamədə direktorlar şurasının 
yaradılması nəzərdə tutulubsa, bu məsələ onun səlahiyyətinə aid edilə bilər. 
MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılması və 
keçirilməsi qaydası MM-in 91-ci maddəsi ilə tənzimlənir. MMC iştirakçılarının 
növbədənkənar ümumi yığıncağı nizamnamə ilə müəyyən edilmiş hallarda, 
eləcə də şirkət və onun iştirakçılarının maraqlarına cavab verən istənilən digər 
hallarda keçirilir.
MMC iştirakçılarının növbədənkənar ümumi yığıncağı şirkətin icra orqanın 
təşəbbüsü, direktorlar şurası, şirkətin təftiş komissiyası, auditor, eləcə də 
iştirakçıların ümumi səslərinin onda birindən az olmayan səsə malik olan 
iştirakçıların 
tələbi 
ilə 
çağırılır. 
Qanunvericilik 
SC 
səhmdarlarının 
növbədənkənar ümumi yığıncağından fərqli olaraq, MMC-nin iştirakçılarının 
növbədənkənar ümumi yığıncağının keçirilməsi haqqında tələblərə baxılmasının 
dəqiq müddətini müəyyən etməyib və bu, şirkəti idarə edən iştirakçılar və icra 
orqanları tərəfindən sui-istifadə üçün zəmin yaradır.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin