Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə47/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   43   44   45   46   47   48   49   50   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Qiymətli kağızların buraxılışı 
Qiymətli kağızların buraxılışı haqqında qərar – qiymətli kağızla təsdiq edilmiş 
hüquqların həcminin müəyyən edilməsi üçün yetərli məlumatlardan ibarət olan 
sənəddir. İnvestisiya qiymətli kağızların buraxılması haqqında (əlavə 
buraxılması) qərar şirkətin ali idarəetmə orqanı tərəfindən qəbul edilir. Qiymətli 
kağızların buraxılışı haqqında qərarın minimum tərkibi haqqında tələb Mülki 
Məcəllədə qeyd edilib.
Emitentin istiqrazları üzrə öhdəlikləri girov, bank qarantiyası və ya başqa 
üsullarla təmin olunduğu halda, istiqrazların buraxılması haqqında qərara 
təminat verən şəxs və təminatın şərtləri haqqında məlumatlar da daxil olmalıdır. 
Bu halda istiqrazların buraxılması haqqında qərar bu təminatı verən şəxs 
tərəfindən də imzalanmalıdır.
202
Məsələn, bank və sığorta fəaliyyəti kimi lisenziyalaşdırılan fəaliyyətlər. 
203
Mərhələ dedikdə şirkətin yaradılma, yenidən təşkil, konvertasiya, açıq bazarda təklifi (İPO) və sair nəzərdə tutulur. 


118 
Emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı 
Emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı qiymətli kağızlar 
bazarının 
dövlət 
nəzarəti 
və 
tənzimlənməsinin 
üsullarından 
biridir. 
Qanunvericilikdə qiymətli kağızların buraxılmasına dair müəyyən tələblər və 
məhdudiyyətlər nəzərdə tutulub. Məsələn, qiymətli kağızların buraxılışının 
dövlət qeydiyyatı olmadan yerləşdirilməsinə icazə (SC-nin təsisi zamanı 
səhmdarlar arasında səhmlərin yerləşdirilməsi istisna olmaqla
204
) verilmir. 
Emissiya qiymətli kağızlarının buraxılışının qeydiyyatı üçün şirkət buraxılış 
haqqında qərar, təsis sənədləri və tələb olunduqda qiymətli kağızların emissiya 
prospekti daxil olmaqla müəyyən sənədləri QKDK-nə təqdim etməlidir. 
Emissiya prospektində yalan və qeyri-dəqiq məlumatın yerləşdirilməsi cinayət 
məsuliyyətinə səbəb olar bilər. Həmin məsuliyyətə ilk növbədə emissiya 
prospektini imzası ilə təsdiq etmiş şirkətin rəhbər şəxsləri cəlb oluna bilər.
205
Nəzərdə saxlamaq lazımdır ki, müvafiq dövlət orqanı qiymətli kağızların 
buraxılışının (əlavə buraxılışının) dövlət qeydiyyatı üçün təqdim olunmuş 
sənədlərdə olan məlumatların yalnız tamlığına məsuliyyət daşıya bilər, 
doğruluğuna görə yox.
Qeydiyyat orqanı qanunda göstərilmiş sənədlərin alınması tarixindən 15 gündən 
gec olmayaraq emissiya qiymətli kağızların buraxılışını qeydə almalı və ya 
qeydiyyatın rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etməlidir. 
Qanunvericilikdə qiymətli kağızların emissiyasının buraxılmasının (əlavə 
buraxılmasının) dövlət qeydiyyatından imtinası üçün əsaslar müəyyən 
edilmişdir.
Rədd üçün əsaslar, əsasən, aşağıdakılardan ibarətdir: 
204
MM-nin 1078-15.1-ci maddəsi 
205
MM-nin 1078-11.7-ci maddəsi


119 
- emitent tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyin tələblərinin 
pozulması, eləcə də təqdim olunan sənədlərdə emissiyanın şərtlərinə zidd olan 
məlumatların və emissiya qiymətli kağızların buraxılması şərtlərinin qiymətli 
kağızlar üzrə qanunvericiliyə uyğun gəlməməsi haqqında nəticə çıxarmağa 
imkan verən məlumatların olması; 
- emissiya qiymətli kağızların buraxılışının (əlavə buraxılışın) dövlət qeydiyyatı 
və ya qiymətli kağızlar prospektinin qeydiyyatı üçün təqdim olunan sənədlərin 
və məlumatların MM və digər normativ hüquqi aktlara uyğun gəlməməsi; 
- emissiya prospektinə və ya qiymətli kağızların buraxılışı haqqında qərara 
(emissiya qiymətli kağızların buraxılmasının (əlavə buraxılma) dövlət qeydiyyatı 
üçün əsas yaradan digər sənədlərə) yanlış məlumatların və ya həqiqətə uyğun 
olmayan (yoxlanılmamış) məlumatların daxil edilməsi. 
Emissiya prospektinin və qiymətli kağızların buraxılışının qeydiyyatından 
imtina qərarından məhkəməyə şikayət verilə bilər.
Qiymətli kağızlarının açıq yerləşdirilməsi zamanı qiymətli kağızların 
buraxılışının dövlət qeydiyyatı emissiya prospektinin qeydiyyatı ilə müşayiət 
olunur. Emissiya prospektinə dair tələblər MM
206
və QKDK-nin normativ aktları 
ilə təyin edilib.
Qiymətli kağızlar prospektinə daxil olmalıdır: 
- emitentin idarəetmə orqanlarının tərkibinə daxil olan şəxslər, auditor, eləcə də 
prospekti imzalamış digər şəxslər haqqında məlumatlar; 
- emissiya qiymətli kağızların yerləşdirilməsinin həcmi, müddəti, qaydası və 
şərtləri haqqında məlumat; 
- emitent haqqında geniş məlumat; 
- emitentin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumat; 
206
MM-nin 1078-12-ci maddəsi 


120 
- emitentin idarəetmə orqanları, emitentin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət 
orqanlarının tərkibinə daxil olan şəxslər haqqında məlumat; 
- emitentin iştirakçıları (səhmdarlar) və emitent tərəfindən əlaqəli şəxslərlə 
bağlanmış əqdlər haqqında məlumat; 
- emitentin mühasibat hesabatı və digər maliyyə məlumatı; 
- emissiya qiymətli kağızların yerləşdirilmə qaydası və şərtləri haqqında geniş 
məlumatlar; 
- qiymətli kağızların əvvəlki emissiyaları, emitent və onun tərəfindən 
yerləşdirilmiş digər emissiya qiymətli kağızlar haqqında məlumat. 
Emissiya qiymətli kağızlarının buraxılmasının dövlət qeydiyyatı prospekt 
qiymətli kağızların qeydiyyatı ilə birgə həyata keçirilirsə, qiymətli kağızların 
emissiyası prosesinin hər bir mərhələsi məlumatın açılması ilə müşayiət olunur.
Korporativ qiymətli kağızların buraxılması və tədavülü mərhələlərində QKDK-
nin xüsusi normativ akrlarına və xüsusən "İnvestisiya qiymətli kağızların 
emissiyası Qaydaları"na
207
diqqət yetirmək zəruridir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin