Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Ümumi yığıncağın hazırlanma, çağırılma və keçirilmə qaydası



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə55/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   51   52   53   54   55   56   57   58   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Ümumi yığıncağın hazırlanma, çağırılma və keçirilmə qaydası 
Korporativ qanunvericilikdə ümumi yığıncağın hazırlanması, çağırılması və 
keçirilməsi qaydalarını tənzimləyən çox az sayda prosedura normaları var, 
baxmayaraq ki, belə normalar səhmdarların (iştirakçıların) şirkətin idarə 


133 
edilməsində iştirak hüquqlarının təmin olunması baxımından mühüm 
əhəmiyyətə malikdir.
Ümumi qaydaya görə SC-də ümumi yığıncağın hazırlanması və keçirilməsi ilə 
direktorlar şurası məşğul olur
222
və bu orqan yaradılmadıqda ümumi yığıncağın 
işlərinin təşkili ilə bağlı səlahiyyətlər icra orqanlarına verilir. MMC-də əksinə 
olaraq, iştirakçıların ümumi yığıncağının hazırlanması və keçirilməsi 
funksiyaları, əgər nizamnamə ilə bu məsələlər direktorlar şurasının səlahiyyətinə 
aid edilməyibsə, icra orqanlarının üzərinə qoyulur.
223
 
SC-nin ümumi yığıncağının gündəliyi 
MM-in 107-1.3-ci maddəsinə əsasən direktorlar şurası maliyyə ili bitdikdən sonra 
6 aydan gec olmamaqla səhmdarların növbəti (illik) ümumi yığıncağını çağırmalı 
və bütün səhmdarları xəbərdar etməlidir. Bundan belə bir nəticəyə gəlmək olar 
ki, səhmdarların ümumi illik yığıncağının gündəliyinə məsələləri məhz 
direktorlar şurası daxil edir.
Qanunvericilikdə səhmdarların ümumi yığıncağının gündəliyinin formalaşması 
prosesi tənzimlənmir. Əvvəldə qeyd edildiyi kimi, yığıncağın gündəliyi 
təcrübədə majoritar səhmdarlar və ya şirkətin idarəetməsində iştirak edən 
(bilavasitə və ya direktorlar şurası vasitəsilə) səhmdarlar tərəfindən 
formalaşdırılır. Ümumi yığıncağın gündəliyinə dəyişikliklərin daxil edilməsi 
qaydaları da qanunla tənzimlənmir. MM-də
224
səhmdarın gündəliyə 
dəyişikliklərin daxil edilməsini tələb etmək hüququ nəzərdə tutulubdur, lakin 
dəyişiklikləri tələb etmək o demək deyil ki, bu dəyişiklik gündəliyə daxil 
ediləcək. Beləliklə, bu məsələnin qanunvericilikdə yarımçıq həllinin şahidi 
oluruq, bir tərəfdən qanunla səhmdarın gündəliyə dəyişikliklər daxil etmək 
hüququ nəzərdə tutulubdur, digər tərəfdən dəyişikliklərin gündəliyə daxil 
222
MM-nin 107-1.3 
223
MM-nin 91.1, 91.2-ci maddələri 
224
MM-nin 106.1-ci maddəsi


134 
edilməsinin kimin tərəfindən və hansı əsaslarla qəbul və ya rədd edildiyini 
müəyyən edən norma yoxdur. Bu, əlbəttə, ki, majoritar səhmdarlar və orqanlar 
tərəfindən sui-istifadə üçün imkan verir. Müəyyən sayda səhmlərə sahib olan 
səhmdarlardan gələn bütün təkliflərin gündəliyə daxil edilməsini məcbur edən 
normaların qanunvericiliyə daxil edilməsini məqsədəuyğun hesab edirik. 
Beləliklə, səhmdarlar ümumi yığıncağın keçirilməsi ilə bağlı əvvəlcədən 
məlumat alıb müəyyən vaxt ərzində öz təkliflərini gündəliyə salmaq üçün SC-yə 
göndərmək imkanına malik olacaqlar. Müvafiq olaraq, səhmdarın gündəliyə 
dəyişikliklər edilməsi tələbi, sözsüz ki, şirkət tərəfindən təmin olunmalıdır. 
Dəyişikliklərin daxil edilməsi üçün müddət başa çatdıqdan sonra şirkət 
səhmdarların tələblərini əks etdirən son gündəliyi formalaşdırır.
Bununla yanaşı, səhmdarın təklifinin direktorlar şurası tərəfindən gündəliyə 
daxil edilməsini rədd edən əsasları qanunvericilikdə müəyyən etmək lazımdır. 
Direktorlar şurası təklif olunan məsələni gündəliyə daxil etməkdən və ya 
namizədi şirkətin müvafiq orqanına seçilmək üçün namizədlər siyahısına daxil 
etməkdən imtina etdiyi halda, o, əsaslandırılmış qərar qəbul etməlidir. 
Direktorlar şurası müvafiq qərarı qəbul etməkdən boyun qaçırdıqda 
səhmdarların məhkəməyə şikayət vermək imkanını müəyyən edən norma əlavə 
edilməlidir.
Hazırda səhmdarların ümumi yığıncağının gündəliyinin formalaşması 
prosedurasının xüsusiyyəti odur ki, əgər şirkətin nizamnaməsi ilə başqa bir hal 
nəzərdə tutulmayıbsa, bir çox məsələlər gündəliyə direktorlar şurası tərəfindən 
daxil edilə bilər. Direktorlar şurası tərəfindən təsdiq edilmiş səhmdarların 
ümumi yığıncağının gündəliyi sonradan dəyişdirilə bilməz. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin