Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə63/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   59   60   61   62   63   64   65   66   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Daxili audit 
Daxili audit haqqında qanunun qəbul edilməsi Azərbaycanda korporativ 
idarəetməni təkmilləşdirmək məqsədilə atılmış mühüm bir addımdır.
245
Lakin, 
təəssüf ki, qabaqcıl qanunda da tam aydın olmayan müddəalara rast gəlinir. 
Qanunda qeyd edilib ki, həmin qanun ölkə ərazisində fəaliyyət göstərən və 
məcburi audit obyekti olan şirkətlərə şamil edilir, ancaq burada "məcburi 
audit”in nə məna daşıdığı aydın deyil. Bəzi mütəxəssislər hesab edirlər ki, bunda 
244
Banklar istisna olmaqla, banklarda audit komitəsi ÜY tərəfindən seçilən müstəqil orqandır
245
"Daxili audit haqqında" Qanun - Azərbaycanda Korporativ İdarəetmənin inkişafında növbəti addım. V.Eynullayev, 
İFC Korporativ İdarəetmə İcmalı, yanvar-aprel 2008, №10 


161 
yalnız məcburi kənar auditin aparılması nəzərdə tutulur və bu qanun məcburi 
kənar auditdən keçməli olan şirkətlərə şamil edilir.
246
Qanunvericiliyin tələbinə 
görə MMC və SC-nin hər il müstəqil auditor cəlb etməli
247
olduğunu nəzərə 
alsaq, bu qanunun bütün korporasiyalara (şirkətlərə) şamil edildiyi qənaətinə 
gəlmək olar. 
"Daxili audit haqqında" Qanuna əsasən daxili audit xidməti müvafiq idarəetmə 
orqanı tərəfindən təyin və azad edilir.
248
Eyni zamanda həmin qanunda müvafiq 
idarəetmə orqanının şirkətin ali idarəetmə orqanı ifadəsindən sonra mötərizədə 
"direktorlar şurası və müşahidə şurası" ifadələrinin olması direktorlar şurasının 
şirkətin ali idarəetmə orqanı olduğu fikrini yaradır. Yəni mötərizədəki ifadələr 
mötərizədən qabaq olan "ali idarəetmə" ifadəsinin açıqlaması kimi başa düşülür. 
Lakin ümumi korporativ qanunvericiliyindən xatırlayırıq ki, şirkətin ali 
idarəetmə orqanı onun səhmdarlarının (iştirakçılarının) ümumi yığıncağı hesab 
edilir.
249
Direktorlar (müşahidə) şurası isə nəzarət orqanıdır
250

Eyni zamanda "idarəetmə orqanı" ifadəsinin konkret hansı orqana aid 
olunduğunu mətndən ayırd etmək mümkün deyil. Daxili auditə aid beynəlxalq 
standartlara nəzər yetirsək,
251
görərik ki, icra orqanının daxili auditorun 
fəaliyyətinə müdaxilə etməsi (təyinatı, nəzarəti) daxili auditorun müstəqillik 
tələbinə ziddir.
252
Eyni zamanda qanun özü tələb edir ki, şirkətdə daxili 
auditorun fəaliyyəti beynəlxalq standartlara uyğun təşkil edilməlidir.
253
Beynəlxalq təcrübədə daxili audit xidməti şirkətin direktorlar şurası tərəfindən 
təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, qanunun bu 
hissəsində müvafiq düzəlişlər edilməlidir. Bundan əlavə, qanunda bir sıra digər 
məsələlərdə qeyri-müəyyənliklər var. Daxili audit sahəsində mövcud qabaqcıl 
246
Bax: yuxarıda V.Eynullayev 
247
MM-nin 91.4, 107.6-cı maddələri 
248
"Daxili audit haqqında" Qanun, m, 3.1. 
249
MM-nin 91.1, 107-7.1-ci maddələri 
250
MM-nin 91-1.1, 107-7.1 maddələri 
251
Daxili Auditorlar İnstitutu daxili auditin fəaliyyətinə dair standartlar 
252
Bax: yuxarıda V.Eynullayev 
253
"Daxili audit haqqında" Qanunun 7.2-ci maddəsi


162 
təcrübəni qəbul edərək ölkədəki daxili audit xidmətinin təkmilləşdirilməsi 
istiqamətində işlər görülməlidir. Qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi 
Azərbaycanda daha şəffaf və cəlbedici biznes və investisiya mühitinin 
yaradılmasına kömək edər. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin