209
təsisçilərin şirkətin dövlət qeydiyyatına qədər
yaranan öhdəlikləri üzrə
məsuliyyəti müəyyən edilib.
310
Lakin bununla yanaşı, hüquqi şəxsin yaradılması ilə bağlı təsisçilərin öhdəlikləri
üzrə məsuliyyətin məhz həmin şirkətin üzərinə qoyulması da mümkünlüyü
yaranmış olur. Məsuliyyətin şirkətin üzərinə keçirilməsi səhmdarların
(iştirakçıların) ümumi yığıncağının qərarı ilə və kreditorun razılığı ilə
mümkündür.
311
Beləliklə, MM-in 46-cı maddəsinə
312
əsasən hüquqi şəxsin təsisçiləri onun
yaranması və dövlət qeydiyyatına qədər yaranan
öhdəliklər üzrə birgə
məsuliyyət daşıyırlar. Hesab edirik ki, bununla bağlı müəyyən amillərə xüsusi
diqqət ayırmaq lazımdır. İlk növbədə, təsisçilərin öhdəlikləri şirkətin yaranması
ilə bağlıdır. İkincisi, bu öhdəliklər zamanına görə şirkətin dövlət qeydiyyatından
əvvəl, yəni şirkətin hüquqi şəxs statusunu əldə etməsindən əvvəl yaranıb. Hesab
edirik ki, qanunvericilik məhz şirkətin yaradılması haqqında (qərarın qəbul
edilməsi) təsis müqavilənin bağlanması anından şirkətin dövlət qeydiyyatı
anınadək olan təsisçilərin məsuliyyətini birgə məsuliyyət hesab edir.
Qanunvericiliyə
əsasən birgə məsuliyyət, öhdəliyin və ya tələbin birgəliyini
nəzərdə tutan müqavilə və ya qanunla müəyyən edildiyi zaman yaranır.
313
Öz
mahiyyətinə görə borcluların birgə öhdəliyi (birgə məsuliyyət) “hamı bir nəfər
üçün” prinsipi əsasında qurulur. MM-in 501-ci maddəsinə uyğun olaraq,
kreditor birgə məsuliyyətin icra edilməsini bütün borclulardan birgə və ya ayrı-
ayrı tələb etmək hüququna malikdir. Kreditorun
öz tələbini və tələbinin
miqdarını (yəni tam və ya müəyyən hissəsini) iradəsindən asılı olaraq, birgə
(solidar) borcluların birinə də yönəldə bilər. Birgə öhdəliyə görə hər bir borclu
310
MM-nin 87.7 və 98.14-cü maddələri
311
MM-nin 552-ci maddəsi
312
Oxşar norma ayrıca olaraq MMC və SC-yə aid maddələrə də daxil edilib.
313
MM-nin 500-cü maddəsi
210
onu bütövlükdə yerinə yetirmək məsuliyyətindədir. Lakin əgər kreditorun tələb
irəli sürdüyü borclu hansısa səbəblərə görə (məsələn, borclunun müflisliyinə
görə) bu tələbləri tam yerinə
yetirmək vəziyyətində deyilsə, kreditor həmin
tələbi (qalan hissəsini) istənilən digər borcluya və ya hamısına birgə yönəldə
bilər. Birgə borclular öhdəliyin tam ödənilməsinə qədər borclu qalırlar.
Borclu kreditorun tələbinə qarşı həmin borclunun iştirak etmədiyi digər
borclular ilə kreditor arasındakı münasibətlərə əsaslanmış (etiraz) tələb irəli sürə
bilməz.
314
Məsələn, birgə borclulardan birinin kreditora qarşı tələbi olduğu halda,
onun kreditorun tələbi ilə əvəzlənməsi öhdəliyin xitamına səbəb ola bilər. Lakin
əgər kreditorun tələbi digər borcluya yönəldilibsə, borclu həmin qarşılıqlı tələbin
əvəzlənməsi imkanından istifadə edə bilməz.
Bununla yanaşı, birgə öhdəliyin tam şəkildə bir borclu
tərəfindən ödənilməsi
digər borcluları həmin tələbin icrasından azad edir.
315
Bu zaman əgər birgə
borclular arasındakı münasibətlərin mahiyyətində və ya müqavilədə ayrı qayda
müəyyənləşdirilməyibsə, birgə öhdəliyi icra etmiş borclu qalan borclular
barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress
qaydasında tələb hüququna malik olur.
316
Dostları ilə paylaş: