114
sərəncam verilməsi qanunvericiliyin ümumi paylı mülkiyyətə aid normalarına
müvafiq həyata keçirilir. Bu da öz növbəsində müəyyən çətinliklər yaradır:
məsələn, ümumi mülkiyyətdə olan səhmlə bağlı səsvermə zamanı yaranan
çətinliklər.
Mübahisəli məsələ xırdalanmış səhmlərin sahibinə məxsus hüquqların həcmi
məsələsidir. Ümumi fikrə görə, xırdalanmış
səhm öz sahibinə müvafiq
kateqoriyalı səhm tərəfindən verilən hüququ verir, lakin bütöv səhmin ona
məxsus olan hissəsinə uyğun olan həcmdə. Məsələn, səhmin ½ hissəsinə malik
olan səhmdar ümumi yığıncaqda
bir səslə deyil, ½ səslə iştirak edir.
İstiqrazlar
İstiqraz –sahibinin istiqrazın emitentindən (istiqraz buraxan şəxslər) nəzərdə
tutulmuş müddətdə onun nominal dəyərini və bu dəyərdən qeyd edilmiş faizi və
ya digər əmlak ekvivalentini almaq hüququnu təsdiq edən qiymətli kağızdır.
197
İstiqrazlar istiqrazın sahibi və istiqrazı buraxan şəxs arasında borc (öhdəlik)
münasibətləri yaradır. İstiqrazı həm dövlət, həm də şirkətlər buraxa bilər.
Bundan asılı olaraq, dövlət və hüquqi şəxslərin (korporativ istiqrazlar)
istiqrazları ayırd edilir.
Korporativ istiqrazlar hüquqi şəxslər tərəfindən borc kapitalının formalaşması
üçün buraxılır. Təcrübədə
istiqrazlar böyük şirkətlər, bank və sığorta şirkətləri
tərəfindən geniş istifadə olunan maliyyə alətidir, çünki şirkət üçün istiqrazlar
səhmlər kimi pul vəsaitlərinin cəlb olunması mənbəyi hesab edilir.
Lakin
səhmlərdən fərqli olaraq, istiqraz sahiblərinin şirkət ilə münasibətləri tam fərqli
hüquqi təbiətə malikdir. Buraxılma formasından asılı olaraq, istiqraz sənədli və
sənədsiz formalarda ola bilər. Sənədsiz istiqrazlar ancaq adlı ola bilər.
197
MM-nin 1070-ci maddəsi.
115
Qanunvericilikdə şirkətin ödəmə qabiliyyətindən irəli gələrək korporativ
istiqrazların buraxılması üzrə məhdudiyyətlər müəyyən edilib. Əks halda, bu,
vicdansız emitentlər tərəfindən sui-istifadələrə yol aça bilər. Bu səbəbdən şirkət
öz nizamnamə kapitalının məbləğindən və ya bu məqsədlər üçün üçüncü şəxslər
tərəfindən şirkətə verilmiş təminatdan yuxarı məbləğdə istiqrazlar buraxa
bilməzlər.
198
Lakin nizamnamə kapitalının müəyyən abstraktlığını
nəzərə alaraq
(yəni nizamnamə kapitalının böyük miqdarı reallıqda bu pulların olmasının və
müvafiq olaraq, ödəmə qabiliyyətinin də dəqiq göstəricisi deyil) şirkətin ödəmə
qabiliyyətinin mühasibatlıq və maliyyə göstəriciləri əsasında müəyyən edilməsi
məqsədəuyğundur.
Səhmlərdən fərqli olaraq, istiqrazlar öz sahiblərinə müəyyən edilmiş vaxtda
müəyyən faizin alınması hüququnu verir. İstiqrazlar üzrə ödənişlər (kupon
faizləri) həyata keçirilmədiyi halda,
199
istiqrazları
buraxan şirkətin ödəmə
qabiliyyətinin itirildiyi elan oluna bilər və qanunla müəyyən edilmiş qaydada
müflis hesab edilə bilər. İstiqrazlar üzrə faizlərin ödənilməsi bir qayda olaraq,
kupon əsasında həyata keçirilir. Kuponların sayı istiqrazın ödənişinə qədər
faizlərin ödənilməsi sayına bərabərdir. Bu ödəniş faktı
istiqraza əlavə edilən
kuponun götürülməsi və ya ödənişin həyata keçirilməsi haqqında qeydlə
təsdiqlənir.
Dostları ilə paylaş: