Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə65/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   61   62   63   64   65   66   67   68   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Səsvermə prinsipi 
MM-in 107-3-cü maddəsində SC-nin səhmdarların səsverməsinin ümumi 
prinsipi əks olunub - “Bir səsli səhm - bir səs”. Bu prinsip səhmin bölünməzliyini 
göstərir, yəni baxmayaraq ki, səhm bir və ya bir neçə şəxsə məxsus ola bilər, o, 
yalnız bir səsə malikdir.
255
Beləliklə, əgər səhm ümumi paylı mülkiyyətdədirsə, 
bu zaman onun bütün sahibləri bir səsə malikdirlər. Onların ümumi yığıncaqda 
səsvermə hüququnu isə yalnız bir şəxs həyata keçirməlidir: ümumi paylı 
254
MM-nin 107.6-cü maddəsi 
255
Bu prinsipi xirdalanmış səhmlərə də aid etmək olar. Bir səhm bir neçə səhmə xırdalandıqda, həmin xırdalanmış 
səhmlər əvvəlki vahid səhmin səsinin hissələrinə malik olurlar. Məsələn 1 səsə malik olan 1 səhm 5 səhmə xırdalandıqda, 
hər xırdalanmış səhm 0.20 səsə malik olur. 


166 
mülkiyyətin iştirakçılarından biri və ya onların ümumi nümayəndəsi, hər iki 
halda səlahiyyətli şəxs etibarnamə əsasında fəaliyyət göstərir.
“Bir səsli səhm - bir səs” prinsipi korporativ hüququn fundamental 
prinsiplərindən biri olan mütənasiblik prinsipinin əksidir. Bu prinsipə əsasən 
bütün korporasiya iştirakçıları (nizamnamə kapitalındakı paylara (səhmlərə) 
proporsional olaraq) bərabər hüquqa malikdirlər. SC-nin səsli səhmi adətən adi 
səhm hesab olunur, lakin müəyyən hallarda imtiyazlı səhmlər də ümumi 
yığıncaqda səs verə bilər. Ümumi yığıncaqda səsvermə hüququna malik olan 
imtiyazlı səhmlərin sahibləri SC-nin ümumi yığıncağında səsli səhmlərinin 
sahiblərinə aid olan bütün hüquqlara malikdir. Səhmdarların ümumi 
yığıncağında səsə qoyulan məsələnin həllində imtiyazlı və adi səhmlərin 
sahiblərinin səslərinin hesablanması birlikdə həyata keçirilir. 
MMC iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçı şirkətin nizamnamə 
kapitalındakı payına mütənasib səsvermə hüququna malikdir.
256
Hər bir iştirakçı 
şirkətin ümumi yığıncağında iştirak edə bilər, şirkətin orqanlarını seçə (təyin 
edə), onlara seçilə (təyin oluna) və səsvermədə iştirak edə bilər. İştirakçılar 
şəxsən iştirak etmək və ya müvafiq qaydada təyin etdiyi nümayəndə vasitəsilə 
təmsil olunmaq hüququna malikdir. MMC iştirakçılarına aid bu normalar 
imperativ xarakter daşıyırlar və məhdudlaşdırıla bilməz. İştirakçıların həmin 
hüquqlarını məhdudlaşdıran hər hansı razılaşmanı və ya hərəkəti qanunvericilik 
etibarsız hesab edilir. Bununla yanaşı hesab edirik ki, iştirakçıları müvafiq 
razılaşma ilə öz aralarında ümumi yığıncaqda səsvermələri şərtləşdirə və 
razılaşdıra bilərlər. Bu növ razılaşma məhdudlaşdırılma kimi deyil əksinə 
256
MM-nin 91.1-1 maddəsi


167 
iştirakçıların iradələrinə və korporativ maraqlarına uyğun istifadə kimi 
qiymətləndirilməlidir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin