118
Emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı
Emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı qiymətli kağızlar
bazarının
dövlət
nəzarəti
və
tənzimlənməsinin
üsullarından
biridir.
Qanunvericilikdə qiymətli kağızların buraxılmasına dair müəyyən tələblər və
məhdudiyyətlər nəzərdə tutulub. Məsələn, qiymətli kağızların buraxılışının
dövlət qeydiyyatı olmadan yerləşdirilməsinə icazə (SC-nin təsisi zamanı
səhmdarlar arasında səhmlərin yerləşdirilməsi
istisna olmaqla
204
) verilmir.
Emissiya qiymətli kağızlarının buraxılışının qeydiyyatı üçün şirkət buraxılış
haqqında qərar, təsis sənədləri və tələb olunduqda qiymətli kağızların emissiya
prospekti daxil olmaqla müəyyən sənədləri QKDK-nə təqdim etməlidir.
Emissiya prospektində yalan və qeyri-dəqiq məlumatın yerləşdirilməsi cinayət
məsuliyyətinə səbəb olar bilər. Həmin məsuliyyətə ilk növbədə emissiya
prospektini imzası ilə təsdiq etmiş şirkətin rəhbər şəxsləri cəlb oluna bilər.
205
Nəzərdə saxlamaq lazımdır ki, müvafiq dövlət orqanı qiymətli kağızların
buraxılışının (əlavə buraxılışının) dövlət qeydiyyatı üçün təqdim olunmuş
sənədlərdə olan məlumatların yalnız tamlığına məsuliyyət daşıya bilər,
doğruluğuna görə yox.
Qeydiyyat orqanı qanunda göstərilmiş sənədlərin alınması tarixindən 15 gündən
gec olmayaraq emissiya qiymətli kağızların buraxılışını qeydə almalı və ya
qeydiyyatın rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etməlidir.
Qanunvericilikdə qiymətli kağızların emissiyasının buraxılmasının (əlavə
buraxılmasının) dövlət qeydiyyatından imtinası
üçün əsaslar müəyyən
edilmişdir.
Rədd üçün əsaslar, əsasən, aşağıdakılardan ibarətdir:
204
MM-nin 1078-15.1-ci maddəsi
205
MM-nin 1078-11.7-ci maddəsi
119
- emitent tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyin tələblərinin
pozulması, eləcə də təqdim olunan sənədlərdə emissiyanın şərtlərinə zidd olan
məlumatların və emissiya qiymətli kağızların buraxılması
şərtlərinin qiymətli
kağızlar üzrə qanunvericiliyə uyğun gəlməməsi haqqında nəticə çıxarmağa
imkan verən məlumatların olması;
- emissiya qiymətli kağızların buraxılışının (əlavə buraxılışın) dövlət qeydiyyatı
və ya qiymətli kağızlar prospektinin qeydiyyatı üçün təqdim olunan sənədlərin
və məlumatların MM və digər normativ hüquqi aktlara uyğun gəlməməsi;
- emissiya prospektinə və ya qiymətli kağızların buraxılışı haqqında qərara
(emissiya qiymətli kağızların buraxılmasının (əlavə buraxılma) dövlət qeydiyyatı
üçün əsas yaradan digər sənədlərə) yanlış məlumatların və ya həqiqətə uyğun
olmayan (yoxlanılmamış) məlumatların daxil edilməsi.
Emissiya prospektinin və qiymətli kağızların buraxılışının qeydiyyatından
imtina qərarından məhkəməyə şikayət verilə bilər.
Qiymətli kağızlarının açıq yerləşdirilməsi zamanı qiymətli kağızların
buraxılışının dövlət qeydiyyatı emissiya prospektinin qeydiyyatı
ilə müşayiət
olunur. Emissiya prospektinə dair tələblər MM
206
və QKDK-nin normativ aktları
ilə təyin edilib.
Qiymətli kağızlar prospektinə daxil olmalıdır:
- emitentin idarəetmə orqanlarının tərkibinə daxil olan şəxslər, auditor, eləcə də
prospekti imzalamış digər şəxslər haqqında məlumatlar;
- emissiya qiymətli kağızların yerləşdirilməsinin həcmi, müddəti, qaydası və
şərtləri haqqında məlumat;
- emitent haqqında geniş məlumat;
- emitentin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumat;
206
MM-nin 1078-12-ci maddəsi
120
- emitentin idarəetmə orqanları, emitentin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət
orqanlarının tərkibinə daxil olan şəxslər haqqında məlumat;
- emitentin iştirakçıları (səhmdarlar) və emitent tərəfindən
əlaqəli şəxslərlə
bağlanmış əqdlər haqqında məlumat;
- emitentin mühasibat hesabatı və digər maliyyə məlumatı;
- emissiya qiymətli kağızların yerləşdirilmə qaydası və şərtləri haqqında geniş
məlumatlar;
- qiymətli kağızların əvvəlki emissiyaları, emitent və onun tərəfindən
yerləşdirilmiş digər emissiya qiymətli kağızlar haqqında məlumat.
Emissiya qiymətli kağızlarının buraxılmasının dövlət qeydiyyatı prospekt
qiymətli kağızların qeydiyyatı
ilə birgə həyata keçirilirsə, qiymətli kağızların
emissiyası prosesinin hər bir mərhələsi məlumatın açılması ilə müşayiət olunur.
Korporativ qiymətli kağızların buraxılması və tədavülü mərhələlərində QKDK-
nin xüsusi normativ akrlarına və xüsusən "İnvestisiya qiymətli kağızların
emissiyası Qaydaları"na
207
diqqət yetirmək zəruridir.
Dostları ilə paylaş: