Törəmə şirkətlərin öhdəlikləri üzrə əsas (ana) şirkətin məsuliyyəti
Qanunvericilikdə əks olunan ümumi prinsipə uyğun olaraq, törəmə şirkətə
məcburi göstəriş vermək hüququ olan ana şirkət həmin əqdlərin icrası üzrə öz
törəmə şirkəti ilə birgə məsuliyyət daşıyır.
317
Tabeçilik münasibətlərindən irəli
gələn bu prinsip məntiqli görünməsinə baxmayaraq, qanunvericilikdə müəyyən
edilib ki, ana şirkət yalnız törəmə şirkətlə müqavilədə (və nizamnamədə)
314
MM-nin 502-ci maddəsi
315
MM-nin 503-cü maddəsi
316
MM-nin 509-cu maddəsi
317
MM-nin 67.3-cü maddəsi
211
nəzərdə tutulduğu halda, onun üçün məcburi göstərişlər vermək hüququna
malikdir. Hesab edirik ki, məhz bu müddəa ana şirkətin birgə məsuliyyəti
sistemini qeyri-işlək edir. Çünki nizamnaməyə və ya müqaviləyə bu şərtin əlavə
olunması ana şirkət üçün məqsədəuyğun deyil. Təcrübədə belə şərtlərin daxil
edilməsinə rast gəlinmir. Hesab edirik ki, bu çatışmazlığın aradan qaldırılması
üçün qanunvericiliyə dəyişikliklər etmək lazımdır və əsas şirkətin göstərişlərinin
icra olunması nəticəsində törəmə şirkətin yaranmış məsuliyyətinə görə əsas
şirkətin məsuliyyəti nizamnamədə belə qeydin olmasından asılı olmayaraq
yaranmalıdır.
Bu yanaşmaya bir çox xarici ölkələrin qanunvericiliyində rast gəlmək
mümkündür. Belə ki, ana şirkət tərəfindən törəmə şirkətin fəaliyyəti üzərində
nəzarətin həyata keçirilməsi zamanı sonuncu birincinin məqsədinə nail olması
üçün alət hesab olunur ki, bu da ana şirkətin onun nəzarət etdiyi törəmə şirkətin
öhdəlikləri üzrə maddi məsuliyyətinin yaranmasına səbəb olur.
Fidusiar öhdəliklər
Azərbaycanda korporativ münasibətlər inkişaf etdikcə "fidusiar öhdəliklər"
termininə tez-tez rast gəlinir. Mülki hüquq doktrinasında fidusiar hüquqi
münasibətlərin etibar edən və etibarlı şəxslərin arasında formalaşdığı hesab
edilir. Bu yanaşma roman-alman hüquq sistemi ölkələrinə xasdır.
318
İngilis-
amerikan hüquq sistemində fidusiar öhdəliklər (münasibətlər) özündə yalnız
nümayəndəlik (etibarlılıq) münasibətləri deyil, həmçinin birinin digəri üzərində
səlahiyyət (hakimiyyət) münasibətlərini əhatə edir.
"Fidusiya" anlayışı qədim Romada əmələ gəlib və etibar əsasında qurulmuş
hərəkəti ifadə edirdi. Sonradan ingilis-amerikan hüquq sisteminə aid ölkələrdə
318
C. Oreviceanku, İmplementation at Fiduciary Duties in Romanian Company
212
bu konsepsiyanın tətbiq dairəsi genişlənərək trast
319
münasibətlərini də əhatə
edirdi.
Fidusiar öhdəliklər anlayışı hüququn müxtəlif sahələrində tətbiq edilirdi və
korporativ hüquqda da fidusiar öhdəliklər institutu formalaşaraq inkişaf etdi.
Fidusiar münasibətlər geniş şəxslər dairəsində formalaşır. Etibarlı öz etibar
edəni, agent öz prinsipalı, direktor öz şirkəti ilə münasibətdə fidusiar hesab
olunurlar. ABŞ və İngiltərə korporativ hüquqlarında müəyyən hallarda
"nəzarətçi" səhmdarlar şirkətə və minoritar səhmdarlara qarşı fidusiar vəzifələr
daşıyırlar.
320
Beləliklə, bir şəxsin əmlakı, əmlak hüquqları üzərində və ya onun hüquqlarının
icrası üzərində digər şəxsin və ya şəxslərin hakimiyyəti (ixtiyarı, səlahiyyəti)
mövcuddursa, həmin şəxslər (ikinci şəxs) fidusiar hesab edilir. Fidusiar ona
verilmiş səlahiyyətlər çərçivəsində öz mülahizəsinə əsasən, lakin digər şəxsin
(təmsil olunan) maraqları (mənafeyi) naminə hərəkət edən və digər şəxsin
hərəkətlərinə və ya iradəsinin formalaşmasına təsir etmək və idarə etmək
imkanına malikdir. Məsələn, şirkətin əmlakı, hüquqları və həmin hüquqların
icrası üzrə səlahiyyət şirkətin rəhbərinə (icra orqanı, direktorlar şurası)
məxsusdur. Bununla yanaşı, korporativ idarəetmə çərçivəsində fidusiarların
(direktorlar şurası, rəhbərlər) fəaliyyəti üzərində tam nəzarətin mümkün
olmaması
qanunvericilik
tərəfindən
həmin
şəxslərin
(fidusiarların)
məsuliyyətləri ilə balanslaşdırılmalıdır.
ABŞ və İngiltərə korporativ hüquqları, əsasən, şirkətlərin direktorlar şurasının
üzvlərinin fidusiar öhdəliklərinə böyük diqqət ayırır. Lakin eyni prinsip və
319
Anqlo-sakson hüququndakı trast (trust) institutu kontinental hüququn etibarlı idarəetmə institutuna oxşayır, lakin
eyni deyil. Maraqlıdır Azərbaycanın Mülki Məcəlləsindən etibarlı idarəetməyə aid normalar niyə çıxarılıb?
320 Z.Cohen, Fiduciary duties of controlling shareholders, U.Pa. Int. Bus. L. Vol 12, 1991., K. Berchem, R. Deutsch, N.
Houpt, Duties of controlling shareholders http://cdn.akingump.com/images/content/2/2/v4/22475/Duties-of-Controlling-
Stockholders-PLI-Article-June-2012.pdf, F. Chun Yan, Challenging Controlling Shareholders in UK Courts
http://www.rug.nl/research/gradschool-law/phd/paper-chunyan-fan.pdf
213
yanaşma şirkətin idarə heyətinə və təkbaşçı rəhbərinə də tətbiq edilir. İngilis-
amerikan hüquq doktrinasına əsasən şirkətin rəhbər şəxsləri xüsusi fidusiar
öhdəliklər daşıyırlar. Şirkət rəhbərlərinin hərəkətləri şirkətin öz hərəkəti hesab
edilir və o, (rəhbər) şirkətin əmlakı üzərində tam səlahiyyətə malikdir. Bununla
yanaşı, rəhbərlərin tək məqsədi əmlakın tam qorunması və risklərdən
çəkinməkdən ibarət deyil, onun məqsədi (fəaliyyətinin mahiyyəti) şirkətin
uğurlu biznes fəaliyyətini təmin etməkdir. Biznes isə özündə, sözsüz ki, riski
ehtiva edir.
321
1928-ci ildə Meinhard v Salmon
322
məhkəmə işində fidusiar öhdəliklərin tərkibini
müəyyən etdikdə ABŞ-ın ən tanınmış hakimlərində bir olan hakim B.Kordozo
qeyd etmişdir ki, birgə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər birgə
biznes apardığı müddət ərzində bir-birinə qarşı şərtsiz sadiqlilik öhdəliyini
daşıyırlar. Bununla da, müəyyən vəzifəyə görə səlahiyyət əldə edən şəxs
(fidusiar) digər şəxsə (etibar edənə) qarşı tam dürüstlük (vicdanlılıq) öhdəliyini
daşıyan hesab edilir.
323
İngiltərə korporativ hüququnda da direktorlar fidusiar öhdəlik daşıyırlar.
İngiltərə şirkətlər qanununda
324
direktorun üzərinə aşağıdakı öhdəliklər qoyulur:
-
öz səlahiyyətləri çərçivəsində hərəkət etmək;
-
şirkətin uğurlu olmasını təmin etmək;
-
öz qərarlarında tam müstəqil olmaq;
-
işində peşəkarlıq, diqqətlilik və ehtiyat nümayiş etmək;
-
maraqların toqquşmasının yaranmasının qarşısını almaq və aidiyyəti şəxslərə
əqdlər haqqında məlumat vermək;
321 The director as trustee, L.S. Sealy, 1967 Canbridge L.J. 83
322
164 N.E. 545 (N.Y. 1928)
323 K.Rosen, Fiduciaries, 58 Ala. L.R 1041; A Brief Introduction to the Fiduciary Duties of Directors Under Delaware Law,
W.M.Lafferty, L.A.Schmidt, D. J. Wolfe, Jr, 116 Penn St. L. Rev. 837.
324 Companies Act 2006, s. 171 - 177
214
-
öz əlverişli vəziyyətindən sui-istifadə etməsi.
Səlahiyyət çərçivəsində hərəkət etmək vəzifəsi nəzərdə tutur ki, rəhbərlər
şirkətin müəyyən etdiyi qaydalar (normalar) çərçivəsində hərəkət etməli və
yalnız önə verilmiş səlahiyyətləri icra etməlidirlər.
Şirkətin uğurlu olmasını təmin etmək vəzifəsi nəzərdə tutur ki, rəhbər şəxslər
şirkətin bütün iştirakçılarının xeyri (faydası) naminə öz mülahizəsinə uyğun
vicdanla hərəkət etməlidir. Həmçinin rəhbər şəxslər qəbul etdiyi qərarların
nəticəsini, işçilərin maraqlarını, digər kontragentlər və müştərilər ilə
münasibətlərini və şirkətin nüfuzunun qorunmasını nəzarətdə saxlamalıdırlar.
Öz qərarlarında müstəqil olmaq vəzifəsi nəzərdə tutur ki, qanunvericilik və ya
şirkətin qaydaları ilə müəyyən edilən hallar istisna olmaqla, rəhbər şəxsin
qərarları heç bir şəxsin mövqeyi ilə bağlı olmamalıdır. Fidusiar münasibətlərin
əsasını məhz fərdi mülahizə və müstəqil qərar vermək kimi amillər təşkil edir.
Bu xüsusiyyətlər olmadan şəxsi fidusiar hesab etmək olmaz.
Fəaliyyətində peşəkarlıq, diqqətlilik və ehtiyat nümayiş etdirmək tələbinə dair
yeganə (vahid) obyektiv meyarları müəyyən etmək çətindir. ABŞ və BB
hüquqlarında
bu
xüsusiyyətlərin
mövcudluğunu
araşdıranda
əsasən
presedentlərə və formalaşmış məhkəmə təcrübəsinə istinad edirlər. Lakin bir çox
hallarda məhkəmələr işin bütün hallarını nəzərə alaraq "idraklı şəxs" (reasonable
person) konsepsiyasından (standartından) istifadə edir.
Maraqların toqquşmasının qarşısını almaq öhdəliyi nəzərdə tutur ki, rəhbər öz
şəxsi maraqları ilə bağlı və eyni zamanda şirkətin maraqlarına zidd olan
hallardan çəkinməlidir. Həmçinin rəhbər öz vəziyyətindən sui-istifadə etməməli
və şirkət tərəfindən birbaşa razılaşdırılmadığı halda, üçüncü şəxslərdən heç bir
215
gəlir əldə etməməlidir. Beləliklə, bütün yuxarıda sadalananları üç əsas öhdəliklə
cəmləşdirmək olar:
-
öz mülahizəsinə uyğun hərəkət etmək;
-
şirkətə, onun səhmdarlarına, kreditorlarına və işçilərinə qarşı zəruri loyal
(sadiq) və vicdanlı olmaq;
-
zəruri ehtiyatla hərəkət etmək.
Gördüyümüz kimi, fidusiar hüquqi münasibətlər geniş münasibətləri əhatə edir
və bir şəxsin digər şəxs üzərində nəzarət etmək və ya digər şəxsin əmlakı
üzərində sərəncam vermək imkanı olan münasibətlərə xüsusi ilə tətbiq edilir.
Hazırkı Azərbaycan qanunvericiliyində şirkətin rəhbər şəxslərinə (icra orqanı,
direktorlar şurası) aid fidusiar öhdəlik hesab edilən bəzi öhdəliklər müəyyən
edilib. Bunlar:
-
ümumi rəhbərlik və şirkət üzərində nəzarət etmək (MM-nin 107-7.1-ci
maddəsi);
-
şirkətin fəaliyyətinə cari rəhbərliyi etmək (MM-nin 91 və 107.4-ci maddəsi);
-
vicdanla, peşəkar qaydada hərəkət etmək (MM-nin 49.3-cü maddəsi).
Bu normaların mövcudluğuna baxmayaraq, məhkəmə təcrübəsində onlardan
istifadəyə rast gəlinmir. Düşünürük ki, bunun səbəbi ilk növbədə müvafiq
"dəstəkverici" ədəbiyyatın olmamasından irəli gəlir. Korporativ qanunvericiliyin
inkişafı üçün fidusiar öhdəliklər konsepsiyasını Azərbaycan hüququnda inkişaf
etdirmək zəruridir. Bu istiqamətdə ilk addım kimi, yuxarı instansiya
məhkəmələri tərəfindən müvafiq məhkəmə təcrübəsinin formalaşdırılmasını
görürük.
Dostları ilə paylaş: |