Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Fəsil VI. Səhmdarların (iştirakçıların) hüquq və öhdəlikləri



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə64/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   60   61   62   63   64   65   66   67   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Fəsil VI. Səhmdarların (iştirakçıların) hüquq və öhdəlikləri 
Səhmdarların (iştirakçıların) korporativ hüquqları 
Səhmdarlar (iştirakçılar) şirkətin əmlakının sahibləri deyillər və malik olduqları 
səhmlər (paylar) şirkətin əmlakı üzərində onların hər hansı mülkiyyət hüququnu 
təsdiq etmir. Səhmlərin (payın) sahibi olaraq səhmdar mürəkkəb kompleks 
xarakterli korporativ münasibətlərin iştirakçısı olur. Korporativ münasibətlər 
çərçivəsində şirkətin öhdəlikləri müəyyən hallarda səhmdarlara pul vəsaitinin 
(dividendlərin) verilməsi ilə məhdudlaşmayaraq, səhmdarların şirkətin 
kapitalında iştirakı ilə bağlı onların hüquqlarını təmin edən digər hərəkətləri də 
daxil edir.
Şirkətə kapital qoyuluşu, bu kapitalın qorunması, onun artırılması və qoyulmuş 
kapitaldan gəlirin əldə edilməsi səhmdarın (iştirakçının) əsas marağıdır ki, onun 
qorunması üçün qanunvericilikdə iştirakçıların (səhmdarların) minimum 
hüquqları təsbit edilib.
Şirkətin idarəetməsində iştirakla bağlı hüquqlar səhmdarlara (iştirakçılara) 
verilən əsas hüquqlardan biridir. İdarəetmədə iştirak hüququ ümumi yığıncağın 
çağırılmasını tələb etmək imkanından, ümumi yığıncağa məsələlərin 
çıxarılmasından və orada səs verməkdən ibarətdir. Həmçinin bu hüquqlara 
idarəetmə orqanının tərkibini seçmək və seçilmək hüququnu daxil etmək olar. 


163 
Şirkətin fəaliyyəti haqqında məlumat almaq hüququ 
Səhmdarlar şirkətin fəaliyyəti haqqında dolğun və düzgün məlumat almaq 
hüququna malikdirlər. Ümumi yığıncağa çıxarılan məsələlərə dair şirkətin 
fəaliyyəti haqqında məlumat səhmdarlara təqdim edilməlidir ki, onlar həmin 
məlumata əsasən obyektiv qərar qəbul edə bilsinlər. Şirkətin maliyyə fəaliyyəti 
və durumu haqqında ətraflı məlumat illik hesabatda və direktorlar şurasının 
hesabatı zamanı səhmdarlara təqdim edilir.
Şirkətin formasından (təşkilatı-hüquqi formasından) asılı olaraq məlumatın 
açıqlanmasına dair qanunvericiliyin tələbləri fərqlənir. ASC-də qanunvericilik 
daha geniş tələblər irəli sürərək əksər məlumatların ictimaiyyətə açıqlanmasını 
tələb edir. Əksinə, MMC-də isə heç bir məlumatın ictimaiyyətə açıqlanması tələb 
edilmir. Bütün məlumatlar MMC-nin iştirakçıları arasında yayımlanır. Kitabın 
əvvəlində qeyd etmişdik ki, ASC-lər publik şirkət hesab edilərək daha geniş 
investorlar və səhmdarlar kütləsinə malik ola bilirlər. Həmçinin ASC-nin 
səhmləri fond bazarında dövriyyədə olduğundan hər bir potensial investor 
şirkət haqqında məlumat almaq imkanına malik olmalıdır. MMC isə daha çox 
"qapalı" şirkət olduğundan məlumatın açıqlanması "məhdud" maraqlı şəxslər 
arasında həyata keçirilir. Lakin, təəssüf ki, Azərbaycanda bir çox şirkətlər 
səhmdarlarının məlumat almaq hüququnu kobud şəkildə pozurlar. 
SC tərəfindən öz fəaliyyəti haqqında məlumatın açılması haqqında 
qanunvericiliyin tələbi səhmdarların maraqlarının təmin olunmasına, onların 
fəaliyyətinə dövlət və ictimai nəzarətə, SC-nin fəaliyyətinin şəffaflığının təmin 
olunmasına yönəlmişdir ki, bu qiymətli kağızlar bazarının normal fəaliyyəti və 
inkişafı üçün də əsas şərtlərdəndir.
Qanunvericilikdə şirkətin üzərinə səhmdarlara (iştirakçılara) məlumatların 
təqdim olunması və bu növ məlumatlara girişin təmin edilməsi üzrə öhdəliklər 
qoyulub. Şirkətin fəaliyyəti barədə məlumat almaq, onun mühasibat və digər 


164 
sənədləri ilə tanış olmaq hüququ səhmdarların (iştirakçıların) əsas hüquqlarına 
aid olunur. Səhmdarların (iştirakçıların) məlumat almaq hüququnun təmin 
edilməsi məqsədilə şirkət müəyyən sənədləri özündə saxlamalıdır. Göstərilən 
sənədləri şərti olaraq, aşağıdakı qruplara bölmək olar: 
1) şirkətin təsis və başqa daxili sənədləri (dəyişiklik və əlavələrlə şirkətin 
nizamnaməsi, şirkətin yaradılması haqqında qərar, dövlət qeydiyyatı haqqında 
şəhadətnamə, filial, nümayəndəlikdəki vəziyyət haqqında və s.); 
2) şirkətin mülkiyyətə və başqa aktivlərə olan hüququnu təsdiq edən sənədlər; 
3) maliyyə xarakterli sənədlər (illik maliyyə hesabatı, maliyyə hesabatının və 
mühasibat uçotunun başqa sənədləri, şirkətin səhmlərinin emissiyası ilə bağlı 
sənədlər, mühasibat uçotunun sənədləri); 
4) idarəetmə və nəzarət orqanlarının qərarları (daxili, müstəqil və dövlət 
nəzarəti). 
Göstərilən sənədlərin səhmdarlara və zəruri olduqda şirkətin kreditorlarına və 
başqa maraqlı şəxslərə açıq olan, şirkətin icra orqanlarının yerləşdiyi yerdə 
saxlanması məqsədəuyğundur. Təəssüf ki, Azərbaycan qanunvericiliyində 
şirkətlərin (SC və MMC) sənədlərinin saxlanılması tənzimlənmir və bu da 
təcrübədə bir çox problemlər yaradaraq şirkətlərin rəhbərləri tərəfindən sui-
istifadə hallarına şərait yaradır. 
ASC tərəfindən məlumatların mütləq dərc olunması tələbi investorların 
hüquqlarının müdafiəsi və ASC-nin səhmlərinin qeyri-məhdud investorlar 
arasında sərbəst dövr edə bilməsi prinsipi ilə şərtləndirilir. MM-in 99-cu 
maddəsinə əsasən ASC hər il ümumi məlumat üçün şirkətin illik hesabatını, 
mühasibat balansını, gəlir və itkilərin hesabatını dərc etməyə borcludur. Bu 
siyahı qiymətli kağızlar bazarına nəzarət edən orqan tərəfindən səhmdarların, 
investorların və başqa maraqlı şəxslərin maraqlarının qorunması üçün 
genişləndirilmişdir. 


165 
Beləliklə, şirkət hər il kütləvi informasiya vasitələrində aşağıdakı sənəd və 
məlumatları dərc etməyə borcludur: 
-
şirkətin illik hesabatı, mühasibat balansı (gəlir və zərərin hesabatı); 
-
emissiya qiymətli kağızların açıq yazılma yolu ilə yerləşdirilməsi halında
şirkətin səhmlərinin emissiya prospekti; 
-
qanunla nəzərdə tutulmuş qaydada səhmdarların ümumi yığıncağının 
keçirilməsi haqqında məlumatı; 
-
qanunvericiliklə müəyyən edilmiş başqa məlumatları.
Həmçinin ASC hər il
254
şirkət və onun səhmdarları ilə əmlak marağı ilə əlaqəli 
olmayan auditor tərəfindən təsdiqlənən illik hesabat və mühasibat balansını dərc 
etdirməlidir. Təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün şirkətlər 
istiqrazların və ya başqa qiymətli kağızların açıq yerləşdirilməsi zamanı MM və 
QKDK ilə müəyyən edilmiş normativ aktlara əsasən məlumatı dərc etməyə 
borcludur.
MMC istiqraz və başqa emissiya qiymətli kağızların açıq yerləşdirilmə 
hallarından başqa, öz fəaliyyəti haqqında hesabatı dərc etdirməyə borclu deyil. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin