Səhmdarlar (iştirakçılar) razılaşması
Ölkədə biznes mühiti inkişaf etdikcə bir çox hüquqi konsepsiyaların
281
və
institutların yerli korporativ məkanda tətbiqi genişlənir. Qanunvericilik
baxımından Azərbaycan korporativ hüququ bu yeniliklərə hazır olmamasına
baxmayaraq, bazarın və biznesin müasir tələblərinin təsiri altında yerli biznes
iştirakçıları xarici hüquqlardan gəlmiş mexanizmləri öz münasibətlərində tətbiq
etməyə çalışır. Bununla yanaşı, həmin mexanizmlərin (institutların) ölkə
hüququnun çərçivəsində hüquqi qüvvəsi və etibarlılıq sualı gündəmdədir. Bu
risklərdən özlərini qorumaq məqsədi ilə biznes iştirakçıları müxtəlif üsullarla öz
281
Əvvəllər Azərbaycan hüququna tanış olmayan beynəlxalq və xarici ölkələrin təcrübəsində istifadə olunan.
188
müqavilə münasibətlərini daha liberal hüquqa malik olan yurisdiksiyalarla
tənzimləyirlər. Nəticədə, Azərbaycan ərazisində qurulan və fəaliyyət göstərən
biznes iştirakçıları öz münasibətlərini xarici hüquqla tənzimləyirlər. Bu, bir daha
göstərir ki, yerli kommersiya hüququ ölkədə iqtisadiyyatın və biznesin inkişaf
tempi ilə uyğunlaşa bilmir.
Xarici hüquqdan yerli biznes iştirakçılarının təcrübəsinə daxil olan alətlərdən biri
də - səhmdarlar razılaşmasıdır
282
( shareholders agreement). Bu, beynəlxalq biznes
proseslərində geniş və aktiv istifadə olunan müqavilə mexanizmlərindən biridir.
Daha çox liberal kommersiya hüququna (əsasən, ABŞ və İngiltərə) malik olan
ölkələrdə formalaşan bu alət digər ölkələrin təcrübəsinə də tez bir zamanda daxil
oldu və bir çox ölkələr qanunvericiliklərində müvafiq yeniliklər edərək bu alətin
uğurlu tətbiqinə imkan yaratdılar. Həmin razılaşma bir tərəfdən səhmdarların
(iştirakçıların) qanunla nəzərdə tutulmuş hüquq və öhdəliklərini daha dolğun və
birmənalı şəkildə təsbit etmək, digər tərəfdən isə şirkətin fəaliyyəti ilə bağlı
mövcud səhmdarlar, investorlar arasında yaranan spesifik əlaqələri tənzimləmək
məqsədini daşıyır.
283
Səhmdarlar razılaşması şirkətin standart təsis
sənədlərindən fərqli olaraq, konfidensialdır və yalnız həmin razılaşmanın
tərəfləri üçün hüquqi öhdəliklər yaradır.
Təsis sənədləri vasitəsilə iştirakçıların münasibətlərini tam tənzimləmək
mümkün olmadığından, səhmdarlar arasındakı münasibətləri (hüquq və
öhdəlikləri) daha dəqiq şərtləndirmək üçün müqavilə mexanizmlərindən istifadə
zərurəti yaranır. Bildiyiniz kimi, nizamnamə şirkət üçün vahid qaydaları
müəyyən edir və bu qaydalar ilk növbədə, şirkətin idarəetmə üsulunu əks
etdirir, iştirakçılar və şirkət arasındakı münasibətləri tənzimləyir, səhmdarlar
müqaviləsi isə istənilən müqavilə kimi, tərəflərin iradəsi və maraqlarının nəticəsi
282
Mətndə əsasən “səhmdarlar” termininin istifadə olunmasına rəğmən, bu institut MMC iştirakçıları tərəfindən də
uğurla istifadə oluna bilər.
283
Səhmdarlar razılaşması institutunun Azərbaycanda tətbiqi məsələləri, A. Əlizadə, İFC – Korporativ İdarəetmə İcmalı,
11-ci buraxılış, may-avqust 2008
189
kimi çıxış edir. Bu müqavilənin korporativ münasibətlərdə istifadəsi tərəflərin
iqtisadi maraqlarının hüquqi tənzimlənməsinə imkan verir. Aydındır ki, hətta
mükəmməl korporativ qanunvericilik belə, məqsədləri və münasibətləri fərqli
olan tərəflər üçün müqavilə ilə tənzimlənən münasibətləri əvəz edə bilməz.
Məhz bu keyfiyyətlərdən istifadə imkanları səhmdarlar müqaviləsinin geniş
inkişafına səbəb olub
284
. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda
səhmdarlar razılaşmalarına münasibət birmənalı deyil. Belə bir mövqe var ki,
səhmdarın (iştirakçının) öhdəliklərinin qanunla təsbit olunması halı səhmdarlar
(iştirakçılar) arasında razılaşma ilə müəyyən edilmiş digər korporativ xarakterli
öhdəliklərin hüquqi qüvvəsini aradan qaldırır. Lakin hesab edirik ki,
səhmdarlara qanunvericilik tərəfindən müəyyən edilmiş hüquqların öz
korporativ maraqlarına və subyektiv iradələrinə uyğun razılaşdırılmasına,
gərəkli hallarda özləri tərəfindən məhdudlaşdırılmasına imkan verilməlidir.
Azad sahibkarlıq nöqteyi-nəzərindən irəli gələrək hesab edirik ki, korporativ
münasibətlər çərçivəsində müəyyən hüquqdan imtina öhdəliyini razılaşdırılması
mümkündür. Səhmdarın (iştirakçının) qanunla müəyyən edilmiş korporativ
hüquqlarının məhdudlaşdırılmasına razı olması səhmdarın (iştirakçının) özünün
məqsədyönlü iradəsi kimi qiymətləndirilməlidir. Şəxsin öz müəyyən
hüququndan istifadəsindən imtinası barədə razılaşma hüquqi qüvvəyə malik
olmalıdır, təbii ki, şəxsin ali hüquqları istisna olmaqla. Öz subyektiv korporativ
hüququnun məhdudlaşdırmasının qanuniliyinin əsas şərtləri könüllülük və
hüququ məhdudlaşdırılan şəxsin maraqlarının nəzərə alınmasıdır.
Hesab edirik ki, korporativ xarakterli münasibətlərdə maraqların ümumiliyinin
mövcud olması səbəbindən, bu kimi münasibətlər çərçivəsində subyektiv
hüquqların özünü məhdudlaşdırması konsepsiyasının tətbiqi mümkündür.
284
А. Куделин. Акционерное соглашение по российскому праву. Журнал «Корпоративный Юрист» N10, 2009
190
Məsələn, MMC-nin hər bir iştirakçısı nizamnamə kapitalındakı ona məxsus olan
payı sərbəst (müəyyən şərtlərdən sonra) sata bilər, ancaq iştirakçılar bu hüququn
məhdudlaşdırılmasına razılaşaraq müəyyən müddət ərzində öz paylarını
satmamaq öhdəliyini götürə bilərlər. Bu bütün iştirakçıların ümumi korporativ
maraqlarına xidmət edə bilər.
MM-in 15.2-ci maddəsində deyilir ki, qanunvericilikdə nəzərdə tutulan hallardan
başqa, fiziki və hüquqi şəxslərin onlara məxsus olan mülki hüquqlarından
istifadə etməmələri bu hüquqların xitamına səbəb olmur. Yəni qanunla təqdim
edilən hüquqdan razılaşmaya əsasən imtina edilməsinə baxmayaraq, hüququn
subyekti bu hüquqdan istifadə etmək hüququna malikdir.
Lakin bu məsələyə bir tərəfli yanaşma kommersiya münasibətlərinin stabilliyinə
və iştirakçıların maraqlarına mənfi təsir göstərə bilər. Müəyyən hüququndan
istifadə etməməsi və ya əksinə, müəyyən formada istifadə etməsi barədə
səhmdarların öz aralarında razılaşmasının hüquqa zidd olmadığını qeyd etmək
olar, sonda bu müqavilə azadlığı prinsipi əsasında qurulan müqavilə
konstruksiyasıdır. Bununla yanaşı, səhmdarlar razılaşmasına (məs. korporativ
hüquqların razılaşdırılmış formada icrası) zidd olaraq, şəxs öz subyektiv
korporativ hüququnu (razılaşmaya uyğun olmayan formada) icra etdiyi (və ya
etmədiyi) halda, qanunvericilik və məhkəmə təcrübəsi tərəfindən həmin şəxsə
qarşı müqavilə öhdəliklərini pozduğuna görə müvafiq mülki sanksiyaların tətbiq
olunması dəstəklənməlidir.
Müxtəlif hüquqşünaslar tərəfindən hüququn məhdudlaşdırılmasına yönəlmiş
razılaşmaların Azərbaycan mülki münasibətlərində mümkünsüzlüyü məhz MM-
in 15.2-ci maddəsi ilə əsaslandırılır. Hesab edirik ki, bu norma ilə şəxslərə
məxsus olan hüquqların stabilliyinin qarantiyası müəyyən edilib, yəni mülki
münasibətlər çərçivəsində öz iradəsi ilə özünə məxsus müəyyən hüquqların
məhdudlaşdırlmasına rəğmən, o, həmin hüquqdan məhrum olmur. Bu mövqe
191
müəyyən mülki münasibətlər çərçivəsində şəxs tərəfindən öz hüququndan
imtinanın (məhdudlaşdırma) və öz istəyinə əsasən gələcəkdə istifadəsinin
mümkünlüyünü göstərir.
Səhmdarlar müqaviləsinin predmeti onun tərəflərinin müqavilə ilə müəyyən
edilmiş qaydada hüquqları icra etmək və ya etməmək öhdəliyidir. Bu müqavilə
çərçivəsində tərəflər aşağıdakı öhdəlikləri təsbit edə bilərlər:
-
müəyyən edilmiş qaydada səs vermək (ümumi yığıncaqda);
-
digər səhmdarlarla birgə səsverməni razılaşdırmaq;
-
əvvəl
müəyyən
edilmiş
qiymətlə
səhmlərin
alınması
və
özgəninkiləşdirilməsi;
-
müəyyən edilmiş hallarda (hallar baş verdikdə) səhmlərin alğı-satqı şərtləri;
-
müəyyən
halların
baş
verməsindən
əvvəl
səhmlərin
özgəninkiləşdirilməsindən çəkinmək;
-
şirkətin idarəetməsi, fəaliyyəti və yenidən təşkili ilə bağlı digər hərəkətləri
etmək.
Şirkətin idarəetmə orqanının göstərişi ilə səsvermədə iştirak etmək səhmdarlar
razılaşmasının predmeti ola bilməz. Çünki müqavilənin məqsədi tərəflərin öz
maraqlarının razılaşdırmasından ibarətdir, bu maraqları idarəetmənin
maraqlarına uyğunlaşdırmaq deyil
285
.
Səhmdar razılaşması yalnız onun tərəfləri üçün öhdəlik yaradır. Lakin
tərəflərdən birinin razılaşmanın şərtlərini pozması şirkətə müəyyən formada
təsir edə bilər.
285
E.
Scully,
LK
Shield,
solicitors,
Shareholders’
agreements
–
a
practical
analysis.
30.01.2003.
http://www.accountingnet.ie/artman2/uploads/pub071_1_.pdf
192
Səhmdarlar razılaşması üzrə öhdəliklərin icrası üçün təminatlar müəyyən oluna
bilər, müqavilədə öhdəliklərin icra edilmədiyi halda, mülki-hüquqi məsuliyyət
də əks oluna bilər. Tərəflərin öz hüquqlarının müdafiəsi üçün aşağıdakı
vasitələri qeyd etmək olar:
-
müqavilənin pozulması ilə yaranmış zərərin ödənilməsi;
-
cərimə (dəbbə pulu);
-
müqavilədə qeyd olunan qaydada hesablanmış kompensasiyanın ödənilməsi
və digər.
Bu razılaşma vasitəsilə səhmdarlar öz maraqlarını əks etdirən effektiv mexanizm
yaradaraq şirkətin optimal idarəetməsini təmin edə bilərlər. Səhmdarlar
razılaşmasına aşağıdakı şərtləri daxil etmək mümkündür:
286
-
direktorlar şurasında yerlərin bölünməsi və təsir güclərinin (imkanlarının)
balanslaşdırılması (direktorlar şurasının üzvlərinin sayı, namizədliyin irəli
sürülməsi və seçilmə qaydaları, müəyyən səhmdarların maraqlarını təmsil
edən direktorların seçilmə şərtləri, müstəqil üzvlərin seçilməsi və s.);
-
Şirkətin səhmlərinin (paylarının) alğı-satqısı üçün müxtəlif məhdudiyyətlər
(müəyyən müddətədək satmamaq şərti, digər səhmdarların razılığı ilə
satmaq); müəyyən səhmdarın səhmlərin alınmasında üstünlük hüququ;
səhmdara məxsus olan səhmlərin faiz nisbətini artırmaq məqsədilə digər
iştirakçıların səhmləri almasına qadağa qoyulması;
-
ümumi yığıncaq və direktorlar şurası qərarlarının qəbul edilməsi üçün
xüsusi tələblərin müəyyən edilməsi (qərarların qəbul edilməsi üçün yüksək
kvorumların müəyyən edilməsi);
-
idarəetmə orqanlarının üzvləri arasında yaranmış mübahisələrin və
səsvermə proseslərində “çıxılmaz halların” ( deadlock) halların həlli qaydaları;
286
Səhmdarlar razılaşması institutunun Azərbaycanda tətbiqi məsələləri, A. Əlizadə, İFC – Korporativ İdarəetmə İcmalı,
11-ci buraxılış, may-avqust 2008
193
-
ümumi yığıncaqlarda səsvermələrin razılaşdırılması (müəyyən edilmiş
qaydada səsvermədə iştirak öhdəliyi və ya səsvermə şərtlərinin qabaqcadan
razılaşdırılması öhdəliyi).
Səhmdarlar müqaviləsi minoritar səhmdarlar üçün də maraqlı ələtdir. Bu
razılaşmalar ilk növbədə şirkətin idarəetməsinə minoritar səhmdarların
təsirinin artırılması üçün istifadə olunur. Həmçinin bu növ razılaşma ilə
minoritarlar özlərini şirkətin idarəetmə orqanları və majoritarlar tərəfindən
edilən sui-istifadələrdən qoruya bilərlər. Minoritar səhmdarlar birləşərək
razılaşmada bir sıra şərtlər müəyyən edə bilərlər və bununla hüquqlarının
icrası ilə bağlı razılaşmaların həyata keçirilməsinə əmin ola bilərlər. Məsələn;
-
ümumi yığıncaqda müəyyən və ya bütün məsələlərdə razılaşma ilə
müəyyən edilmiş qaydada səs vermək;
-
səhmdar razılaşmasının digər iştirakçıları ilə öz səsvermə variantını
razılaşdırmaq;
-
tərəflərlə digər səhmdar hüquqlarının icrasını razılaşdırmaq;
-
şirkətin orqanlarına irəli sürülən namizədləri razılaşdırmaq və s.
Hazırkı qanunvericilikdə səhmdarlar razılaşmasının bağlanması nəzərdə
tutulmayıb, ancaq qadağa da yoxdur. Bu institutun tənzimlənməməsi
səbəbindən, bu müqaviləni bağlamaq istəyən şəxslər bir çox problemlərlə
üzləşməli olurlar.
Səhmdarlar
müqaviləsi
bir
çox
hallarda
səhmlərin
alğı-satqısının
məhdudaşdırılması və ya səhmlərin xüsusi qaydada geri alınması məsələlərini
tənzimləyir. Bu müqavilə vasitəsilə “zəif” səhmdarın hüquqları müdafiə oluna
bilər, məsələn, “güclü” səhmdar öz səhmləri satıldıqda, “zəif” səhmdar
razılaşmanın şərtlərinə uyğun “güclü” səhmdarın satışına qoşularaq və öz
səhmlərin də satılması haqqında şərti səhmdarlar razılaşmasına əlavə edə
194
bilərlər.
287
Beynəlxalq təcrübədə bu şərtlər “özünə çəkmək və qoşulmaq”
hüquqları adlandırılır, ingiliscə “ tag-along, drag-along rights”.
288
Müəyyən edilmiş qaydada səsvermə haqqında şərt səhmdarlar razılaşmasında
geniş istifadə olunur. Bu şərtin mahiyyəti ondan ibarətdir ki, bir necə səhmdar
ümumi yığıncaqda (müəyyən edilmiş) razılaşdırılmış qaydada səsvermə
öhdəliyini üzərilərinə götürürlər. Lakin bu razılaşmanın pozulmasının nəticələri
sual doğurur. Belə ki, qanunda razılaşmanın pozulması səbəbindən ümumi
yığıncağın qərarının ləğv edilməsi nəzərdə tutulmayıb. Zərərin əvəzinin
ödənilməsi üzrə iddia da problemi lazımi qaydada həll etmir. Dəymiş zərərlərin
yaranmasının səbəblərini və ölçülərini, həmçinin müqavilənin şərtlərinə riayət
edilməməsini və nəticədə yaranmış zərərlər arasındakı səbəbiyyət əlaqəsini
sübut etmək çətin olacaq. Razılaşmada yüksək cərimənin müəyyən edilməsi
problemi həll etmir, çünki Mülki Məcəllənin 467-ci maddəsi məhkəmələrə dəbbə
pulunun (cərimənin) azaldılma hüququnu verir.
289
Fərz edilir ki, mübahisə yarandığı halda, məhkəmə səhmdarlar razılaşmasının
qanunvericiliyə zidd olan şərtlərini etibarsız hesab edə bilər. Lakin hesab edirik
ki, ilk növbədə şirkətin iştirakçısı kimi səhmdarın hüquqlarını (səhmdar-şirkət
əlaqəli münasibətlər) və səhmlərin mülkiyyətçisi kimi (əmlak hüququ, öhdəlik
hüququ münasibətləri) səlahiyyətlərini fərqləndirmək lazımdır. Belə ki, hüquqi
şəxsin orqanlarının fəaliyyəti onun hüquqi vəziyyətinin (statusunun)
elementidir, ancaq şirkətin iştirakçılarına məxsus olan səhmlər üzərində
287
Д-р Ханс-Йоахим Шрамм. Правовой обзор соглашений акционеров. Университет г. Бремен. 2007
288
Azərbaycanda bağlanan səhmdarlar müqaviləsi ilə əlaqəli yaranan problemlərdən qaçmaq məqsədi ilə bu
müqavilələrdə xarici ölkələrin hüququ tətbiq edilən hüquq kimi müəyyən olunur. Adətən tərəflər bu müqavilələri
İngiltərə, ABŞ, İsveçrə və oxşar hüquq sisteminə malik olan ofşor ölkələrin hüquqlarına uyğun bağlayırlar.
289
Bu səbəbləri nəzərə alaraq, daha uğurlu alternativ bank zəmanəti yaradıla bilər. Bu halda ödəniş səbəbləri kimi
razılaşmada müəyyən edilmiş öhdəliklərin pozulması haqqında sənədlərin təqdim edilməsi mümkündür. Bank
zəmanətinin istifadə mümkünlüyü və stabilliyi onun müstəqilliyidir, yəni bank zəmanəti əsas öhdəliyin taleyindən asılı
deyil.
195
sərəncam hüququnu şirkətin (hüquqi şəxsin) statusu ilə əlaqələndirmək düzgün
olmaz. Bu məsələyə müqavilə azadlığı prinsipi prizmasından yanaşmaq
lazımdır.
Azərbaycan hüququnda səhmdar müqaviləsinin bağlanmasına heç bir qadağa
yoxdur və şirkətlərdə səhmdarlar arasındakı bir çox münasibətlərin müxtəlif
razılaşmalarla tənzimləndiyini nəzərə alsaq, belə bir qadağanın olması məntiqli
sayılmaz. MM və şirkətin nizamnaməsinin səhmdarların hüquq və vəzifələrini
nizamlayan alətlər olmasına baxmayaraq, onlar səhmdarların hüquq və
vəzifələrini qanunla nizamlayan yeganə vasitə olmalı deyil. İstənilən şəxs ona
məxsus olan mülki hüquqları öz iradəsinə və maraqlarına uyğun istifadə etmək
imkanına malikdir. Subyektiv hüquqları razılaşma ilə müəyyən edilmiş formada
istifadə etmək öhdəlikləri hüquqdan öz iradəsinə və maraqlarına uyğun istifadə
etmənin nümunəsidir.
Əlbəttə, qanunla müəyyən edilmiş hüquqlar səhmdar razılaşması ilə ləğv
edilmir, tərəflər yalnız müqavilə azadlığı prinsipi və tərəflərin bərabərlik
prinsipindən irəli gələrək öz hüquqlarını müəyyən şərtlərlə məhdudlaşdırırlar,
hərəkətlərini razılaşdırırlar. Razılaşmanın pozulması nəticəsində şərtləri pozan
şəxsə qarşı yalnız müqavilə hüquqi məsuliyyəti tətbiq edilə bilər.
Məlumdur ki, səhmdarlar arasında münasibətlər və üçüncü şəxslərlə
münasibətlər şirkətin nizamnaməsi ilə tənzimlənir. Lakin biznesin inkişafı
nəticəsində münasibətlərin əlavə mexanizmlərlə tənzimlənməsinə ehtiyac
yaranır və səhmdarlar müqaviləsi institutu bu tələblərə cavab verə bilən alət
kimi çıxış edir.
Beləliklə, səhmdar razılaşmalarına şirkətin sahibliyi və idarəetməsi ilə bağlı təsis
sənədlərinə əlavə kimi də baxmaq olar. Səhmdar razılaşması korporativ
196
mübahisələrin həlli üçün çox münasib bir alətdir və beynəlxalq təcrübədə ondan
geniş istifadə olunması onun uğurlu institut olduğunu təsdiqləyir.
290
Lakin artıq qeyd olunduğu kimi, Azərbaycanda nə qanunvericilikdə, nə də
məhkəmə təcrübəsində bu müqavilələrin tətbiq edilməsi ilə bağlı məsələlər həll
olunmadığından (hüquqi müəyyənlik olmadığından), bu institutdan istifadə
zəifdir. Biznes və iqtisadiyyat inkişaf etdikcə iştirakçıların maraqlarına uyğun
müxtəlif institutlardan istifadə artacaq, lakin yerli korporativ qanunvericilik bu
tempə uyğunlaşmır və zəruri çevik reaksiya vermir.
Dinamik və inkişafa istiqamətlənmiş mühitdə mülki qanunvericilik (xüsusi ilə
kommersiya qanunvericiliyi) hər şeyi təfsilatlı tənzimləyə bilməz. Müəyyən
məsələləri mülki münasibətlərin
iştirakçıları özləri həll etməlidirlər,
razılaşdırmalıdırlar və şirkətlərini neçə idarə etməyi müəyyənləşdirməlidirlər.
Belə olan halda qanunvericiliyin və məhkəmələrin rolu bu səhmdarlar
razılaşmanın hüquqi əsaslarını möhkəmləndirməkdən, aşkar ziddiyyətləri həll
etməkdən və yaranan qeyri-müəyyənlikləri aydınlaşdırmaqdan ibarət olmalıdır.
Korporativ münasibətlərin tənzimlənməsində təklif olunan dəyişikliklər
iştirakçıların korporativ hüquq sahəsində öz şəxsi hüquqi münasibətlərini
tənzimləmələri üçün geniş hüquqi imkanlar yaradır. Əsasən, imperativ normalar
əsasında qurulan yerli korporativ hüquq müqavilə azadlığı prinsipinin (daha
dəqiq desək, "korporativ" müqavilə azadlığının) mərkəz nöqtəsi ola bilər. Başqa
sözlə, korporativ münasibətləri tənzimləyən normalar yenidən baxılaraq,
imperativ sahədən çıxarılaraq dispozitiv sahənin üstünlük təşkil etdiyi sahəyə
aid edilməlidir. Qanun norması yalnız istiqamət verməlidir və əgər zəif tərəfin
290
Shareholders’ Agreements. Muth & FitzGerald. 5th ed. Sweet & Maxwell
197
müdafiəsi üçün heç bir ciddi siyasi-hüquqi mülahizələr yoxdursa, istənilən
norma "digər qaydalara" yol verməlidir.
Dostları ilə paylaş: |