Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Ümumi yığıncağın yetərsayı (kvorum)



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə57/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   53   54   55   56   57   58   59   60   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Ümumi yığıncağın yetərsayı (kvorum) 
Səhmdarların və iştirakçıların ümumi yığıncaqda iştirak hüquqlarının təmin 
olunmasında 
ümumi 
yığıncağın 
səlahiyyətinin 
(yetərsayın), 
səsvermə 
qaydasının və gündəlikdə olan məsələlər üzrə qərarların qəbul edilməsinin 
hüquqi tənzimlənməsi vacib rol oynayır.
Səhmdarların ümumi yığıncağı o halda səlahiyyətlidir (yetərsaya malikdir) ki, 
orada ümumilikdə şirkətin 60% səs verən səhminə malik olan səhmdarlar iştirak 
etsin. Səhmdarların illik ümumi yığıncağının keçirilməsi üçün yetərsay 
olmadıqda, eyni gündəliklə təkrar ümumi yığıncaq keçirilməlidir və bu 
yığıncaqda səs verən səhmlərin cəmi 40%-nə malik olan səhmdarlar iştirak 
etdikdə, səhmdarların ümumi yığıncağı yetərsaya malik olur. Əgər bu 
yığıncaqda da yetərsay olmazsa, həmin gündəliklə (növbəti) təkrar ümumi 


138 
yığıncaq keçirilməlidir, bu halda səs verən səhmlərinin cəmi 25%-dən az 
olmayan səhmdarlar ümumi yığıncaqda iştirak etdikdə, yığıncaq yetərsay malik 
olmuş hesab olunacaq. Hesab edirik ki, şirkətlər və səhmdarlar tərəfindən 
səsvermə ilə bağlı sui-istifadələr və pozuntuları azaltmaq üçün Azərbaycanın 
korporativ hüququnda səsvermə prosesi daha dəqiq və detallı tənzimlənməlidir. 
Səhmdarların ümumi yığıncağının hazırlanma, çağırılma və keçirilmə qaydaları 
ilə bağlı normalar qanunvericiliyə əlavə edilməsi zəruridir. 
Hesablama komissiyası 
Yüzdən çox səsli səhmdarı olan SC-də tərkibi ümumi yığıncaqla müəyyən edilən 
hesablama komissiyası yaradılmalıdır. Qanunvericilikdə funksiyaları aydın 
göstərilməsə də, hesablama komissiyası səhmdarların ümumi yığıncağında 
iştirak edən şəxslərin səlahiyyətlərini yoxlayır və qeydiyyata alır, ümumi 
yığıncağın yetərsayını müəyyən edir, səhmdarların (onun nümayəndələrinin) 
ümumi yığıncaqda səs hüququnu reallaşdırması ilə bağlı yaranan sualları 
araşdırır, səsverməyə çıxarılan məsələlər üzrə səsvermə qaydasını aydınlaşdırır, 
müəyyən edilmiş səsvermə qaydasını və səsvermədə iştirak üçün səhmdarların 
hüququnu təmin edir, səsləri hesablayır və səsvermənin nəticələrini çıxarır, 
səsvermənin nəticələri barədə protokol tərtib edir. Hesablama komissiyası 
şirkətin müstəqil orqanı deyil, o, idarəetmə orqanı kimi ümumi yığıncağın 
daxilində fəaliyyət göstərir, onun funksiyaları köməkçi xarakter daşıyaraq
səhmdarların ümumi yığıncağının fəaliyyətini düzgün təşkil etməkdən ibarətdir.
MMC də hesablama komissiyası yarada bilər, amma bu, məcbur deyil. Belə 
komissiyanın yaradılması çox sayda iştirakçıları olan şirkətlər üçün 
məqsədəuyğundur.


139 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin