125
olduğu halda, müxtəlif "analogiyaların" tətbiqi məntiqsiz görünür. Həmçinin
qanunun analogiyasını tətbiq etmək istədikdə, nəzərə almaq lazımdır ki, MMC
və SC müxtəlif təbiətə malikdir və bir təşkilati-hüquqi formanı tənzimləyən
normaları digərinə tətbiq etmək məqsədəuyğun deyil. Beynəlxalq təcrübədə və
yerli qanunvericilikdə hüquqi şəxslərin təşkilati-hüquqi formaları bir-birindən
aydın şəkildə fərqlənir və spesifik xüsusiyyətlərə malikdir. Bir təşkilati-hüquqi
formaya aid məsələni digər təşkilati-hüquqi formanın norması ilə həll etdiyimiz
halda, bəlkə bütün təşkilati-hüquqi formalar ləğv edilsin və yeganə “ümumi” bir
forma qalsın, ona da bütün normalar tətbiq edilsin?!
215
Payın şirkətdə saxlanılması müddəti məhduddur. Şirkətə məxsus pay
iştirakçıların ümumi yığıncağının qərarı ilə MMC-nin bütün iştirakçıları arasında
onların nizamnamə kapitalındakı paylarına proporsional olaraq satılmalıdır və
ya üçüncü şəxslərə satılmalıdır və ya şirkətin nizamnamə kapitalı müvafiq
qaydada azaldılmalıdır.
216
Dostları ilə paylaş: