İcra orqanı
Şirkətin icra orqanı rolunda təkbaşçı icra orqanı və ya kollegial icra orqanı çıxış
edir. Şirkət mütləq qaydada icra orqanına malik olmalıdır. Bu, onun iradəsini
ifadə edən orqandır, şirkət onun vasitəsilə hüquq və öhdəliklər əldə edir. İcra
orqanının fəaliyyətinin məqsədi şirkətin gəlirliliyini və rəqabət qabiliyyətliliyini,
maliyyə-iqtisadi davamlılığını, səhmdarların hüquq və qanuni maraqlarını,
149
işçilərin əmək hüquqları və sosial təminatlarını təmin etməkdir. İcra orqanının
səlahiyyətinə, ümumi yığıncağın və direktorlar şurasının səlahiyyətlərinə daxil
olan məsələlər istisna olmaqla, şirkətin cari fəaliyyətinə rəhbərlik daxildir. İcra
orqanları şirkətin direktorlar şurasına və səhmdarların (iştirakçıların) ümumi
yığıncağına hesabat verməlidir.
Şirkətin təkbaşçı icra orqanı (müdir, direktor) – fiziki şəxs və ya şirkətlə müqavilə
üzrə təkbaşçı icra orqanının funksiyalarını yerinə yetirən hüquqi şəxs (idarəçi
şirkət) ola bilər.
230
Azərbaycan biznes təcrübəsində təkbaşçı icra orqanının
səlahiyyətlərinin icrasının ənənəvi üsulu müdirin (direktorun) təyin olunmasıdır.
Şirkətin təkbaşçı orqanının yaradılması və onun fəaliyyətinin vaxtından əvvəl
dayandırılması ümumi yığıncağın və ya direktorlar şurasının səlahiyyətindədir.
SC-nin icra orqanının yaradılması və onun səlahiyyətinin vaxtından əvvəl
dayandırılması nizamnamə ilə direktorlar şurasının səlahiyyətinə aid
edilmədikdə səhmdarların ümumi yığıncağının qərarı ilə həyata keçirilir.
231
MMC-nin təkbaşçı icra orqanı iştirakçıların ümumi yığıncağı ilə seçilir.
232
Təkbaşçı icra orqanı qanunvericilik və şirkətin nizamnaməsi ilə səhmdarların
(iştirakçıların) ümumi yığıncağı və direktorlar şurasının səlahiyyətlərinə aid
edilən məsələlərdən başqa, istənilən digər məsələlər üzrə qərar verə bilər.
Bir qayda olaraq təkbaşçı icra orqanı:
-
direktorlar şurasına illik hesabat, şirkətin fəaliyyəti haqqında illik
mühasibatlıq hesabatı, eləcə də gəlirin paylanması üzrə təkliflər təqdim
edir;
-
şirkətin cari fəaliyyəti haqqında direktorlar şurasını məlumatlandırır;
-
şirkətin idarə heyətinə rəhbərlik edir (əgər belə orqan şirkətdə
yaranırsa), eləcə də idarə heyətinin iclasını çağırır, idarəetmə üçün
230
MM-nin 91-2.4, 107-ci maddələri
231
MM-nin 107.1.3-cü maddəsi
232
MM-nin 91.3.2-ci maddəsi
150
nizamnamə ilə müəyyən edilmiş səlahiyyət çərçivəsində onun
gündəliyini müəyyənləşdirir və idarə heyətinin iclaslarında sədrlik edir;
-
şirkət adından əqdlər bağlayır;
-
banklarda carı və digər hesablar açır;
-
mühasibatlıq və vergi hesabatlarının qeydiyyatını təşkil edir, onların
tərtib olunması və vaxtında dövlət orqanlarına təqdim olunmasını təmin
edir;
-
şirkətin kommersiya sirri olan məlumatları müəyyən edir;
-
şirkətin təşkilati strukturunu və ştat cədvəlini təsdiq edir;
-
şirkətin heyətinin yığılması, yerləşdirilməsi, təlimi, attestasiyası, ixtisas
artırılmasını və əmək resurslarının səmərəli istifadəsini təmin edir;
-
şirkət işçilərini işə qəbul edir və onları işdən azad edir, həvəsləndirmə
tədbirləri tətbiq edir və cəza müəyyən edir;
-
öz səlahiyyətləri çərçivəsində şirkətin daxili sənədlərini təsdiq edir;
-
şirkətin cari istehsalat-təsərrüfat fəaliyyəti zamanı yaranan bütün
məsələləri müstəqil şəkildə həll edir.
Direktor (müdir) şirkət adından etibarnamə olmadan fəaliyyət göstərir. Təkbaşçı
icra orqanının hüquq və öhdəlikləri, onun fəaliyyət qaydası qanunla, digər
hüquqi aktlarla, nizamnamə ilə, şirkətin daxili sənədləri ilə, eləcə də onunla
şirkət arasında bağlanan əqdlə müəyyən edilir.
Şirkətin icra orqanının səlahiyyətləri müqavilə əsasında idarəçi təşkilata ötürülə
bilər. Bu üsulun məqsədəuyğunluğu bir sıra səbəblərlə şərtlənir: bunların
içərisində idarəçi təşkilatın müəyyən sahədə ixtisaslı mütəxəssislərə malik olması
ilə şirkətin cari fəaliyyəti üzərində idarəetmənin peşəkarlığının yüksəldilməsini
qeyd etmək olar. İdarəçi təşkilatın cəlb edilməsi bir neçə şirkətlərdən ibarət
"şirkətlər qrupları" üçün daha çox aktualdır. Çünki şirkətlərin icra orqanlarının
öz funksiyalarını idarəçi təşkilata ötürməsi qrupun idarəetmə xərclərinin
151
azalmasına kömək edər, bir idarəçi təşkilat bir neçə törəmə şirkətin icra
orqanının funksiyasını yerinə yetirə bilər.
Təkbaşçı icra orqanının səlahiyyətinin idarəçi təşkilata ötürülmə üsulu şirkət
müdirinin təyin edilməsindən fərqlənir. SC-nin təkbaşçı icra orqanının
səlahiyyətinin idarəçi təşkilata verilməsi haqqında qərar ümumi yığıncaq
tərəfindən qəbul olunur
233
(MM, 107.4). İdarəçi təşkilat və şirkət arasında təkbaşçı
icra orqanının səlahiyyətinin verilməsi haqqında müqavilə bağlanır. Bu
müqavilənin hüquqi təbiəti haqqında müxtəlif fikirlər, o cümlədən onun agent
müqaviləsinə yaxın olması fikri mövcuddur. Burada agent prinsipalın hesabına
və onun adından fəaliyyət göstərir. Məhz agent müqaviləsi agentin ümumi
səlahiyyətini (onların konkret siyahısını yox) göstərməyə imkan verir və
müqavilənin predmetinin hüquqi və faktiki hərəkətlərinin həyata keçirilməsini
təşkil edir. Bununla belə, qeyd etmək lazımdır ki, şirkətin icra orqanının
səlahiyyətini həyata keçirən idarəçi təşkilat fəaliyyət göstərdiyi zaman öz
adından deyil, məhz şirkətin orqanı adından çıxış edir.
234
Hesab edirik ki, idarəçi təşkilat və idarə olunan şirkət arasında bağlanmış
müqaviləni əmlakın etibarlı idarəetmə müqaviləsi kimi xarakterizə etmək olmaz,
çünki burada əmlakın idarə edilməsindən deyil, hüquq subyekti olan şirkətin
idarə edilməsindən söhbət gedir. Baxmayaraq ki, idarəçi təşkilat şirkət
nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər hüdudlarında şirkətin əmlakı
üzərində sərəncam vermək hüququna malikdir, o, bu zaman şirkətin adından
çıxış edir.
İdarəçi təşkilat və şirkət arasında müqavilənin hüquqi təbiətini müəyyən etməyə
çalışarkən bu müqavilənin azad müqavilə (müqavilənin şərtləri tərəflərin arzusu
ilə təyin olunur) prinsipi və müxtəlif müqavilə elementləri əsasında
233
MM-nin 107.4-cü maddəsi
234
Гражданское право: В 2 т. Т. II. Полутом 2. Учебник / Отв. ред. Е.А. Суханов. 2-е изд. М., 2000.
152
qurulduğunu nəzərdə saxlamaq lazımdır. Bu müqavilə konstruksiyasının əsas
elementləri kimi agentlik və xidmətin göstərilməsi çıxış edir
235
.
Bu müqavilənin mühüm şərtləri aşağıdakılar ola bilər:
- idarəçi təşkilatın qarşısında duran məqsəd və məsələlər;
- onun hüquq və vəzifələri, həmçinin idarə olunan və idarəçi təşkilatların öz
aralarında funksiyalarının bölünməsi;
- vəkalətnamələrin verilməsi daxil olmaqla, icra orqanının funksiyalarının həyata
keçirilmə qaydaları;
- idarəçi təşkilatın idarə olunan şirkətin direktorlar şurası və səhmdarların
(iştirakçıların) qarşısında hesabat verməsi qaydaları və şərtləri;
- xidmətlərin qiyməti və ödəniş qaydaları, müqavilənin müddəti;
- müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün əsaslar və idarəçi təşkilatın
günahı olmadan müqavilənin vaxtından əvvəl dayandırılması nəticəsində dəyən
zərərin əvəzinin idarəçi təşkilata ödənilməsi;
- öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə tərəflərin məsuliyyəti.
Korporativ qanunvericilikdə idarəçi təşkilata ötürülməsi mümkün olan və ya
mümkün olmayan məsələlər qeyd olunmayıb və hesab edirik ki, ümumi
qaydaya görə təkbaşçı icra orqanının səlahiyyətinə daxil olan məsələlər tam
həcmdə idarəçi təşkilata ötürülə bilər, yəni qanunvericilik və şirkətin
nizamnaməsi ilə icra orqanının səlahiyyətinə aid edilən məsələlərin hamısı
idarəçi təşkilata verilə bilər. Təkbaşçı icra orqanının səlahiyyətlərini idarəçi
təşkilata ötürən şirkət məhz həmin idarəçi təşkilat vasitəsilə hüquq və öhdəliklər
əldə etmiş olur
236
və idarəçi təşkilat şirkət adından etibarnaməsiz çıxış edir.
Kollegial icra orqanı şirkətin səhmdarlarının (iştirakçılarının) iradəsi ilə yaradıla
bilər. SC-də bu orqan ümumi yığıncaq və ya direktorlar şurası tərəfindən
235
Осипенко О.В. Управляющая компания в системе корпоративного руководства акционерным обществом //
Журнал для акционеров. 2003. N 6
236
MMnin 49.1-ci maddəsi
153
yaradılır. MMC-də kollegial icra orqanının seçilməsi iştirakçıların ümumi
yığıncağının səlahiyyətinə aiddir. İdarə heyəti üzvlərinin sayı, müddəti,
kollegial icra orqanının səlahiyyəti şirkətin nizamnaməsi ilə müəyyən olunur.
Kollegial icra orqanının iclasının keçirilməsi, çağırılma qaydası və vaxtı,
həmçinin qərarların qəbul edilmə qaydası nizamnamə və daxili sənədlərlə
müəyyən edilir. Kollegial icra orqanının səlahiyyətləri təkbaşçı icra orqanın
səlahiyyətlərini təkrarlamamalıdır. Məsələn, şirkətin daxili sənədlərini təsdiq
etmə səlahiyyəti təkbaşçı və kollegial orqanların səlahiyyətinə daxildirsə, bu
zaman konkret sənədlərin qəbul edilməsi orqanlar arasında bölünməlidir.
Məsələn, müdir (kollegial orqanın sədri) daxili nizam qaydalarını, işçilərin
attestasiyası haqqında əsasnaməni təsdiq edir, idarə heyəti isə əməkdaşların
maddi stimullaşdırılmasını və işçilərə əlavə imtiyaz verilməsi haqqında qərarı
təsdiq edir və s. Şirkətdə kollegial icra orqanı bir çox hallarda təkbaşçı icra
orqanının səlahiyyətinin məhdudlaşdırılması mexanizmi kimi çıxış edir. Bir çox
vacib əqdlərin təsdiq edilməsi kollegial orqanın səlahiyyətinə verilir, məsələn,
müqavilənin predmetinə görə (daşınmaz əmlakla, əsas vasitələrlə və s. qiymətli
aktivlərlə) və ya məbləğə görə şirkətin aktivlərinin dəyərinin müəyyən həcmində
olan əqdlər. Adətən belə əqdlərin məbləği şirkətinin aktivlərinin dəyərinin 5-
10%-i arasında olur. İdarə heyətinin səlahiyyətinə şirkətin operativ-maliyyə
planının təsdiqi, onların yerinə yetirilməsi haqqında hesabat, biznes
proseslərinin həyata keçirilməsi üçün metodiki sənədlərin işlənməsi kimi
məsələlər tez-tez daxil edilir. Adətən kollegial icra orqanının üzvləri şirkətin
işçiləri olurlar və müəyyən rəhbər vəzifələrdə çalışırlar. Şirkətin kollegial icra
orqanının sədr funksiyalarını şirkətin təkbaşçı icra orqanının funksiyasını həyata
keçirən fiziki şəxs icra edir. Kollegial icra orqanı öz qərarlarını mütəmadi
keçirilən iclaslarda qəbul edir. İclasın keçirilməsi üçün yetərsay şirkətin
nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Kollegial icra orqanının hər
bir üzvü səsvermədə bir səsə malikdir və idarə heyətinin hər bir üzvü öz
154
fəaliyyəti üzrə fərdi məsuliyyət daşıdığı üçün
237
bu səsi digər şəxsə (orqanın
başqa üzvü daxil olmaqla) verə bilməz.
Dostları ilə paylaş: |