Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə69/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   65   66   67   68   69   70   71   72   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Dividend almaq hüququ 
Şirkətin xalis mənfəətinin səhmdarlar (iştirakçılar) arasında bölüşdürülən hissəsi 
dividend adlanır. Şirkətin adi səhm (pay) sahibinin dividend almağı bütövlükdə 
şirkətin fəaliyyətinin nəticələrindən və bu fəaliyyətdən gələn gəlirin olmasından 
asılıdır. Ümumi qaydaya əsasən şirkət adi səhmlərin (pay) sahiblərinə 
dividendin ödənilməsinə zəmanət verə bilməz.
İmtiyazlı səhmlərin sahiblərinə verilən əsas üstünlüklərindən biri də odur ki, 
imtiyazlı səhmlər üzrə dividendlər (və ya onların hesablama qaydası) SC-nin 
nizamnaməsində qabaqcadan müəyyən olunur. Əgər belə üstünlük şirkətin 
nizamnaməsində qeyd edilməyibsə, belə zənn etmək olar ki, imtiyazlı səhmlərin 
sahiblərinin dividend hüququ adi səhmlərin sahiblərinin hüququ ilə eynidir.
Dividendlər şirkətin cari il ərzində olan mənfəətindən verilir. Müəyyən tip 
imtiyazlı səhmlər üzrə dividendlər şirkətin bunun üçün xüsusi təyin olunmuş 
fondlarından verilə bilər. Məsələn, şirkətin nizamnaməsi ilə müəyyən oluna bilər 
ki, ödənilməmiş və ya tam ödənilməmiş müəyyən tip imtiyazlı səhmlər üzrə 
dividend yığılır və sonra ödənilir (imtiyazlı kumulyativ səhmlər). Adi səhmlər 
üzrə dividendlərin elan edilməsi və ödənilməsi şirkətin ixtiyarında olduğu 
mənfəətindən asılıdır.


177 
İmtiyazlı səhmlərdən fərqli olaraq, adi səhmlər üzrə dividendlərin miqdarı 
şirkətin direktorlar şurasından və ya səhmdarların ümumi yığıncağının 
qərarından asılıdır, imtiyazlı səhmlər üzrə dividendin miqdarı isə (və ya onun 
müəyyən edilmə qaydası) qeyd etdiyimiz kimi şirkətin nizamnaməsində 
göstərilməlidir. Əgər şirkətin nizamnaməsində imtiyazlı səhmlərin iki və daha 
çox tipi nəzərdə tutulubsa, bu zaman nizamnamədə dividendlərin verilmə 
növbəsi və hər tip imtiyazlı səhmlərin ləğvetmə dəyəri müəyyən olunmalıdır.
Dividendlərin ödənilməsi, miqdarı və hər kateqoriyalı (tipli) səhmlər üzrə 
ödəmə forması haqqında qərar şirkətin direktorlar şurasının təqdimatı ilə 
səhmdarların ümumi yığıncağında qəbul olunur.
263
Hesab edilir ki, dividendlərin 
miqdarı şirkətin direktorlar şurasının tövsiyə etdiyindən çox olmamalıdır.
Dividendlərin ödənmə qaydası və müddəti şirkətin nizamnaməsi və ya 
dividendlərin ödənməsi haqqında səhmdarların (iştirakçıların) ümumi 
yığıncağının qərarı ilə müəyyən olunur. Şirkət elan olunmuş dividendləri mütləq 
ödəməlidir. Ödəmənin gecikdirildiyi halda, səhmdar (iştirakçı) ona ödənməli 
olan məbləğin şirkətdən alınması haqqında iddia ilə məhkəməyə müraciət edə 
bilər, həmçinin pul öhdəliyinin gecikdirilməsinə görə faizlərin ödənilməsini tələb 
edə bilər. Dividendlərin elan olunması və ödənilməsinə məhdudiyyətlər MM-in 
90-1 və 106-3-cü maddələri ilə təyin olunub. Qoyulan məhdudiyyətlər ondan 
ibarətdir ki, şirkət dividendlərin ödənməsi (elan edilməsi) qərarını qəbul etmək 
hüququndan aşağıdakı hallarda məhrumdur: 
1) Əgər dividendlərin ödənmə anında şirkətdə müvafiq qanuna
264
uyğun olaraq, 
müflislik əlamətləri varsa (kreditorlar qarşısında pul öhdəliklərinin yerinə 
yetirilməməsi və ya öhdəliklərin yerinə yetirilmə müddətinin başladığı andan üç 
263
MM-nin 106.3-cü maddəsi 
264
"Müflisləşmə və iflas haqqında" Qanun, 13.07.1997, № 326-IQ


178 
ay ərzində mütləq ödənişlərin ödənilməməsi nəzərdə tutulur) və ya 
dividendlərin ödənməsi nəticəsində şirkətdə həmin əlamətlər əmələ gələcəksə; 
2) Əgər dividendlərin ödənilməsi haqqında qərarın qəbul edildiyi gün şirkətin 
nağd aktivlərinin qiyməti onun nizamnamə kapitalından azdırsa, yaxud 
dividendlərin ödənilməsi qərarının qəbul edilməsi nəticəsində onun ölçüsü 
azalacaqsa;
3) Əgər imtiyazlı səhmlərin bütün tipləri üzrə dividendlərin tam ödənilməsi 
haqqında qərar qəbul olunmayıbsa. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin