Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə82/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   78   79   80   81   82   83   84   85   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Şirkətin rəhbərinin məsuliyyəti 
Korporativ qanunvericilik tələb edir ki, şirkətin idarəetmə orqanlarının 
(direktorlar şurası, icra orqanı) üzvləri şirkətin mənafeyi üçün vəzifələrini icra 


216 
edərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etsinlər. Hüquqi şəxsin 
və onun bütün iştirakçılarının (səhmdarlarının) maraqlarına sadiq olmalıdırlar 
və şirkətin maraqlarını öz maraqlarından üstün tutmalıdırlar və ehtiyatlı olmağa 
borcludurlar.
325
İcra orqanı eyni zamanda şirkətin işçisi və onun idarəetmə orqanı olduğundan 
onun tərəfindən şirkətə vurulan zərərə görə məsuliyyət mülki, korporativ və 
əmək qanunvericilikləri ilə tənzimlənir. 
Əmək Məcəlləsi şirkətin rəhbərini (icra orqanını) “işəgötürən”
326
adlandırmasına 
baxmayaraq, o, özünə yekunda işçidir.
327
Şirkət özü ÜY və ya DŞ vasitəsilə icra 
orqanının işəgötürəni olur. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət 
göstərən işəgötürən (rəhbər şəxs) özünün qanunazidd hərəkətləri nəticəsində 
mülkiyyətçiyə vurduğu ziyana görə ƏM ilə və digər normativ hüquqi aktlarla 
müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.
328
Beləliklə, əmək qanunvericiliyinin maddi məsuliyyət normaları şirkətin icra 
orqanına da tətbiq edilir.
329
Bununla yanaşı, əmək qanunvericiliyinin normalarının tətbiqi dairəsi 
məhduddur.
İlk növbədə, ƏM-in normaları direktorlar şurasının üzvlərinə tətbiq edilmir. 
İkincisi, icra orqanı zərəri şirkətə vurduğundan şirkət özü burada həqiqi iddiaçı 
hesab edilir. Şirkətin iradəsi isə idarəetmə (icra) orqanı vasitəsi ilə ifadə olunur. 
Göründüyü kimi, qapalı bir dairə əmələ gəlir. Həmçinin əmək qanunvericiliyin 
325
MM-nin 49.3-cü maddəsi 
326
Şirkətin rəhbərinin (səlahiyyətli şəxsinin) “işəgötürən” kimi adlandırılması ilə razı deyilik, çünki işəgötürən şirkət 
özüdür və müvafiq məsələlərlə bağlı iradəsini səlahiyyətli orqan vasitəsi ilə ifadə edir. Həmçinin ƏM-də istifadə olunan 
"mülkiyyətçi" termininin istifadəsi təcrübəsini yanlış hesab edirik. Əvvəl qeyd etmişik ki, hüquqi şəxs (şirkət) müstəqil 
hüquq subyekti olaraq, ona məxsus olan bütün əmlakın mülkiyyətçisidir. Səhmdarlar isə şirkətin səhmlərinin (paylarının) 
sahibləridirlər. 
327
ƏM-nin 3-cü maddəsi
328
ƏM-in 193.1-ci maddəsi 
329
Xatırladaq ki, şirkətin digər orqanlarının üzvləri ilə (direktorlar şurası, təftiş komissiyası, audit komitəsi və s.) əmək 
müqaviləsinin bağlanması təcrübəsinin yanlış olduğunu hesab edirik. 


217 
maddi məsuliyyət normaları korporativ qanunvericiliyin müəyyən etdiyi 
(fidusiar vəzifələrin pozulması) halları əhatə etmir. 
Qeyd edilənlərlə yanaşı, əmək qanunvericiliyi yalnız həqiqi (real) zərərə görə 
maddi məsuliyyət normalarını tətbiq edir. Lakin şirkətin idarəetmə (icra) 
orqanının qanunazidd hərəkətləri (hərəkətsizliyi) əksər hallarda real zərərə 
deyil, əldən çıxmış faydaya, şirkətin gələcək mənfəətinin itirilməsinə səbəb 
olur.
330
Şirkətin idarəetmə orqanlarının (direktor şurası, icra orqanı) üzvlərinin 
mülki (korporativ) məsuliyyətini müəyyən edən norma MM-in 49.3-cü maddəsi 
hesab olunur. 
Məhz bu normada şirkətin adından çıxış edən və onu təmsil edən orqanların 
üzvlərinin (subyektlərə) fəaliyyətinə dair tələblər müəyyən edilib (fidusiar 
vəzifələr). Onlar öz vəzifələrini vicdanla, peşəkarcasına və məntiqlə (duty of good 
faith) yerinə yetirməlidirlər. Eyni zamanda şirkətin və bütün səhmdarların 
maraqlarına sadiq olmaq (duty of loyality), şirkətin maraqlarını öz maraqlarından 
üstün tutmaq və ehtiyatlı olmaq (duty of care) kimi öhdəliklər daşıyırlar. 
Mülki məsuliyyətin əsasını təşkil edən şərtlər qanunazidd əməl, zərər, təqsir və 
qanunazidd əməllə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmasıdır.
Qanunazidd hərəkətin, zərərin, bu şərtlər (qanunazidd hərəkət və zərər) 
arasında səbəb əlaqəsinin və təqsirin mövcudluğu şəxsin mülki-hüquqi 
məsuliyyətə cəlb olunması üçün əsas şərtlər hesab edilir. 
O hərəkət qanunazidd hesab olunur ki, o, hüququn imperativ normalarını və ya 
müqavilənin qanuni şərtlərini, eləcə də hüquqda birbaşa nəzərdə tutulmamış, 
lakin mülki qanunvericiliyin ümumi əsaslarına və mənasına zidd olmayan 
şərtləri pozur. Məsələn, şirkətin rəhbərinin (müdir, sədr, idarəetmə orqanının 
330
ƏM-in 201.2-ci maddəsi işçinin vurduğu faktiki (real) ziyandan başqa, digər maddi məsuliyyəti istisna edir.


218 
üzvü) korporativ qanunvericiliyin normalarını, onun və şirkət arasında 
bağlanmış müqavilənin şərtlərini pozduğu halda, onun hərəkətlərini
hüquqazidd (qanunazidd) hesab etmək olar.
Rəhbər şəxslərin qanunazidd davranışları hərəkət və hərəkətsizlik şəklində ifadə 
oluna bilər. Lakin nəzərdə saxlamaq lazımdır ki, hərəkətsizlik o zaman 
qanunazidd hesab edilir ki, şəxsin üzərinə hərəkət etmək öhdəliyi qoyulsun.
331
Məsələn, yığıncaqlarda və səsvermələrdə iştirak etmək öhdəliyi olan rəhbərin 
həmin hərəkətləri icra etmədikdə və nəticədə şirkətin fəaliyyətində çətinliklər 
yarandıqda. Ancaq eyni zamanda rəhbər şəxs onun üzərinə qoyulan hüquqi 
öhdəliyi yerinə yetirmək imkanına malik olmalıdır. Yəni rəhbər şəxsin 
yığıncaqda iştirak etməsinə müəyyən üzrlü səbəb və ya bədbəxt hadisə maneə 
olduğu halda, bu hərəkətsizlik qanunazidd hesab edilməməlidir.
Zərər. Şirkətin idarəetməsini həyata keçirən şəxsin mülki-hüquqi məsuliyyətinin 
digər şərti zərər vurmaqdır. Zərər dedikdə pul ilə ifadə olunan ziyanı başa 
düşmək lazımdır. 
Qanunvericiliyə əsasən zərər aşağıdakı komponentlərdən təşkil olunur:
332
-
hüququ pozulan şəxsin pozulmuş hüququnu bərpa etmək üçün etdiyi və 
ya edəcəyi xərclər, onun əmlakının itirilməsi və ya zərər yetirilməsi (real 
zərər); 
-
hüquqlarının pozulmadığı halda, şəxsin əldə edə biləcəyi gəlir (əldən 
çıxmış fayda). 
Qanunazidd hərəkət və zərər arasındakı səbəb əlaqəsi. Səbəb və nəticənin 
qarşılıqlı əlaqəsi – obyektiv mövcud olan hadisələrin qarşılıqlı əlaqəsinin 
növüdür. Bu da onunla xarakterizə olunur ki, konkret vəziyyətdə iki qarşılıqlı 
331
Иоффе О.С. Обязательственное право. М., 1975 
332
MM-nin 21.2-ci maddəsi 


219 
əlaqəsi olan hadisədən biri (səbəb) həmişə digərindən qabaq gəlir və onu 
doğurur, digəri isə (nəticə) həmişə birincinin fəaliyyətinin nəticəsi olur.
333
Təqsir. Rəhbər şəxslərin təqsirinin xüsusiyyətlərini araşdırdıqda nəzərə almaq 
lazımdır ki, təqsir yalnız qərəzli formada deyil, həmçinin ehtiyatsızlıq 
formasında da baş verə bilər. 
Şirkətin rəhbər şəxslərinin təqsirlərinin xüsusiyyətlərini tədqiq etdikdə, təqsirin 
“qarışıq formasını” nəzərə almaq lazımdır. Bu forma mülki-hüquqi 
məsuliyyətinin həcminin dəyişməsi üçün əsas ola bilər. Məsələn, MM-in 458.1.-ci 
müddəalarından irəli gələrək, şirkətin rəhbər şəxsi tərəfindən öhdəliklərin icra 
edilməməsi və ya lazımi şəkildə icra edilməməsi yalnız onun təqsirindən deyil, 
həmçinin şirkətin təqsirindən baş verdiyi halda, məhkəmə rəhbərin 
məsuliyyətinin miqdarını azalda bilər.
Rəhbər şəxsin təqsirlilik problemini nəzərdən keçirərkən, bu halın sübut etmə 
subyekti haqqında məsələyə də toxunmaq lazımdır. Bildiyiniz kimi, mülki 
hüquqda məsuliyyət “təqsir prezumpsiyasına” üzəridə qurulur. Yani borclu şəxs 
baş vermiş pozuntuda (öhdəliyin icra edilməməsində) təqsirinin olmaması sübut 
etmə öhdəliyini (burden of proof) daşıyır. Borclu onun risk dairəsinə daxil olan 
öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olması haqqında 
qanunvericiliyin tələbindən
334
irəli gələrək hesab edirik ki, rəhbər şəxs onun 
hərəkətinin düzgün və məntiqli olmasını müstəqil olaraq sübut etməlidir. 
Beləliklə, yerli hüquqda rəhbər şəxslərin təqsirlilik prezumpsiyasının mövcud 
olduğunu hesab etmək olar. Lakin nəzərə alsaq ki, MM-in 49.3-cü maddəsinə 
uyğun olaraq, şirkətin idarəetmə orqanlarının üzvləri şirkətlə münasibətdə öz 
hüquq və öhdəliklərini düzgün və məntiqli yerinə yetirməyə borcludurlar, belə 
bir nəticəyə gəlmək olar ki, yerli qanunvericilik rəhbər şəxslərin təqsirlərinin 
333
Гражданское право, Е.А. Суханов. М., 2003
334
MM-nin 448-ci maddəsi


220 
sübut edilməsi öhdəliyini ona qarşı müvafiq iddia ilə müraciət edən şəxsin 
üzərinə qoyur.
Yerli bazardakı vəziyyəti və hüquqların məhkəmə müdafiəsi sisteminin 
effektivliyinin aşağı olmasını nəzərə alaraq, şirkətlərin rəhbər şəxslərinin daha 
sərt məsuliyyətini müəyyən etmək məqsədəuyğun olardı və direktorun öz 
öhdəliklərini lazımi dərəcədə qayğı ilə yerinə yetirməsini sübut etmə yükünü 
direktorların üzərinə qoymaq olar.
Direktorlar şurası üzvlərinin məsuliyyətinin əsas cəhətlərini tədqiq edərkən qeyd 
etmək lazımdır ki, çox halda şəxslər direktorlar şurasının iclasında qəbul 
olunmuş qərarlara görə məsuliyyətə cəlb oluna bilərlər. Direktorlar şurası 
üzvlərinin məsuliyyətə cəlb olunması zamanı direktorlar şurası üzvünün 
hərəkətsizliyi, məsələn, direktorlar şurası tərəfindən qəbul edilmiş qərara təsir 
göstərə bilən müəyyən faktlar haqqında məlumatın açıqlanmaması da mühüm 
əhəmiyyətə malikdir.
Direktorlar şurası üzvlərinin məsuliyyətə cəlb olunmasına səbəb olan qərarlar 
kollegial şəkildə qəbul edildiyindən, müvafiq olaraq, məsuliyyət də birgə 
xarakter daşıyacaq.
Lakin qeyd etmək lazımdır ki, şirkətə zərər vuran qərarın əleyhinə səs vermiş və 
ya səsvermədə iştirak etməyən üzvlər məsuliyyətə cəlb oluna bilməzlər. 
Kollegial orqanların qərarlarının formalaşmasının xüsusi qaydasını, yəni qərarın 
bir neçə şəxs tərəfindən qəbul edilməsini nəzərə alaraq bütün qərarların kollegial 
orqan üzvlərinin yekdilliyi ilə qəbul olunmasını gözləmək düzgün deyil və 
beləliklə, yalnız qərarın qəbul edilməsində lehinə səs verən şəxslər məsuliyyətə 
cəlb olunmalıdırlar.


221 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin