163
Şirkətin fəaliyyəti haqqında məlumat almaq hüququ
Səhmdarlar şirkətin fəaliyyəti haqqında dolğun
və düzgün məlumat almaq
hüququna malikdirlər. Ümumi yığıncağa çıxarılan məsələlərə dair şirkətin
fəaliyyəti haqqında məlumat səhmdarlara təqdim edilməlidir ki, onlar həmin
məlumata əsasən obyektiv qərar qəbul edə bilsinlər. Şirkətin maliyyə fəaliyyəti
və durumu haqqında ətraflı məlumat illik hesabatda və direktorlar şurasının
hesabatı zamanı səhmdarlara təqdim edilir.
Şirkətin formasından (təşkilatı-hüquqi formasından) asılı olaraq məlumatın
açıqlanmasına dair qanunvericiliyin tələbləri fərqlənir.
ASC-də qanunvericilik
daha geniş tələblər irəli sürərək əksər məlumatların ictimaiyyətə açıqlanmasını
tələb edir. Əksinə, MMC-də isə heç bir məlumatın ictimaiyyətə açıqlanması tələb
edilmir. Bütün məlumatlar MMC-nin iştirakçıları arasında yayımlanır. Kitabın
əvvəlində qeyd etmişdik ki, ASC-lər publik şirkət hesab edilərək daha geniş
investorlar və səhmdarlar kütləsinə malik ola bilirlər. Həmçinin ASC-nin
səhmləri fond bazarında dövriyyədə olduğundan hər bir potensial investor
şirkət haqqında məlumat almaq imkanına malik olmalıdır.
MMC isə daha çox
"qapalı" şirkət olduğundan məlumatın açıqlanması "məhdud" maraqlı şəxslər
arasında həyata keçirilir. Lakin, təəssüf ki, Azərbaycanda bir çox şirkətlər
səhmdarlarının məlumat almaq hüququnu kobud şəkildə pozurlar.
SC tərəfindən öz fəaliyyəti haqqında məlumatın açılması haqqında
qanunvericiliyin tələbi səhmdarların maraqlarının təmin olunmasına, onların
fəaliyyətinə dövlət və ictimai nəzarətə, SC-nin fəaliyyətinin şəffaflığının
təmin
olunmasına yönəlmişdir ki, bu qiymətli kağızlar bazarının normal fəaliyyəti və
inkişafı üçün də əsas şərtlərdəndir.
Qanunvericilikdə şirkətin üzərinə səhmdarlara (iştirakçılara) məlumatların
təqdim olunması və bu növ məlumatlara girişin təmin edilməsi üzrə öhdəliklər
qoyulub. Şirkətin fəaliyyəti barədə məlumat almaq, onun mühasibat və digər
164
sənədləri ilə tanış olmaq hüququ səhmdarların (iştirakçıların) əsas hüquqlarına
aid olunur. Səhmdarların (iştirakçıların) məlumat
almaq hüququnun təmin
edilməsi məqsədilə şirkət müəyyən sənədləri özündə saxlamalıdır. Göstərilən
sənədləri şərti olaraq, aşağıdakı qruplara bölmək olar:
1) şirkətin təsis və başqa daxili sənədləri (dəyişiklik və əlavələrlə şirkətin
nizamnaməsi, şirkətin yaradılması haqqında qərar, dövlət qeydiyyatı haqqında
şəhadətnamə, filial, nümayəndəlikdəki vəziyyət haqqında və s.);
2) şirkətin mülkiyyətə və başqa aktivlərə olan hüququnu təsdiq edən sənədlər;
3) maliyyə xarakterli sənədlər (illik maliyyə hesabatı, maliyyə hesabatının və
mühasibat uçotunun başqa sənədləri, şirkətin səhmlərinin emissiyası ilə bağlı
sənədlər, mühasibat uçotunun sənədləri);
4) idarəetmə və nəzarət orqanlarının qərarları (daxili,
müstəqil və dövlət
nəzarəti).
Göstərilən sənədlərin səhmdarlara və zəruri olduqda şirkətin kreditorlarına və
başqa maraqlı şəxslərə açıq olan, şirkətin icra orqanlarının yerləşdiyi yerdə
saxlanması məqsədəuyğundur. Təəssüf ki, Azərbaycan qanunvericiliyində
şirkətlərin (SC və MMC) sənədlərinin saxlanılması tənzimlənmir və bu da
təcrübədə bir çox problemlər yaradaraq şirkətlərin
rəhbərləri tərəfindən sui-
istifadə hallarına şərait yaradır.
ASC tərəfindən məlumatların mütləq dərc olunması tələbi investorların
hüquqlarının müdafiəsi və ASC-nin səhmlərinin qeyri-məhdud investorlar
arasında sərbəst dövr edə bilməsi prinsipi ilə şərtləndirilir. MM-in 99-cu
maddəsinə əsasən ASC hər il ümumi məlumat üçün şirkətin illik hesabatını,
mühasibat balansını, gəlir və itkilərin hesabatını dərc etməyə borcludur. Bu
siyahı qiymətli kağızlar bazarına nəzarət edən orqan tərəfindən səhmdarların,
investorların və başqa maraqlı şəxslərin maraqlarının qorunması üçün
genişləndirilmişdir.
165
Beləliklə, şirkət hər il kütləvi informasiya vasitələrində aşağıdakı sənəd və
məlumatları dərc etməyə borcludur:
-
şirkətin illik hesabatı, mühasibat balansı (gəlir və zərərin hesabatı);
-
emissiya qiymətli kağızların açıq yazılma yolu ilə yerləşdirilməsi halında
şirkətin səhmlərinin emissiya prospekti;
-
qanunla nəzərdə tutulmuş qaydada səhmdarların ümumi yığıncağının
keçirilməsi haqqında məlumatı;
-
qanunvericiliklə müəyyən edilmiş başqa məlumatları.
Həmçinin ASC hər il
254
şirkət və onun səhmdarları ilə əmlak marağı
ilə əlaqəli
olmayan auditor tərəfindən təsdiqlənən illik hesabat və mühasibat balansını dərc
etdirməlidir. Təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün şirkətlər
istiqrazların və ya başqa qiymətli kağızların açıq yerləşdirilməsi zamanı MM və
QKDK ilə müəyyən edilmiş normativ aktlara əsasən məlumatı dərc etməyə
borcludur.
MMC istiqraz və başqa emissiya qiymətli kağızların açıq yerləşdirilmə
hallarından başqa, öz fəaliyyəti haqqında hesabatı dərc etdirməyə borclu deyil.
Dostları ilə paylaş: