121
yerləşdirə bilər. Yerləşdirilmiş qiymətli kağızların faktiki miqdarı buraxılışın
yekun hesabatında göstərilir.
MMC iştirakçısının payının hüquqi rejimi
MMC bir və ya bir neçə
şəxs tərəfindən təsis olunan, nizamnamə kapitalı
təsis
sənədləri ilə müəyyən edilmiş hissələrə bölünmüş şirkətdir.
Nizamnamə
kapitalının müəyyən paylara (hissələrə) bölünməsi halı
MMC-ni hüquqi
şəxslərin digər təşkilati-hüquqi formalarından əsas fərqləndirən amildir. MMC-
nin nizamnamə kapitalı onun iştirakçılarının paylarının
nominal dəyərindən
təşkil olunur və iştirakçının nizamnamə kapitalında payının miqdarı (ölçüsü)
faizlə müəyyən edilir. Payın nominal dəyəri – MMC-nin təsisi zamanı
iştirakçı(lar) tərəfindən qoyulmuş yatırımın dəyərinin pul şəklində ifadə olunan
dəyəridir. Payın nominal dəyəri iştirakçının mayasının
ilkin qiymətindən irəli
gələrək müəyyən edilir. MMC iştirakçısının payının miqdarı onun payının
nominal dəyəri və nizamnamə kapitalının nisbətinə uyğun gəlməlidir.
209
MMC-
nin xalis aktivlərinin iştirakçının payına proporsional miqdarı (ölçüsü) onun
payının həqiqi (real) dəyərini təşkil edir. Payın həqiqi dəyəri iştirakçıların və
üçüncü şəxslərin qarşısında şirkətin öhdəliyinin miqdarını müəyyən edir.
210
Dostları ilə paylaş: