186
şəxslərə məlum olmaması və qanuni əsaslarla həmin məlumata girişin olmaması
səbəbindən kommersiya dəyəri daxildir.
Müəyyən məlumat o zaman
kommersiya dəyərinə malik olur ki, məlumatı öz maraqları üçün istifadə edə
bilən şirkətin bazardakı rəqiblərinə məlum deyil və həmin məlumatın onlara
məlum olması şirkətin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Məhkəmələr
şirkətlərdən onların fəaliyyətinin mahiyyətini və onun qiymət siyasətini
(smetalar, görülmüş işlərin aktları, podrat və subpodrat müqavilələri) açıqlayan
sənədlərin verilməsi tələblərini, onların açıqlanması (verilməsi) qanunla
əsaslandırılmadığı halda və onların verilməsi şirkətin
rəqabət qabiliyyətinə
mənfi təsir göstərə biləcəyi halda, rədd etməlidir.
Beləliklə, kommersiya sirrini təşkil edən məlumatların üçüncü şəxslərə məlum
olmaması səbəbindən həqiqi və ya potensial kommersiya qiymətinə malik olan
və məlumatın sahibi tərəfindən kommersiya sirri
rejimi tətbiq olunan elmi-
texniki, texnoloji, istehsal, maliyyə-iqtisadi və ya başqa
məlumatlar, eyni
zamanda istehsal sirlərini (nou-xau) təşkil edən
başqa məlumatlar kommersiya
sirrinə daxildir.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, şirkət ona aid bütün məlumatları öz
iradəsi ilə kommersiya sirri kimi qiymətləndirə bilməz. “Kommersiya sirri
haqqında” Qanunun 4-cü maddəsində göstərilib ki, aşağıdakı məlumatlar
kommersiya sirrini təşkil edə bilməz:
- dövlət reyestrində olan hüquqi şəxslər haqqında məlumatlar, eyni zamanda
təsis sənədləri, lisenziyalar, başqa işgüzarlıq fəaliyyətinə icazələr;
- təsərrüfat obyektlərinin təhlükəsiz fəaliyyət göstərməsinin təmin edilməsi, hər
bir vətəndaşın və bütövlükdə əhalinin təhlükəsizliyinə
neqativ təsir göstərən,
ətraf mühitin çirklənməsi, yanğın təhlükəsizliyinin vəziyyəti, sanitar-
epidemioloji və
radiasiya vəziyyəti, qida məhsullarının təhlükəsizliyi haqqında;
187
- işçilərin tərkibi və sayı haqqında, əməyin ödənilməsi, boş iş yerlərinin sayı
haqqında;
- işəgötürənlərin əmək haqqı və başqa sosial ödənişlərlə bağlı borcları haqqında;
- qanun pozuntuları, bu pozuntulara görə məsuliyyətə cəlb edilmə faktları
haqqında.
Qeyd etmək lazımdır ki, səhmdarların (iştirakçıların) əldə etmək hüququ olan
məlumatlar belə kommersiya sirri hesab oluna bilər. Bu hal səhmlərin (MMC-nin
nizamnamə kapitalında payı) alğı-satqı müqavilələrinin bağlanması zamanı
böyük rol oynayır. Çünki səhmlərin (payların) ədalətli qiymətləndirilməsi üçün
alıcılara bütün məlumatların analizi vacibdir. Bununla əlaqədar, şirkətdə
səhmdarlar (iştirakçılar) tərəfindən üçüncü şəxslərə
verilə bilən kommersiya
məlumatlarının siyahısı və belə məlumatların verilməsinə icazə verən orqanların
(məsələn, direktorlar şurası) siyahısı göstərilməklə qaydalar müəyyən olunması
məqsədəuyğundur.
Qeyd etməliyik ki, qiymətli kağızlar bazarında açıq təklif ilə yerləşdirmə zamanı
açıqlanmalı olan məlumatlar kommersiya sirrinə aid edilmir.
Dostları ilə paylaş: